ABŞ donanması “Qatlinq” toplarını lazerlə əvəzləməyi düşünür

2018/05/received_2532246720334814_1525455694.jpeg
Oxunub: 2445     01:41     05 May 2018    
Yeni yayılmış məlumatda “Lockheed Martin” istehsalı HELIOS lazer silah sistemlərinin ABŞ donanmasının gəmilərindəki “Qatlinq” toplarını əvəzləyə biləcəyi iddia edilir.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, ABŞ donanması qarşıdakı 24 ay ərzində gəmilərində bu lazer silahından istifadə etməyi planlaşdırır.

ABŞ-ın 2014-cü ildə “USS Ponce” gəmisinin göyərtəsində istifadəyə verdiyi lazer silah sisteminin gücü 30 kilovat olduğu halda, HELIOS-un təqribən 150 kilovat lazer gücünə malik olması planlaşdırılır.

Ekspertlər bildirir ki, HELIOS həm də yüngül çəkili, cəld-reaksiya “atdım-unutdum” raket sistemi olan RIM-116-nı da əvəzləyə bilər.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Qotlinq  

ABŞ donanması “Qatlinq” toplarını lazerlə əvəzləməyi düşünür

2018/05/received_2532246720334814_1525455694.jpeg
Oxunub: 2446     01:41     05 May 2018    