Qərbin gəmi əleyhinə raketlərinin inkişaf proqramı – ARAŞDIRMA (I Yazı)

2018/04/1_1524554882.jpg
Oxunub: 1867     11:23     24 Aprel 2018    
MBDA MM40 Block 3 gəmi əleyhinə raketlərinin yeni versiyası artıq satışdadır və fransız donanması da daxil olmaqla 11 sifarişçinin silahlanmasında yer alır. Bu sistem raketlərin gəmilərə, sualtı qayıqlara, təyyarələrə, helikopterlərə və sahil mühafizə komplekslərinə quraşdırılması təklif olunur. MBDA şirkəti düşmənin qabaqcıl müdafiə sisteminin öhdəsindən gələ bilməsi üçün daim raketin tuşlama avadanlıqlarının təkmilləşdirilməsi üzərində çalışır.

Qabaqcıl gəmi əleyhinə raketlərin və gəmi əleyhinə qanadlı raketlərin ortaya çıxması, məsələn Çinin yeni uzun mənzilli supersəs raketləri və müasir Qərb donanmaların qabiliyyəti və imkanları haqqında qayğıları, yeni sistemlərə qarşı mübarizə aparmaq üçün müasir silah sistemlərinin effektiv nəslinin inkişafına təkan verir. Hal-hazırda, Qərb yeni və böyük fəaliyyət radiusu, müasir naviqasiya, idarəetmə və çoxfunksiyalı tuşlama sistemi, şəraitə uyğun olaraq uçuşda hədəf dəyişdirə bilməsi ilə xarakterizə olunan raketlərin istehsalı istiqamətində çalışır. Bu çalışmaların əsas məqsədi Qərb silahlarının bütün bu spektrdə ortaya çıxa biləcək hədəfləri maksimum uzaq məsafələrdə məhv etmək qabiliyyətinə malik olmasından ibarətdir.

Gəmilərdən, helikopterlərdən, qırıcılardan və sahil müdafiə sistemlərindən buraxılacaq çoxplatformalı raket kimi düşünülən "Marte Extended Range" sistemi 2016-cı ildə Qətər ilə müqavilə bağlanandan sonra "MBDA İtaliya" tərəfindən daha sürətlə hazırlanmağa başladı

Avropa nailiyyətləri

2017-ci ilin martında İngiltərə və Fransanın müdafiə qurumlarının rəhbərləri yeni nəsil FC/ASW (Future Cruise/Anti-Ship Weapons) gəmiəleyhinə qanadlı raketlərinin yaradılması variantlarının birgə işlənməsi haqqında texniki saziş imzaladı. Konsepsiyanın yaradılması üçün məsuliyyət daşıyan MBDA qrupu hər iki ölkənin Hərbi Hava Qüvvələrində və Hərbi Dəniz Qüvvələrində mövcud olan raketlərin, o cumlədən "Storm Shadow/SCALP" EG, AGM/UGM/RGM-84 "Harpoon" və "Exocet" MM40 raketlərinin əvəz olunması və ya yenilənməsi üçün variantları nəzərdən keçirəcək. Proqramın növbəti mərhələsi üçün risklərin azaldılması yolları araşdırılacaq. FC/ASW proqramının əsas məqsədi növbəti onilliyin sonuna qədər planlaşdırılan döyüş imkanlarını əldə etməkdir. Üçillik proqram Birləşmiş Krallıq və Fransa tərəfindən bərabər şəkildə maliyyələşdiriləcək; 2020-ci ildə istehsala başlamadan öncə raket konsepsiyasının müxtəlif variantları, alt sistemlər və texnologiyalar bir daha tədqiq olunacaq və öyrəniləcək.

Böyük Britaniya təcili olaraq "Harpoon" raketinin dəyişdirilməsinə ehtiyac duyur. Keçən ilin oktyabr ayında Britaniyanın müdafiə naziri onların silinməsini barədə qərarı əvəzi olmadığına görə təxirə saldı və raketlərin xidmət ömrünü 2018-ci ilə qədər uzatdı. Fransa isə arsenalında mövcud olan "Exocet" raketləri ilə özünü daha rahat hiss edir, lakin hər iki ölkə bu yaxınlarda "Storm Shadow/SCALP" EG raketlərinin yenilənməsi proqramına başlamaq qərarına gəlib. Ekspert və analitiklərə görə, əməkdaşlığın bu forması xərclərin azaldılmasına yönəlib, digər ölkələri də əhatə edə bilər. Bu proqram Avropanın əsas raket texnologiyalarına müstəqil sahib olmasına imkan yaradacaq.

Norveç, Polşa və Malayziya donanmasında yer alan NSM raketləri, rəsmən 2018-ci ilin fevralında başlayan Almaniya və Norveçin dəniz sektorunda həyata keçirdiyi uzunmüddətli əməkdaşlığın əsas elementlərindən biridir. Bundan əlavə, NSM gəmi əleyhinə raketlərinin ABŞ bazarına çıxarılması "Raytheon" və "Kongsberg" şirkətlərinin birgə təklifinin əsasını təşkil edir

MBDA sirkəti tərəfindən istehsal olunan "Exocet" gəmi əleyhinə raketlərinin gəmi, təyyarə və sualtı versiyaları 1972-ci ildə silahlanmaya qəbul edilib və ən azı bu gün 35 ölkədən potensial alıcılar sifarişi almaq üçün növbə gözləyirlər. 2010-cu ildə Fransanın müdafiə satınalma bürosuna ilk raket tədarükündən sonra 11 müştəriyə, o cümlədən Fransa donanmasına təxminən 500 ədəd yeni versiyada MM40 Block 3 raketləri satılıb.

2016-ci ilin iyununda MBDA şirkəti, Qətər Dəniz Donanması ilə açıqlanmayan sayda Block 3 raketlərinin və digər avadanlıqların tədarükü ilə bağlı müqavilə imzalayıb. Bu raketlər "Fincantieri"də hazırlanan yeni mobil sahil mühafizə sistemlərinin, yeni korvet və raket patrul qayıqlarının silahlanmasında istifadə ediləcək. Block 3 raketinin kütləsi 780 kq, uzunluğu isə mühərriklə 6 metrdən az deyil. Güclü reaktiv "Microturbo" TRI-40 mühərriki son dərəcə aşağı yüksəkliklərdə təxminən 200 km zərbə məsafəsini təmin edir.

INS/GPS müasir naviqasiya paketi, üçkoordinatlı aralıq nöqtəni proqramlaşdırmağa, traektoriyaların optimallaşdırılmasına və bir neçə raketin eyni zamanda hücumlarının həyata keçirilməsinə imkan verir. Blok 3 variantında raket, aşağı sürətli partlayıcıya malik zəif həssaslıqlı parçalanan fuqas başlığı ilə təchiz olunur. Hədəflərə hücumun son mərhələsi zamanı adaptiv axtarış və hədəflərin seçilməsi rejiminə malik GPS koordinatları istifadə edən özütuşlanan başlıqdan istifadə edilir.

"Exocet" ailəsinin təkmilləşdirilən raketləri düşmənin son hava müdafiə sistemləri ilə mübarizədə mükəmməl nəticələr göstərir.

2018-ci il üçün Fransanın müdafiə büdcəsinə görə, Block 3c raketinin təkmilləşdirilən variantı 2019-cu ildə təslim ediləcək. Sənəddə ətraflı məlumat verilmir, lakin əvvəlki büdcədə aşağı siqnal yayan hədəflərin ələ keçirilməsi və özütuşlanan başlığın maneələrə qarşı təkmilləşdirilməsi qeyd edilib.

2017-ci ilin martında "Saab Dynamics" kompaniyası İsveç hökumətindən "Visbu" korvetləri və JAS "Gripen E" qırıcıları üçün BS15 gəmi əleyhinə raketlərin yeni nəslinin hazırlanması üçün müqavilə imzalayıb

NSM (Nytt Sjomals Missile - dəniz zərbə raketi), Norveç Dəniz Donanmasının ehtiyaclarını ödəmək üçün "Kongsberg Defence Systems" şirkəti tərəfindən hazırlanıb, hazırda Avropa və ABŞ-da yeni potensial müştərilərin axtarışındadır. Bu yüksək dəqiqlikli zəif görüntüyə malik raketlər dəniz və sahil zolağında son dərəcə aşağı yüksəkliklərdə fəaliyyət göstərir və səmərəli surətdə gəmilərin müdafiəsini yara bilir.

Norveç və Polşa donanması ilə yanaşı, Malayziya HDQ altı ədəd sahil zonasının katerlərini bu NSM raketləri ilə təchiz edilməsi barədə müqavilə imzalaması, Almaniya və Norveç arasında hərbi sahədə uzunmüddətli əməkdaşlığın yeni istiqamətini təyin etdi.

Bu iki ölkə, raketi daha da inkişaf etdirmək niyyətindəykən, Almaniya HDQ NSM raketlərinin böyük partiyasını almağa hazırlaşır. Bundan başqa,"Raytheon" və "Kongsberg Defence Systems" şirkətləri NSM raketini ABŞ bazarına yeritməyə çalışır və ABŞ HDQ döyüş-raket gəmiləri üçün almaq istədiyi QTH WS (over-the-horizon weapon system) üfüqarxası silah sistemlərinin hazırlanması proqramında iştirak edir.

"Konsberg" şirkətinin istehsalı olan NSM raket ailəsinə həmçinin F-35 "Lightning II" qırıcılarında istifadə olunan Joint Strike Missile (JSM) raketləri də daxildir. Avstraliyanın iştirakı ilə hazırlanan JSM raketi "BAE Systems" tərəfindən istehsal edilən ikinci müstəqil passiv radio frekanslı tuşlama sensoru və ikitərəfli kommunikasiya kanalı ilə təchiz olunacaq

409 kiloqram ağırlığında olan NSM raketi, 3.96 metr uzunluğunda kompozit korpusa və 200 km dən çox atəş məsafəsinə sahibdir.

Bu raket passiv tuşlama sistemi GPS və final trayektoriyada hədəfləri tanıyan ikidiapazonlu termal axtarış sistemli özütuşlanan başlıqla təchiz edilir.

NSM raketi, gəmilərin maili atıcı qurğularından buraxla bilir, baxmayaraq ki, şirkət sualtı qayıqlardan şaquli buraxıla bilən variantlar da hazırlayıb. NSM raketlərinin yüksək dəqiqliklə havadan yer hədəflərinə hücum edə bilən JSM versiyası da mövcuddur. Korpusu dəyişdirilən raket F-35 "Lightning II" qırıcısının bomba bölməsində yerləşdirilir. Avstraliyanın iştirakı ilə hazırlanan JSM raketi "BAE Systems" tərəfindən istehsal edilən ikinci müstəqil passiv radio frekanslı tuşlama sensoru və ikitərəfli kommunikasiya kanalı ilə təchiz olunacaq.

"Kongsberg" şirkəti 2022-2024-ci ildə silahlanmaya qəbul ediləcək JSM raketlərini Block 4A/4B versiyasına qədər yüksəldərək F-35 döyüş təyyarəsinə inteqrasiya etmək niyyətindədir.

"Saab" və "Diehl Defence" şirkətlərinin ən son Mk3 də daxil olmaqla, müxtəlif versiyalarda RBS15 raketləri Xorvatiya, Finlandiya, Almaniya, Polşa və İsveç HDQ- də silahlanmadadır. Mk3 modelinin, yeni Meko 200AM freqatlarını təchiz etmək üçün Əlcəzairə satıldığı bildirilir.

2017-ci ilin martında "Saab Dynamics" kompaniyası İsveç hökumətindən "Visby" korvetləri və JAS "Gripen E" qırıcıları üçün RBS15 gəmi əleyhinə raketlərin yeni nəslinin hazırlanması üçün müqavilə imzalayıb

RBS15-in mövcud variantlarına bənzər yeni raket, mövcud RBS15 Mk3 raketinin modifikasiya versiyası olacaq. Bütün şəraitlərdə istifadə edilə bilməsi, kompozit komponentlərdən geniş istifadə etməklə korpusun çəkisinin azaldılması, yeni naviqasiya və RLS avadanlıqları yenilənənlər arasındadır. "Saab" şirkətinin məlumatına görə, yeni nəsil raketin dizaynı onun gələcəkdə modernləşdirilməsini həyata keçirməyə imkan verir. "Visby" korvetləri üçün yeni RB3 + Mk15 raketlərinin, "Gripen E" qırıcıları üçün isə RB15F-ER uzun mənzilli raketlərinin kiçik partiyalarla təslim edilməsinə isə 2020-ci ilin ortalarında başlanacaq.

"Saab" və "Diehl Defence" birgə istehsal şirkəti mövcud RBS15 Mk2 gəmi və RBS15F təyyarə raketlərinin xidmət müddətini uzatmaq üçün maliyyələşdirilməni nəzərdə tutan müqavilə imzalayıb. Hər iki şirkət tərəfindən birgə istehsal olunan yeni MK3 RBS15 raketlərinin mövcud versiyası, Almaniya, Polşa və İsveçin donanmalarında istifadə edilir. Məlumatlara görə, Əlcəzairin yeni "Meko" 200AN freqatları da bu raketlərlə təchiz etmək üçün onları əldə edib.

660 kq çəkiyə malik RBS15 Mk3 raketinin uzunluğu 4.35 metrdir və 250 km-dən çox uçuş məsafəsinə malikdir.

MBDA şirkəti "Exocet" ailəsindən olan raketlərin təchizatına dair son müqaviləni, 2016-cı ildən İtalyanın "Fincantieri" tərsanəsində yeni gəmiləri hazırlanan Qətər Əmirliyi ilə bağlayıb. Avropalı şirkətlər müasir düşmən müdafiəsini keçmək üçün raketlərin tuşlama sistemlərinin təkmilləşdirilməsi üzərində işləyirlər

Çoxplatformalı kimi düşünülən və helikopterdən, gəmidən, qırıcılardan və sahil mühafizə sistemlərindən buraxılan "Marte Extended Range" raketləri Qətərlə 2016-cı ildə bağlanan müqavilədən sonra daha sürətlə hazırlanmağa başladı. Bu gəmi əleyhinə orta mənzilli raket sahil zonasında və açıq dənizdəki hədəflərlə mübarizə aparmaq üçün nəzərdə tutulub. Raket fyuzelajaltı hava toplayan "Williams International" istehsalı turboreaktiv mühərriklə təmin olunub. 100 km- dən artıq məsafəyə atəş aça bilən raketin uzunluğu 3.6 metr, diametri isə 32 sm- dir. Naviqasiya və idarəetmə kompleksi son trayektoriyada qabaqcıl yayınma manevrləri həyata keçirməyə imkan verir. Sahil müdafiə mobil kompleksinin hazırlanması zamanı Marte Mk2/N raketinin dəniz variantının avadanlıqlarından geniş istifadə olunub.

Bu avadanlıqlara MBDA tərəfindən hazırlanan, tərkibində PUA da yer alan mərkəzi şəbəkəyə sahib komanda və idarəetmə sistemi, axtarış və buraxılış sistemləri aiddir. Dəniz/sahil təyinatlı "Marte ER" raketinin 2020-ci ildə silahlanmaya qəbul ediləcəyi gözlənilir.

Eyni zamanda, MBDA şirkəti Küveyt tərəfindən Eurofighter "Typhoon" qırıcıları üçün tələb etdiyi "Marte ER" raketlərinin hava təyinatlı versiyası üzərində işləyir. MBDA şirkəti "Leonardo" kompaniyasının aviasiya bölməsi ilə "Typhoon" platformasına raketin inteqrasiya imkanlarını qiymətləndirmək üçün birgə texniki-iqtisadi əsaslandırmanın həyata keçirilməsinə başlayıb.

"Marte ER" proqramı davam edir və 2020-ci ildə silahlanmaya qəbul ediləcəyi planlaşdırılır. "Marte ER" raketlərinin hava versiyası əsas gəmi əleyhinə silah kimi Eurofighter "Typhoon" platforması üçün təklif edilir. "Marte ER" imkanları İtalyanın Hərbi Hava Qüvvələrinin və ixrac bazarına, əsasən də, Körfəz ölkələrinin tələblərinə əsaslandırılır

18 ay davam edən bu mərhələ iki şirkətin razılaşdırıdığı tammiqyaslı inteqrasiya proqramı olacaq. "Marte ER" raketlərinin həm İtaliya HHQ tərəfindən, həm də xüsusi regional qeyri-sabitlik nəzərə alınan Körfəz ölkələr tərəfindən tələb olunması diqqəti cəlb edir. Nəzərə alsaq ki, bir atıcı qurğudan eyni zamanda buraxılan 6 raket hər hansı bir düşmənin müasir HHM sistemini keçməyə qadirdir, o zaman bu raketlərin sürətli kater, freqat və korvetlər ilə mübarizədə öz potensialını daha geniş göstərə biləcəyi real görünür.

Qırıcılar üçün olan versiya, helikopter, dəniz və quru versiyasından fərqlidir. Onların hamısı mərkəzi qatlama qanadlarla təchiz olunur, qırıcı versiyası isə sabit mərkəzi qanadların mövcudluğu və start mühərrikinin olmaması ilə fərqlənir. Yeni raket təkmilləşdirilmək üçün yaxşı bir potensiala malikdir. MBDA şirkəti artıq döyüş başlığı, idarəetmə və tuşlama sisteminə aid yeni texnologiyaların tətbiqi üzərində işləyir.

"Marte ER" üçün mövcud və inkişaf etməkdə olan texnologiyaların tətbiqinə 2018-ci ildə başlamaq planlaşdırılır.

"Otomat Mk2 Block IV/Teseo Mk2/A" adını alan və MBDA İtaliya tərəfindən həyata keçirilən bu proqram, İtaliyaya 40 illik gəmi əleyhinə silahların istehsal və inkişaf təcrübəsi sahəsində əldə etdiyi əsas səlahiyyətləri və texnologiyaları qorumağa imkan verəcək.

(Ardı var…)
Yazı Nikolay Antonovun məlumatları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: MBDA   Marte-ER   RBS15   JSM  

Xəbər lenti

Qərbin gəmi əleyhinə raketlərinin inkişaf proqramı – ARAŞDIRMA (I Yazı)

2018/04/1_1524554882.jpg
Oxunub: 1868     11:23     24 Aprel 2018    