Dəməşqdə İranın elektron müharibə təsisatı partlayıb

2018/05/345345_1526880686.jpg
Oxunub: 2351     13:30     21 May 2018    
Bu gün səhər saatlarında Cənubi Dəməşqin Naycah zonasında böyük partlayış baş verib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, partlayış baş verən ərazidə əvvəllər Suriya hərbi akademiyası olmuş bina yerləşir.

İddialara görə, təsisat hazırda İranın kəşfiyyat obyekti və İranın elektron müharibə təsisatı kimi fəaliyyət göstərir.

Partlayışın meydana gətirdiyi dağıntı və tələfat barəsində hələlik məlumat yoxdur.

Qeyd edək ki, bu, son günlərdə İrana aid obyektlərdə meydana gələn ikinci partlayışdır. Mayın 18-də Suriyanın Həma bölgəsində yerləşən aviabazadakı yanacaq və silah deposunda da partlayış baş verib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Dəməşq   İran   Partlayış  

Dəməşqdə İranın elektron müharibə təsisatı partlayıb

2018/05/345345_1526880686.jpg
Oxunub: 2352     13:30     21 May 2018    