İran və Pakistan donanma əməkdaşlığını genişləndirməyi düşünür

2018/04/184841_1524565454.jpg
Oxunub: 674     14:21     24 Aprel 2018    
Tehranda bir araya gələn İran və Pakistan donanmalarının komandirləri hərbi və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayıblar.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, İran donanmasının komandiri admiral Əli Fədavi iki ölkənin silahlı qüvvələri arasında yaxşı əlaqələrin və əməkdaşlığın mövcudluğundan məmnunluğunu dilə gətirib.

Öz növbəsində Pakistan donanmasının rəhbəri admiral Mahmud Abbasi İranın regional sularda təhlükəsizliyin təmin olunmasında oynadığı rolu yüksək qiymətləndirib.

Xatırladaq ki, dünəndən etibarən 6-cı Hind Okeanı Donanma Simpoziumu ilə əlaqədar 35-ə yaxın ölkənin donanma kommandirləri İranın paytaxtı Tehranda bir araya gəliblər.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: İran   Pakistan   Donanma  

Xəbər lenti

İran və Pakistan donanma əməkdaşlığını genişləndirməyi düşünür

2018/04/184841_1524565454.jpg
Oxunub: 675     14:21     24 Aprel 2018    