Alüminium güllələrin gələcəyi varmı?| Lehinə və əleyhinə arqumentlər

2018/05/2_1525177726.jpg
Oxunub: 5225     19:25     16 May 2019    
Ovçu forumlarında alüminium güllələr haqqında müzakirələr yenilik deyil. Bu barədə söhbətlər uzun zamandır sakit bir tərzdə davam edir. Ovçular xüsusi insanlardır, ehtimal ki, bir növ öz silahlarına və döyüş sursatına bağlı olurlar. Onlar güllə hazırlayır, atır və təəssüratlarını paylaşırlar. Hər şey qaydasındadır. Təəccüblü olan isə artıq alüminium güllələr haqqında söhbətlər hərbi forumlarda aparılır. Bir çoxları ondan "böyük bir sirr" kimi bəhs edir və xüsusi təyinatlı qüvvələr üçün yeni güllələr haqqında fikirlər səsləndirir. Biri polisi təchiz edir, digəri milli qvardiyanı. Və çox ağılabatan görünür. Alüminiumun aşağı çəkisi güllənin əhəmiyyətli dərəcədə "zəifləməsinə", eyni yükü saxlayaraq ilkin sürəti artmasına səbəb olur. Daha sürətli güllə, ağır qurğuşun gülləsindən daha çox durdurma qabiliyyətinə malikdir.

Məsələnin mahiyyətini anlayaq. Hər hansı strukturları alüminium güllə ilə silahlandırmaq mümkündürmü? Durdurma gücündən başlayaq. Həqiqətən, bir yüngül güllənın enerjisi ağır bir güllədən daha yüksək olacaq. Ancaq bu üstünlük çox qısa bir məsafədə, silahın növündən asılı olaraq, 20-100 metr aralığında real olacaq. Sonra isə bir raqatkadan atılan daşa çevriləcək.

Uzunlüləli silahlar üçün belə bir güllə ən mükəmməl absurddur. Bu silahlarda durdurma hərəkəti kifayət qədərdir, birbaşa atəş və effektiv atəş məsafəsi durdurma hərəkətindən daha vacibdir. Buna görə yalnız qısalüləli silahlar qalır, yəni tapançalar.

Əslində gözəl fikirdir. Tapançalı bir polis və ya gözətçi, ətrafdakı mülki vətəndaşların yanında belə sakit şəkildə ondan istifadə edir. Güllə 20-40 metr məsafədə xəsarət yetirir, sonrakı məsafədə isə təsadüfi keçənlər maksimum göyərmə əldə edə bilər.

Eyni zamanda, polis məmuru normal sursatla müqayisədə daha dəqiq atəş açır. Yüngül sursat təpməni azaldır, nişanalma asanlaşır. Hədəflər yaxın məsafədə daha effektiv məhv edilir.

İndi bir az daha geniş baxaq. Əgər cinayətkarın da normal bir ağır gülləli silahı varsa? Ara məsafəsi eyni olduğuna görə cinayətkar polis məmurundan ən azı on metrə əvvəl atəş açacaq.

Lakin bu da əsas deyil.

Cinayətkar torpaq, qum və ya taxta sığınacada və kolluqda gizlənəndə nə etməli? O zaman nə olacaq? Sürətli, lakin yüngül güllə kəskin şəkildə üstünlüklərini itirəcək. Belə bir güllənin nüfuzetmə qabiliyyəti, hədəf enerjisinin sürətli ötürülməsi səbəbindən kəskin şəkildə azalacaq.

Bu güllə faner qapıdan keçdikdən sonra oğlanların sərçələrə raqatkadan atdığı metal qırıntısına çevriləcək.

Çox tez tez rast gəlinən ümumi bir vəziyyət düşünün: avtomobil içində olan bir şəxsə qarşı silahdan istifadə. Bir güllənın şüşə üzərində təsiri, təxminən taxta divara təsiri ilə eyni olacaq. Xüsusilə alın "Tripleks" şüşəsinə qarşı. Ola bilsin ki, güllə şüşənin daxilinə keçəcək, lakin cinayətkarı neytrallaşdırmaq mümkün olmayacaq. Əsas enerji şüşəyə gedəcək.

Modern üçqat şüşə paketləri qarşısında isə yüngül alüminium gülləli tapançaların sadəcə bir oyuncaq olduğu məlum olur. Ən yaxşı halda şüşə qırıntıları yüngül cızıqlar əmələ gətirə bilər.

Əgər küçədə külək kimi nadir təbiət hadisəsi varsa? Böyük çaplı yüngül gülləni böyük külək özü istədiyi tərəfə yönəldəcək. Atəş keyfiyyətini təsəvvür edirsiniz?

Bütövlükdə, alüminium güllə haqqında bütün müzakirələr - sabah ola biləcək hadisələr ilə bağlı ucuz avtoritet qazanmaq məqsədilə atılan bir addımdır.

Prinsipcə alüminiumdan artıq güllə istehsalında istifadə olunur. Xüsusilə, artan zirehdəlmədə 9x19 PBP (GRAU 7N31 üzrə) tipli güllələr istehsal edilir. Onun üz örtüyü alüminium ərintisindən hazırlanıb. Güllə 2 sinif bədən zirehlərinə qarşı gözəl nəticələr göstərir.

Alüminiumdan istifadə imkanını sıfıra qədər azaldan başqa bir mühüm amil də var. Burada ərintilərdən deyil, sırf alüminiumdan söhbət getdiyini vurğulamaq vacibdir.

İstənilən alüminium məhsul çox sürətlə nazik oksid təbəqə ilə örtülür. Bu birləşmə korund Al2O3 kimi tanınır. Bu qat güllədə 1-3 mikron təşkil edəcək. Bu kritik rəqəm deyil. Lakin o olacaq!

Korund nədir? O, bu günə ən yaxşı abraziv - cilalama vasitəsidir. Almaz qırıntısından zəif deyil, lakin dəfələrlə ucuzdur. Bəs bu abraziv - cilalama vasitəsi tapançanın lüləsinə, ümumuyyətlə bütün lülələrə nə edə bilər? Hesab edirəm ki, nəsə deməyə ehtiyac yoxdur. Qismən yivlərə və bütünlüklə lüləyə salam. Aşınma çox böyük olacaq.

Bəli, həqiqətən belə güllə haqqında çox bilmək istəyənlər üçün alüminium əvəzedicisi haqqında bəhs etmək istəyirəm. Daha doğrusu, artıq hazırlanan güllə haqqında. Bu yarım örtüklü sərtləşdirilən mərkəz elementinə sahib polietilen üz örtüklü güllələrdir.

Güllə məhz alüminium tərəfdarlarının təsvir etdiyi kimi alınıb: yüngül, yüksək ilkin sürət və bir az da təhlükəli interval. Bu güllələrdə yuxarıda qeyd olunan çatışmamazlıqlar və nöqsanlar aradan qaldırılıb.

Belə bir güllə bədən zirehinə tuş gələn zaman şərti zirehdələn güllə kimi çıxış edir. İnsan orqanlarının yumşaq toxumalarına dəydikdə isə yarımörtük, kifayət qədər sürəti hesabına adi sursatlardan daha yüksək durdurma gücü nümayiş etdirir.

Polis və kəşfiyyat xidmətləri üçün silahların inkişaf istiqamətlərinə baxsaq daha sadə həllər görə bilərik. Bu qərar çoxdan qəbul edilib. Polis və kəşfiyyat xidmətləri üçün silahların, tapança və revolverlərin çapı böyüdülüb.

Eyni zamanda, bu cür silahların güllələri də dəyişib. Konstruktorlar yenidən ekspansiv güllələrə - yumşaq, tez sürət itirən, lakin böyük bir durdurma gücünə malik – qayıdır. Ölüm hadisələri azalıb, lakin yaralanmalar daha ciddi olub.

Ümumiyyətlə, müasir dünyada kombinəedilən güllələr üstünlük təşkil edir. İnkişaf edən silahlar daha çox sursat və daha çox yeni materiallar tələb edir. Ola bilər ki, ya ərinti, ya da birləşmə şəklində alüminiumun da zamanı gəlsin. Hər şey mümkündür.

Yazı Alexander Staver və Roman Skomoroxovun məlumatları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Alüminum-güllələr  

Alüminium güllələrin gələcəyi varmı?| Lehinə və əleyhinə arqumentlər

2018/05/2_1525177726.jpg
Oxunub: 5226     19:25     16 May 2019    