“Thales” Düşənbə aeroportunu ləvazimatla təchiz edəcək

2018/04/31206444_2525103457715807_8862955260595929088_n_1524582839.jpg
Oxunub: 1125     23:13     24 Aprel 2018    
Düşənbə aeroportunun yeni nəzarət qülləsi üçün tələb olunan ləvazimat Fransa kompaniyası “Thales” tərəfindən çatdırılacaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Tacik hökuməti daxilində olan mənbə bildirib.

Mənbə məsələnin Tacikistan Baş nazirinin köməkçisi Əzim İbrahim və “Thales”in vitse-prezidenti Oliver Auçan arasında baş tutan görüşmə zamanı müzakirə edildiyini qeyd edib.

Məlumata görə, çatdırılma 2019-cu ilin birinci yarısında həyata keçiriləcək. Fransa Müdafiə Nazirliyi bu təsisatın tikilməsinə sponsorluq edir. Aeroportu Fransanın “Marc Meunier” şirkəti tikəcək.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Düşənbə.Tacikistan   Thales  

“Thales” Düşənbə aeroportunu ləvazimatla təchiz edəcək

2018/04/31206444_2525103457715807_8862955260595929088_n_1524582839.jpg
Oxunub: 1126     23:13     24 Aprel 2018    