“S-500-lər ABŞ HHM komplekslərini sıradan çıxaracaq” – EKSPERT ŞƏRHİ

2018/05/435345_1526479128.jpeg
Oxunub: 2145     21:56     16 May 2018    
Dünən Rusiya prezidenti Vladimir Putin S-500 komplekslərinin istehsalının tezləşdirilməsi ilə bağlı göstəriş verdi. Bundan öncə, Rusiya HKQ Baş Komandanının müavini, HHM-RƏM qoşunlarının komandanı general-leytenant Viktor Qumenni də Rusiyanın 2020-ci ilə qədər yeni S-500 “Prometey” zenit-raket komplekslərini əldə edəcəklərini bildirib.

Keçən il yayda “Almaz-Antey” konserninin istehsalat-texnologiya siyasəti üzrə baş direktorun müavini Aleksandr Vedrov 2019-cu ildə sistemlərin kütləvi şəkildə təhvil veriləcəyini vəd edirdi. Prinsip etibarı ilə, generalın və müavinin dedikləri arasında elə böyük fərq yoxdur.

ZRK-nin istehsalı üçün həm sistem, həm də istehsalat bazası hazırdır. Rusiya S-500 ZRK-nin həyati vacibliyini anlayaraq, layihənin maliyyələşdirilməsində simiclik etməyib. Xüsusi olaraq, S-500 və artıq isrehsal olunan S-400 kompleksləri üçün Nijeqorodda Qələbənin 70 illiyi adına maşınqayırma zavodu inşa olunub. İnşaata 900 milyon dollar vəsait xərcləndi. Zavodda “Almaz-Antey” konserninin gələcəkdə yarada biləcəyi ZRK perspektiv və yüksək xassələrə malik yeni modellərinin istehsalı da nəzərdə tutulur. Yeni ZRK hazırlanması, konsernin gələn il üçün perspektiv inkişaf planında qeyd olunub.

S-500 ZRK-nin yaxın zamanda hazır olacağına dair daha bir sübutu bu komplekslərdə xidmət edəcək kadrların hazırlığına başlanılmasıdır. Hazırlıq marşal Q.K.Jukov adına hava kosmik müdafiə Hərbi Akademiyasının bazasında aparılır.

Pentaqon isə, bu tip komplekslərin Rusiya tərəfindən istehsalına və yayılmasına çox ağrılı reaksiya verir. Onlar, əksər hallarda Rusiyanı beynəlxalq gərginliyi artırmaqda və əldə olunan beynəlxalq razılaşmaları pozmaqda günahlandırırlar.

Yadımıza salsaq, yaxın keçmişdə Rusiya istehsalı olan “İskəndər-M” OTRK-lərin istehsalı həm Pentaqon generalları, həm də ABŞ diplomatları tərəfindən oxşar bəyanatlarla qarşılanırdı. Ardınca “Sirkon” hipersəs raketinin silahlanmaya qəbulu yaxınlaşdıqca ABŞ rəsmiləri bu dəfə də özlərinə uyğun atmosfer yaratmağa çalışırlar. Çox güman ki, S-500-lərlə bağlı reaksiya da əvvəlkilərdən fərqlənməyəcək.

ABŞ Dövlət Departamenti Rusiyanın S-400 komplekslərini hansı ölkəyə satacağını diqqətlə izləyir. Bu komplekslər öz taktiki xarakteristikalarına görə, amerikalıların “Patriot” ZRK-lərini geridə qoyur. S-500 ZRK-lərinə gəldikdə isə, bunlar “Almaz-Antey” konserninin əvvəl istehsal etdiyi S-400 ZRK-lərindən daha effektiv və geniş imkanlara malik olacaq. Qeyd etmək lazımdır ki, S-500 “Prometey” kompleksi yeni beşinci nəsil zenit raket texnikalarına aiddir.

Buna baxmayaraq, S-500 ZRK S-400-lərdən bir neçə aerodinamik hədəflərə qarşı mübarizə aparan raket “borc” alıb. Bu raketlər atəş məsafəsinə, ələkeçirmə yüksəkliyinə, sürətinə görə müxtəlifdir və hər biri öz təyinatına görə istifadə edilir.

Yeni kompleksin tapşırığı qısaca olaraq belədir: bütün uçan hədəfləri məhv etmək. Ballistik raketlərdə bəzi məhdudiyyətlər olsa da, orta mənzilli ballistik raketlər ələ keçirilə bilir.

“Prometey” əslində ayrılıqda öz vəzifələrini icra edən iki kompleksdir. Biri aerodinamik hədəflərlə (təyyarə, helikopter, qanadlı raketlərlə, PUA), digəri isə ballistik raketlərə qarşı mübarizə aparır. Raket və avadanlıqlar da bunları nəzərə alaraq istehsal edilir.

Kompleks iki hədəf aşkarlayan və izləyən RLS-lərlə təchiz olunub. Hədəf aşkaretmə məsafəsi 800 kilometrə qədər artırılıb və stels texnologiya ilə təchiz olunan hədəfləri aşkaretmə qabiliyyəti yüksəldilib. Ballistik raketləri isə, ikinci radar 2000 kilometr məsafədə aşkar edə bilir.

S-500 üçün 3 yeni raket yaradılıb. 40H6-M raketi hədəfləri 600 km məsafədə məhv edir. 77H6-H və 77H6-H1 raketləri isə 7m/san sürətlə hərəkət edən ballistik raketləri məhv etmək üçün nəzərdə tutulub.

S-500 ZRK-nin silahlanmaya qəbul edilməsi Rusiyanın və bu silaha sahib olan digər ölkələrin hava məkanının təhlükəsizliyinin qorunmasında irəliyə doğru bir sıçrayış olacaq. Təkərli şassidə olması kompleksin manevr qabiliyyətini artırır. Kompleksin imkanları ABŞ HHM komplekslərindən nəinki geridə qalmır, hətta bəzi xassələrinə görə onları üstələyir.

ABŞ-ın 2008-ci ildə silahlanmaya qəbul etdiyi mobil THAAD sistemi, S-500 ilə eyni vəzifələri icra etsə də, onun maksimum hədəfi məhvetmə məsafəsi cəmi 200 km-dir, S-500-dən üç dəfə azdır.

THAAD kompleksinin təlim atışları zamanı, uğurla ballistik raketlər məhv edilib. O zaman hədəf qismində 60-70-ci illərdə istehsal olunan, raket əleyhinə müdafiəni keçmək üçün heç bir mexanizmi olmayan raketlərdən istifadə olundu. S-500 isə, hədəfi ələ keçirdikdən sonra, onun radioelektron mübarizə vasitələrini də sıradan çıxarır.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər:

“S-500-lər ABŞ HHM komplekslərini sıradan çıxaracaq” – EKSPERT ŞƏRHİ

2018/05/435345_1526479128.jpeg
Oxunub: 2146     21:56     16 May 2018    