Çin ABŞ dominantlığına qarşı dənizlərdə güclənməyə davam edir

2018/05/received_2532247933668026_1525452335.jpeg
Oxunub: 2841     00:39     05 May 2018    
Çinin Cənubi Çin dənizindəki süni adalardan üçünə uzaqmənzilli gəmi əleyhinə yer-hava raketi yerləşdirməsi onun dənizdə gördüyü tədbirlərin sonuncusudur.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu tədbirlər Çinin 2050-ci ilə qədər qlobal aparıcı güc olma səylərinin tərkib hissəsi kimi göstərilir.

Son dövrlərdə xüsusilə donanma qabiliyyətinin gücləndirilməsi istiqamətində xərclənən vəsaitdə ciddi artımın olduğu nəzərə çarpır. O, 1990-cı illərin ortalarından başlayaraq donanmasının modernizasiyasını davam etdirir. Bu modernizasiya çərçivəsində donanma yüksək texnologiyalı gəmilər, gəmi əleyhinə qabaqcıl raketlər, qanadlı raketlər, pilotsuz vasitələr və təkmilləşdirilmiş nəzarət-kəşfiyyat sistemləri ilə təchiz olunub.

2017-ci ilin mayında ABŞ Müdafiə Nazirliyinin açıqlamasında görə, aralarında suüstü döyüş gəmiləri, sualtı gəmilər, amfibik gəmilər və patrul vasitələri olmaqla Çin donanmasının 300-dən çox gəmisi mövcuddur.

Çinin ilk aviadaşıyıcısı “Liaoning” 2012-ci ilin sentyabrında istifadəyə verilib. Sayca ikinci, yerli istehsal olan ilk milli aviadaşıyıcı “Shandong” aviadaşıyıcısı isə artıq ilk sınaqlarına hazırlaşır. İddialara görə, Çin hətta üçüncü aviadaşıyıcını tikməkdədir və o qarşıdakı illərdə istifadəyə veriləcək.

Xalq Azadlıq Ordusu son illərdə gəmi əleyhinə raketlər olan hipersəs DF-21D və digər silahlara ayırdığı vəsaiti ciddi şəkildə artırıb. Bəzi ekspertlər tərəfindən bu raketlər “aviadaşıyıcı qatili” belə adlanır. Digər tərəfdən donanma xarici dəniz bazalarını da artırır. Onun artıq Cibutidə bazası mövcuddur. Pakistanın Quadar vilayətində baza tikmə planlarının olmasına dair ciddi iddialar səsləndirilir.

Xatırladaq ki, ötən ilin may ayında Çin donanmasının qərargahına səfər edən prezident Si Tsinpinq Çinin qlobal dəniz gücü olmasının zəruriliyini vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Çin  

Çin ABŞ dominantlığına qarşı dənizlərdə güclənməyə davam edir

2018/05/received_2532247933668026_1525452335.jpeg
Oxunub: 2842     00:39     05 May 2018    