Donbasda gərginlik davam edir: 5 yaralı

2018/04/ato_012_20_650x410345345_1524549746.jpg
Oxunub: 467     14:01     24 Aprel 2018    
Geridə qalan gün ərzində separatçılar müxtəlif silahlar vasitəsilə 44 dəfə atəşkəsi pozublar.

Ordu.az Unian.net saytına istinadən xəbər verir ki, bu barədə ATO qərargahının mətbuat mərkəzi məlumat yayıb.

Məlumata görə, atəşkəsin pozulması nəticəsində Ukrayna Silahlı Qüvvələrinin 4 əsgəri yaralanıb, daha bir əsgər isə döyüş zədəsi alıb.

Separatçılar Donetsk istiqamətində qumbaratan və pulemyotlardan istifadə ediblər.

Luqansk istiqamətində isə separatçılar tərəfindən minaatan və zenit qurğularından istifadə olunub.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Donbas   Yaralı   ATO  

Donbasda gərginlik davam edir: 5 yaralı

2018/04/ato_012_20_650x410345345_1524549746.jpg
Oxunub: 468     14:01     24 Aprel 2018    