Hərbi hissədə Cümhuriyyətin 100 illiyi qeyd olunub

2018/05/3_4580413338.jpg
Oxunub: 2270     12:19     20 May 2018    
Hərbi Hava Qüvvələrinin “N” nömrəli hərbi hissəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə tədbir keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Hərbi hissənin zabiti mayor Elçin Kərəmov tədbir iştirakçılarına Azərbaycan Xalq Cümhuriyyəti barədə geniş məlumat verib. O, bu yubileyin soydaşlarımız tərəfindən böyük hörmət və ehtiramla keçirildiyini xüsusi qeyd edib.

Tədbir Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin konsert proqramı ilə sona çatıb.

Ordu.az

Teqlər: Cümhuriyyət   100-il  

Xəbər lenti

Hərbi hissədə Cümhuriyyətin 100 illiyi qeyd olunub

2018/05/3_4580413338.jpg
Oxunub: 2271     12:19     20 May 2018    