Erməni kapitan çavuşunu qəddarcasına döydü - DETALLAR

2018/05/056_1525672906.jpg
Oxunub: 2291     15:00     07 May 2018    
Ermənistanda sərhəd qoşunlarının kapitanı çavuşu qəddarcasına döyüb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Loru vilayətinin ümumi yurisdiksiya məhkəməsində Hovhanes Ohancanyanın məhkəmə işinin araşdırılması başa çatıb.

28 yaşlı kapitan Hovhanes Ohancanyan zərərçəkənin sağlamlığına ağır xəsarət yetirib.

Məlumata görə, Ohancanyan Ermənistan milli təhlükəsizlik xidmətinin sərhəd qoşunlarının hərbi hissəsinin Loru vilayətindəki sərhəd zastavasının rəisi vəzifəsini müvvəqəti icra edib.

İttihama görə, 31 oktyabr 2017-ci il saat 14:30 radələrində sərhəd zastavası ərazisində Ohancanyan tabeliyində olan, həmin zastavanın rabitə və siqnal növbətçisi, müqaviləli hərbi qulluqçu çavuş Y. Armanla mübahisə edib.

Mübahisə zamanı çavuş Y. Armanın əlində kəmər onun istiqamətinə gəldiyini və bunun özünə qarşı təhlükə olduöunu görən kapitan Ohancanyan, çavuşa qarşı xidməti vəzifə borclarının yerinə yetirilməsi ilə heç bir əlaqəsi olmayan zorakılıq tətbiq edərək, sağ yanaq nahiyyəsinə əli ilə zərbə endirməklə, onun sağlamlığına ağır xəsarət yetirib.

Aldığı xəsarətlər nəticəsində müqaviləli hərbi qulluqçu çavuş Y. Arman xəstəxanaya yerləşdirilib. Hadisənin araşdırılması müddətində kapitan Hovhanes Ohancanyanın zastava rəisi vəzifələrini müvvəqqəti icra etməsi səlahiyyəti dayandırılıb.

2018-ci il fevralın 22-də müstəntiqin qərarı ilə kapitan Ohancanyanla mübahisə zamanı çavuş Armanın əməlində cinayət tərkibi olmadığına görə ona qarşı istintaq araşdırması aparılmayıb.

Kapitan Ohancanyan günahkar olduğunu etiraf edib və zərərçəkən şikayətçi olmadığını qeyd edib.

Nəticədə, məhkəmənin qərarı ilə kapitan Hovhanes Ohancanyan günahkar hesab edilərək, 1 il sınaq müddəti tətbiq olunmaqla, şərti qaydada 3 il azadlıqdan məhrum edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Sərhəd   Dedovşina   Zorakılıq  

Erməni kapitan çavuşunu qəddarcasına döydü - DETALLAR

2018/05/056_1525672906.jpg
Oxunub: 2292     15:00     07 May 2018    