“Çaykənd” əməliyyatından 27 il keçir

2018/04/45345_1525073844.jpg
Oxunub: 6037     11:22     30 Aprel 2018    
30 illik Qarabağ münaqişəsi tarixində 30 aprel ən şanlı tarixlərdən biridir. 27 il öncə bu gün – 30 aprel 1991-ci ildə “Halqa” (“Çaykənd əməliyyatı”) başladı, onun məqsədi Azərbaycanın Xanlar (indiki Göygöl) və Goranboy rayonlarında qeyri-qanuni Ermənistan silahlı birləşmələrinin silahsızlaşdırılması idi.

Ordu.az-ın məlumatına görə, 30 aprel 1991-ci ildə səhər saatlarında Goranboy və Xanlar rayonlarından “Çaykənd” əməliyyatı başlandı. Əməliyyat nəticəsində dinc azərbaycanlılara hücumların baş verdiyi Çaykənd, Qarabulaq, Kamo, Yeni Zod, Todan və digər yaşayış məntəqələri qeyri-qanuni erməni silahlı birləşmələrindən azad edildi. Əməliyat çərçivəsində erməni döyüşçülərinin başçısı Tatul Krpeyan məhv edildi. Azərbaycan SSR DTX-nin məlumatına görə, məhz Krpeyan Ermənistandan olan silahlı birləşmənin başçısı idi.

Erməni propoqandasının 27 il ərzində Çaykənd əməliyyatının erməni əhalisinə qarşı qəddarlıqla müşayiət edildiyini iddia etməsinə baxmayaraq, bütün bu təqsirləndirmələr həqiqətlə heç bir əlaqəyə malik deyil.

Azərbaycanın həmin vaxtkı prezidenti Azay Mütəllibovun xatirələrinə görə, Azərbaycan hökuməti xüsusi əməliyyat keçirilən zonanı tərk etmək istəyən dinc erməni əhalisinə yük maşınları və hətta helikoptrerlər təşkil etmişdi. Buna baxmayaraq erməni propoqandası aktiv şəkildə guya azərbaycanlılar tərəfindən öldürülən onlarla dinc sankin barədə yalançı məlumatı yaymağa başladı.

“Əlbəttə, bu, həqiqətə uyğun deyil. Erməni KİV-ləri bu yolla dünya ictimaiyyətinin diqqətini cəlb etmək istəyirdi. Axı onlar hansısa yolla Qarabağdakı separatizmə haqq qazandırmalı idilər”, - deyə Mütəllibov bildirib.

Sonda qeyd edək ki, Çaykənd əməliyyatının keçirilməsi aşırı zəruriyyətdən irəli gəlirdi – Xanlar və Goranboy rayonlarının erməni əhalisinin yaşadığı kəndlərdə Bakı və Gəncə arasında hərəkət edən dinc sakinlər və abtobuslara hücumlar həyata keçirən yaxşı silahlanmış erməni döyüçüləri yerləşdirimişdi. Etiraf etmək lazımdır ki, bu əməliyyat Azərbaycan OMON-u, SSRİ DİN Daxili Qoşun bölmələri və Sovet ordusuun birgə cəhdləri ilə yüksək səviyyədə həyata keçirildi. Cinayətkarların yaxalanması və həbsindən cəmi bir neçə ay sonra Qarakənd səmasında faciəvi şəkildə həlak olan respublika prokuroru əməliyyatda şəxsən özü fəal iştirak edib.

Ordu.az

Teqlər: Çaykənd-əməliyyatı   Göy-Göl  

Xəbər lenti

“Çaykənd” əməliyyatından 27 il keçir

2018/04/45345_1525073844.jpg
Oxunub: 6038     11:22     30 Aprel 2018    