Şəhid Adil Tatarov son mənzilə yola salındı - FOTOLAR (Yenilənib)

2018/05/18_12215137016.jpg
Oxunub: 17159     18:19     21 May 2018    
Adil Əli oğlu Tatarov xüsusi qəhrəmanlıqla şəhidlik zirvəsinə ucaldı.

Ordu.az xəbər verir ki, bu gün şəhidimiz doğulub, boya-başa çatdığı Ağstafa rayonunun Qıraq Kəsəmən kənd qəbtstanlığında son mənzilə yola salınıb.

Dəfn mərasimində şəhid hərbçimizin müəllimləri, sinif yoldaşları, dostları, döyüş yoldaşları, Müdafiə Nazirliyi və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Mərasim zamanı, onlar Adil Tatarovun gəncliyindən və keçdiyi döyüş yolundan danışıblar. Ardından şəhid əsgərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub və orkestrın sədaları altında fəxri qaravul havaya yaylım atəşi açıb. Bundan sonra şəhidimizin nəşi torpağa tapşırılıb və ruhuna dualar oxunub.

Daha sonra şəhidin tabutunun büründüyü Azərbaycan bayrağı atası Əli Tatarova təqdim olunub. Adil Tatarov, Vətənin azadlığı uğrunda hər an Ali Baş Komandanın döyüşə əmrini gözlədiyini deyib.

"Bir oğlum da olsa, onu da Vətən uğrunda qurban verməyə hazıram. Bircə arzum odur ki, torpaqlarımız işğaldan azad edilsin. Bu bayrağı da özüm Qarabağda dalğalandıracam", - deyə o bildirib.

Qeyd edək ki, dünən Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub.

Allah rəhmət eləsin!

Ordu.az dəfndən fotoları təqdim edir:

Cümşüd Məmmədov, Ağstafa
Ordu.az

Teqlər: Şəhid   Adil-Tatarov   Dəfn  

Şəhid Adil Tatarov son mənzilə yola salındı - FOTOLAR (Yenilənib)

2018/05/18_12215137016.jpg
Oxunub: 17160     18:19     21 May 2018    