Pilotsuz aparatlara qarşı "Sapsan", "Taran" və "Pişal" – ARAŞDIRMA (FOTOLAR)

2018/04/603x339_358094345_1524726791.jpg
Oxunub: 3962     15:08     26 Aprel 2018    
Müxtəlif siniflərdən olan pilotsuz hava vasitələri uzun müddətdir hərbi sahədə istifadə edilir və bir müddətdir ki, onlar artıq mülki "ixtisasları" mənimsəyir. Müəyyən hallarda ciddi təhlükə yarada bilən bu cür texnikaların geniş yayılan istifadəsinə qarşı xüsusi vasitələrın yaradılması vacib idi. Bir neçə gün əvvəl bu sahədə yeni rus yenilikləri haqqında məlumat verildi. İnformasiya təhlükəsizliyi sistemlərində ixtisaslaşan "Avtomatika" konserni PUA-larla mübarizə üçün üç yeni kompleks təqdim etdi.

"Rostex" korporasiyasının bir hissəsi olan "Avtomatika" konserninin mətbuat xidməti, ordu və digər strukturlara böyük maraq göstərə biləcəyi son inkişaflar barədə məlumat verib. Fərqli xüsusiyyətlərə və bacarıqlara malik üç çoxfunksiyalı kompleksin köməyi ilə müxtəlif siniflərdən olan PUA-larla mübarizə aparılacaq. Yeni ailəyə "Sapsan" stasionar kompleksi, "Taran" mobil sistemi və "Pişal" portativ cihazı daxildir. Bütün bunların oxşar imkanları var, lakin onların quruluşu və tətbiqi ilə fərqlənirlər.

Çoxfunksiyalı komplekslər ailəsinin ən böyük nümayəndəsi "Sapsan"dır. Eyni yerdə uzunmüddətli iş üçün nəzərdə tutulan stasionar bir sistem şəklində qurulub. Bu kompleksin necə görünməsi də hələ dəqiqləşdirilməyib. Açıq mətbuatda "Sapsan"a aid bütövlükdə və ya fərdi komponentlərin görüntüsü yoxdur. Bəlkə də yaxın gələcəkdə nəşr olunacaq.

Eyni zamanda, "Avtomatika" konserni "Taran" mobil kompleksinin əsas elementinin görünüşünü nümayiş etdirdi. Anten qurğusunun yüngül üçayaq üzərində yerləşdirilməsi təklif olunur. Bütün zəruri antenler X-formalı dəstəyə sabitləşir. Eyni zamanda, radio-şəffaf örtüklü altı antendən və çox sayda çubuq antenası ilə təchiz olunan blokdan istifadə olunur. "Taran" kompleksinin strukturuna idarəetmə stansiyası, rabitə vasitələri və s. daxildir.

Üçüncü yeni inkişaf isə tüfəng formasında hazırlanan "Pişal" portativ kompleksidir. 3 kiloqram ağırlığında olan qurğu tüfəng tipli qundaqlı lülə qutusu formasında qurulub və müvafiq idarəetməyə malikdir. Kiçik silah elementləri əvəzinə qutuda zəruri elektronika quraşdırılır. Öndə, lülə əvəzinə mürəkkəb formalı ümumi bir örtüyə malik, bir neçə ötürücü antenləri olan böyük bir blok yerləşir. Erqonomika və tətbiq üsulu baxımından, "Pişal" mövcud atıcı silahlara bənzəyir.

Yeni elektron mübarizə komplekslərinin inkişaf etdirən istehsalçılar yeni komplekslərin bəzi xüsusiyyətlərini dəqiqləşdiriblər. Məlum olub ki, PUA-nın fəaliyyəti üç radio kanaldan asılıdır. Birinci operatorun əmrlərini almaq üçün, ikincisi telemetriya, video və s. ötürmək üçün istifadə olunur, üçüncü isə peyk naviqasiya siqnallarını qəbul etmək üçün nəzərdə tutulub. Bütün bu kanallar müxtəlif tezlikli diapazonlarda fəaliyət göstərir. Hərbi təyinatlı texnikanın istifadəsində müəyyən bir çətinlik var. Bort avadanlıqları tezlik tənzimləmə funksiyasına malikdirlər: müdaxiləsi və bastırılması halında, qəbuledici və ötürücü başqa bir tezliyə keçir. Məlumatlara əsasən, "Avtomatika" konserninin yeni kompleksləri PUA-ların bu xüsusiyyətini nəzərə alır və onu qarşılaya bilirlər. Onların tərkibində düşmən avadanlığının yeni əməliyyat tezliyini tapmağa qadir olan radio kanallarının təhlili sistemləri quraşdırılır. Bundan sonra sürüşən müdaxilə mənbəyi yenidən qurulur və aşkar edilən yeni kanalları bastırır. Əgər düşmən PUA-sı təkrarən frekansları dəyişdirmək üçün yenidən çalışarsa, REM qurğuları onları tapır və müdaxilə ilə faydalı siqnalları bastırır.

Yeni komplekslərin baş konstruktoru Serqey Şiryayev bildirib ki, çoxfunksiyalı REM komplekslərin istifadə effektivliyi təxminən eynidır - PUA-lar adətən "ağlını itirir". Helikopter sxemli aparatlar sürüşmə rejimində "asılır", təyyarə sxemi PUA-lar isə uçuşa davam edir, lakin nəzarət olunmayan bir rejimdə yerə yaxınlaşma baş verir. Hər iki halda uçuşlar səthlə toqquşma ilə başa çatır.

Yeni ailənin ən böyük və ən güclü çoxfunksiyalı kompleksi "Sapsan"dır. Nəşr olunan məlumatlara görə, bu sistem hər hansı bir PUA növü ilə mübarizə apara bilər. Bu kompleks bir sıra müşahidə və aşkaretmə vasitələri ilə təchiz olunub. Hava hədəflərini axtarmaq və müşaiyət etmək üçün termal görüntüləmə kanalı, radar stansiyası və radio-texniki kəşfiyyat stansiyası olan optoelektronik stansiyadan istifadə edilməsi təklif olunur. Maksimum hədəf aşkaretmə məsafəsi 100 km-ə qədərdir.

Hədəfin növündən və onunla əlaqəli riskdən asılı olaraq, gələcək fəaliyyət barədə qərar qəbul edilə bilər. Müəyyən şərtlər altında, "Sapsan" istiqamətləndirilən elektromaqnit şüaları ilə hədəfə müstəqil hücum edə bilər. Fərqli tezliklərdəki maneələr elektron avadanlıqların fəaliyyətinə mane olur. Bundan əlavə, kompleks "ənənəvi" hava hücumundan müdafiə sistemi ilə birlikdə işləyə bilər. Xüsusi təhlükəli hava hədəfləri barədə məlumatlar, müvafiq olaraq, onların məhv edilməsinə cavabdeh olan zenit raket komplekslərinə ötürülür.

"Taran" kompleksinin anten qurğuları

"Taran" mobil kompleksi daha az texniki xüsusiyyətlərlə xarakterizə olunur, lakin o, digər problemləri həll etmək üçün nəzərdə tutulur və fərqli iş metodlarından istifadə edir. Bu sistem mövqelərdə yerləşdirilən stasionar obyektlərin və ya avadanlıqların mahafizəsini təmin etmək üçün nəzərdə tutulub. Buna görə kompleks mümkün qədər kompakt şəkildə qurulub və sürətli yerləşdirmə imkanına malikdir.

"Taran", stasionar "Sapsan" kimi, hava dalğalarını izləyir və PUA mövcudluğunun əlamətlərini axtarır. Potensial təhlükəyə malik obyekt qorunan ərazidə aşkar edildikdə, müdaxilə "qübbəsi" yaradılır. PUA-lar ən azı döyüş effektivliyini zəiflətmədən mühafizə olunan əraziyə daxil ola bilmir. "Taran" kompleksinin əhatə radiusunda PUA-ların tam səmərəli fəaliyyəti istisna olunur.

Bu kompleksin ötürücülərinin gücü 900 m-dən çox radiusa malik bir "qübbə" yaradılmasını təmin edir. Onlar müxtəlif tezliklərdə fəaliyyət göstərir, lakin mobil rabitəyə müdaxilə etmir və insanlar üçün zərərsizdir.

"Pişal" daşınan kompleksi də eyni məqsədlərə və vəzifələrə malikdir, lakin tətbiq üsulları ilə fərqlənir. "Pişal" hədəf axtarışlarını vizual olaraq həyata keçirir və tapılan obyektə tuşlama, atıcı silahda olduğu kimi yerinə yetirilir. Bu zaman rabitə kanalları və peyk naviqasiya qəbulediciləri birbaşa görüntü məsafəsində bastırılır. Daxilindəki doldurulan batareyalar "Pişal"ın 1 saat işləməsinə imkan verir. Digər komplekslər kimi, portativ kompleks operator üçün təhlükə yaratmır. Yetərli ötürücü gücüylə, radioşüalanmanın geri qayıdan və operatora yönələn "ləçəyi" təhlükəsizlik tələblərinə cavab verir.

Radioelektron mübarizə vasitələrinin yeni bir ailəsini yaradan "Avtomatika" konsepsiyası müşahidə və aşkarlama sistemlərinə də diqqət yetirir. Mülki sahədə fəaliyyət göstərəcək PUA-ların istehsalında kiçik ölçülərdən və plastikdən geniş şəkildə istifadə edilir. Buna görə, bu tip PUA-ların aşkarlanması daha çətindir.

Bu vəziyyətlə bacarmaq üçün "Sapsan", "Taran" və "Pişal" kompleksləri, ya öz xüsusi müşahidə vasitələrinə, ya da bu hədəflərlə fərdi mübarizə aparmaq qabiliyyətinə malikdir.

Passiv və aktiv müşahidə vasitələri inkişaf etdirilib. Passiv tipli RLS yalnız hədəfin radio siqnallarını qəbul edir və hədəfin yerini təyin edir. Belə cihazların bir neçə modeli var; maksimum aşkaretmə məsafəsi 50-75 km-ə çatır. Aktiv RLS isə 90 km radiusda PUA axtarmaq imkanına malikdir.

Açıq məlumatlara görə, çoxfunksiyalı komplekslərin yeni layihələri artıq sınaqdan keçirilib. Üç növdən ibarət sistemlər və bəzi əlaqəli avadanlıqlar poliqonlarda yoxlanılır və dizayn xüsusiyyətlərini təsdiq edirlər. Sınaqları başa çatdırmaq üçün bir az vaxt lazımdır, lakin artıq bütün işlərin yaxın aylarda başa çatdırılacağı bildirilir.

Aktual planlara əsasən, ilin sonunadək "Avtomatika" konserni yeni nümunələrin seriya istehsalına başlayacaq. Potensial müştərilər olaraq Rusiya Müdafiə Nazirliyi, Federal Təhlükəsizlik Xidməti, Rosqvardiya, Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları nəzərdən keçirilir. Bundan əlavə, REM kompleksləri mövcud və gələcək təhdidlərə qarşı müdafiə vasitələrinə ehtiyacı olan sənaye müəssisələri və qeyri-hökumət təşkilatları da maraqlana bilər. Nəhayət, xarici təşkilatların maraqlandıqları da bildirilir.

PUA-larla mübarizə sahəsində yeni REM komplekslərinin öz alıcılarını tapacağına və hətta müxtəlif strukturlarda silahlanmaya qəbul ediləcəyinə inanmaq üçün hər bir səbəb mövcuddur. Bu, onların yüksək xüsusiyyətləri və geniş imkanları, PUA istiqamətindən əlaqəli təhdidlərin inkişafı ilə təmin edilir. Mövcud şərtlərə uyğun olaraq, ixtisaslaşdırılan elektron mübarizə kompleksləri müxtəlif obyektlərin qorunması üçün effektiv bir vasitə ola bilər. Bəlkə də gələcəkdə bu komplekslərin xüsusiyyətləri ənənəvi hava hücumundan müdafiə sistemlərindən daha yüksək olacaq.

"Pişal" qurğusu

PUA sahəsindəki irəliləyiş fərqli xüsusiyyətlərə malik müxtəlif məqsədlər üçün çox sayda avadanlıq növünün yaranmasına gətirib çıxardı. Eyni zamanda, hamısı hərbi məqsədlərlə, məsələn kəşfiyyat aparmaq və hədəfə müəyyən döyüş yükünü çatdırmaq üçün də istifadə edilə bilər. Son illərdəki Qarabağ münaqişəsi və Suriya müharibələsinin təcrübəsi göstərir ki, hətta ən sadə və ucuz dronlar kəşfiyyat və ya zərbələr üçün istifadə edilə bilər. Təbii ki, onların imkanları məhduddur, lakin bu mənfi hal hücumun düzgün təşkili ilə əvəz edilə bilər.

RLS, raket və toplardan istifadə edərək tammiqyaslı aviasiya ilə mübarizə aparan hava hücumundan müdafiə kompleksləri heç də həmişə kiçik PUA və dronları aşkar edə və vura bilmir. Bundan başqa, bir çox hallarda belə bir hücum iqtisadi cəhətdən əlverişsiz olur. Müəyyən hallarda, bir zenit əleyhinə raketin dəyəri, bir PUA-nın qiymətindən və onun kiçik döyüş yükünün verə biləcəyi zərərin dəyərindən dəfələrlə yüksək olur.
Belə olan halda radioelektron mübarizə kompleksləri "ənənəvi" hava hücumundan müdafiə sisteminə qarşı əlverişli və rahat bir alternativə çevrilir. Bütün üstünlükləri ilə bərabər PUA-ların zəif cəhətləri də yox deyil. Birincisi, onlar radiorabitədən asılıdırlar. Radiokanallar vasitəsilə operatorun konsolundan məlumatlar alınır və ya ötürülür. Bundan əlavə, rabitə naviqasiya üçün istifadə olunur. Bu kanalların basdırılması və ya qarşısının alınması minimum PUA-nın fəaliyyətinə mane olacaq və bəzi hallarda onun məhvinə səbəb ola bilər.

PUA-ları məhv etmək üçün nəzərdə tutulan xüsusi REM sistemləri müəyyən bir mürəkkəbliyə və yüksək qiymətə malik olsa da, istismarda olduqca ucuzdur. Hədəfi məhv etmək üçün raket və ya mərmidən istifadə edilmir, elektrik xərcləri isə sursatın və ya raketin dəyərindən dəfələrlə aşağıdır. Eyni zamanda, bu komplekslər daim hədəflərin zəif və həssas nöqtələrindən istifadə edirlər. Bu texnikadan istifadənin hesablanan və real nəticələri açıq-aşkar yüksək qiymətləndirilir.

Bir sıra ölkələrin silahlı qüvvələri və xüsusi xidmət orqanları artıq bir sıra PUA-lara qarşı mübarizə aparmaq üçün HHM və ZRK silahları əvəzinə REM sistemlərindən istifadə edilməli olduğunu anlayıblar. Bu baxımdan bir sıra dövlətlər bu tip komplekslər hazırlayır. Azərbaycanın MSN də bu istiqamətdə çalışmalarını sürətləndirib. Real olaraq bu gün ordumuzun ehtiyacı olan komplekslərin ölkəmizdə istehsalı vacib şərtlərdəndir. Potensial bazarın mövcudluğu, proqram və istehsal xərclərinin qısa bir zamanda geri qayıtmasına zəmanət verir. Hazırda bu sahədə daha geniş təcrübəyə malik İsrail, Türkiyə və Pakistan ilə əməkdaşlıq aparılır. Dünyada böyük sürətlə inkişaf edən PUA bazarına qarşı REM vasitələrinin istifadəsi gələn onilliyin ən aktual prosesi olacaq. Bu bazarda yer tutmaqda gecikmələr yolverilməzdir.

Yazı Ryabov Kirilin məlumatları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: PUA   Sapsan   Taran   Pişal   REM  

Pilotsuz aparatlara qarşı "Sapsan", "Taran" və "Pişal" – ARAŞDIRMA (FOTOLAR)

2018/04/603x339_358094345_1524726791.jpg
Oxunub: 3963     15:08     26 Aprel 2018    