Rusiya Qazaxıstana “Zenit” raketinin verilməsi tarixini açıqlamır

2018/05/2458-Zenit_1527749600.jpg
Oxunub: 2451     14:53     31 May 2018    
“Zenit” raket kompleksinin infrastrukturlarının Rusiyadan Qazaxıstana verilməsi daha 3-6 ay davam edə bilər.

Ordu.az “Kazinform” informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə “Baykanur” kosmodromundan olan mənbələr məlumat yayıb.

Məlumata görə, “Zenit” raket kompleksi obyektlərinin Rusiya tərəfindən Qazaxıstana istifadə üçün icarəyə verilməsinin müddətləri hökumətlərarası komissiya ilə təsdiq olunub. Təhvil vermə prosesi martın 1-dən başlayıb.

Ümumilikdə Qazaxıstana 45 nömrəli start meydançasında duran iki buraxılış qurğusu, 42 nömrəli meydançadakı montaj-sınaq gövdəsi ilə texniki kompleks və 44 nömrəli meydançadakı yoxlama məntəqəsi verilməlidir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Qazaxıstan   Zenit  

Rusiya Qazaxıstana “Zenit” raketinin verilməsi tarixini açıqlamır

2018/05/2458-Zenit_1527749600.jpg
Oxunub: 2452     14:53     31 May 2018    