“Vaşinqtonun mövqeyi münasibətlərin sabitləşməsinə izn vermir” - Peskov

2018/04/927-Dmitri-Peskov_1523882571_1524571511.jpg
Oxunub: 1004     20:04     24 Aprel 2018    
“Vaşinqtonun mövqeyi və işlərin real vəziyyəti Rusiya və Amerika arasında münasibətlərin sabitləşməsindən, gərginliyin azalmasından bəhs etməyə imkan vermir”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

“Vaşinqton tərəfindən gördüyümüz reallıq, işlərin real vəziyyəti və real addımlar ABŞ-ın bizimlə əlaqələri yaxşılaşdırmaq istəməməsini göstərir. Bu, həm hərbi, həm siyasi, həm də iqtisadi sahəyə aiddir. Çətin ki, kimsə bununla mübahisə edər”, - deyə Peskov bildirib.

Qeyd edək ki, daha öncə ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman ABŞ prezidenti Donald Trampın Rusiya ilə daha effektiv qarşılıqlı fəaliyyət aparmağa hazır olduqlarını bəyan etməsini istinad gətirməklə Vaşinqtonun rəsmi mövqeyinin məhz belə olduğunu açıqlayıb.

Ağalar Qəribov
Ordu.az

Teqlər:

“Vaşinqtonun mövqeyi münasibətlərin sabitləşməsinə izn vermir” - Peskov

2018/04/927-Dmitri-Peskov_1523882571_1524571511.jpg
Oxunub: 1005     20:04     24 Aprel 2018    