ABŞ HHQ-də növbəti qəza: F-18 “Hornet”in mühərriki yanıb

2018/04/456546_1524726928.jpg
Oxunub: 1029     15:14     26 Aprel 2018    
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F/A-18 “Hornet” bombardmançı qırıcısının havada mühərriki yanıb.

Ordu.az “Military Times” nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrindən olan mənbələr məlumat yayıb.

Məlumata görə, hadisə Florida ştatında keçirilən aviasiya şousu zamanı baş verib.

Qırıcının iki mühərrikindən birinin yanmasına baxmayaraq pilot qəza enişi edə bilib. Onun hər hansı zədə almadığı qeyd olunur.

Qeyd edək ki, 2011-2017-ci illərdə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcıların iştirakı ilə 415-dən çox hadisə baş verib. Ümumilikdə ABŞ hərbi büdcəsinə 182 milyon dollar zərər vurulub.

Ağalar Qəribov
Ordu.az

Teqlər: ABŞ   Hornet   F-18  

ABŞ HHQ-də növbəti qəza: F-18 “Hornet”in mühərriki yanıb

2018/04/456546_1524726928.jpg
Oxunub: 1030     15:14     26 Aprel 2018    