Ağdaş yüksəkliyində döyüş: “Əgər ölümdən qorxacağamsa, onda sizə necə rəhbərlik edəcəyəm?”

2018/04/12_1524466531.jpg
Oxunub: 9398     14:45     23 Aprel 2018    
Başını torpağa qısıb, otları ovuclamışdı. Güllələr vıyıltı ilə qulağının dibindən sivişib keçirdi. Dərindən nəfəs alırdı. “Yox!Yox! Hələ ölmək olmazdı. Hələ görüləsi çox iş vardı!” deyə düşündü. Başını qaldırıb, güllələrin arasından qaçmağa başladı. Bir az irəliləyib yenidən yerə uzandı. Beləcə qısa fasilələrlə qaçaraq səngərə qayıda bildi.

Oradan da məruzə etmək üçün birbaşa ştaba gedərək polkovnik-leytenant Əhməd Quliyevin yanına getdi. Əhməd Quliyevlə qapıda qarşılaşdılar.

– Əhədov, Allaha şükür sağ-salamat qayıtmısan.

– Bəli, yoldaş polkovnik, hər şey qaydasında getdi.

– Gəl, səni bir qucaqlayım e. Oğulsan, oğul.

Əhməd Quliyev Elşad Əhədovu bağrına basıb qucaqladı.

– Mən də hərbi hissə komandirinin yanına gedirdim. Amma keç içəri danış görək necə oldu. Həm sənin qayıtmağın və tapşırıqla bağlı da məruzə etməliyəm.

Elşad Əhədov onun ardınca otağa keçdi. Polkovnik-leytenantın göstərişi ilə stulu çəkib,oturdu. Əhməd Quliyev dəmir fincanlara çay süzüb dedi:

– Oğulsan e, talış balası. Atanın çörəyi sənə halaldı. Danış görək e, necə oldu?

– Yoldaş Quliyev, tapşırıq üzrə gecə ilə düşmənlə aramızdakı əraziyə gizlincə girdim. Özümlə götürdüyüm 6 minanı, əvvəlcədən təyin etdiyimiz yerlərdə basdırmağa müvəffəq oldum. Ancaq bütün bunları edərkən maksimum ehtiyyatla tərpənirdim ki, məni görməsinlər. Buna görə də çox vaxt itirdim. Artıq hava işıqlaşırdı. Geri qayıtmağım təhlükəli olduğu üçün, məcbur orada tapdığım ağacın qovağında gizləndim. Bir müddət burada gözlədim. Sonra erməni tanklarının hərəkətə keçdiyini gördüm. Yəqin ki, düşmən yeni hücuma hazırlaşırdı. Elə təzəcə tərpənmişdilər ki, tanklardan səkkizi və düşmənin xeyli canlı qüvvəsi məhv oldu. Bundan sonra çaxnaşma düşdü. Aləm dəydi bir-birinə. Mən də fürsət bu fürsətdi deyib, başladım qaçmağa. Ancaq duyuq düşmüşdülər. Az qalsın əclafların gülləsinə tuş gələm.

Əhməd Quliyev təmkinini pozmadan dedi:

– Qələt edirlər, onların özü nədir ki, gülləsi də nə ola? Çox böyük iş görmüsən e, Elşad. Bu bizim işimizi bir xeyli asanlaşdırdı. Hazırda göstəriş verəcəm birbaşa hücuma keçək. Sürətli hücumla onları qəfil yaxalayacayıq.

– Mən vətənimə xidmət edirəm, komandir. Bu vətən üçün ölsəm də azdır.

– Halaldı sənə. Sən Rusiyada oxumuşdun, hə?

– Yox, yoldaş Quliyev. 1982-ci ildə 7-ci sinifi bitirib Cəmşid Naxçıvanski adına Hərbi liseyə daxil olmuşam. Oranı da qurtarıb Ukraynanın Kamenets-Podolsk Ali Komandirlər məktəbində oxudum. Ondan sonra da Volqoqradda baş leytenant kimi xidmət keçmişəm.

– Təcrübə öz sözünü deyir də. Yaxşı, sən get dincəl. Danışarıq.

Elşad Əhədov polkovnik-leytenant Əhməd Quliyevlə sağollaşıb otaqdan çıxır.

Sözügedən hadisənin üstündən bir həftə keçmişdi. Elşad Əhədovun da olduğu tabor onun düşmən tanklarını məhv etməsi sayəsində bir xeyli irəliləmişdi. Qarşıda Ağdaş yüksəkliyi dururdu. Bu çətin bir o qədər də strateji əhəmiyyətli bir post idi.

Taborda ciddi hazırlıq işləri gedirdi. Ştabda yüksək rütbəli zabitlər hücum planını ən xırda detala fikir verir, hər şeyi əvvəlcədən götür-qoy edirdilər. Əhədov qapını döydü, sonra içəri girib hərbi salam verdi:

– Məni çağırmısınız, cənab polkovnik.

Polkovnik-leytenant Əhməd Quliyev eynəyinin altından onu süzdü.

– Gəl, gəl Əhədov. Döyüş planını hazırlayırıq. Səni də bilirsən niyə çağırmışam?

Əhədov təəccüblə dilləndi:

– Xeyr, komandir. Nə məsələdir?

– Oğlum, bu günə qədər həmişə üzümüzü ağ çıxartmısan. Nə tapşırıq vermişiksə, hamısını layiqincə yerinə yetirmisən. İstər aldığın təhsil, istərsə də, hərbi sahədəki təcrübən yeni hücumda sənə də vəzifə verməyimimizə səbəb oldu. Sənə olduqca çətin bir tapşırıq verəcəyik.

– Azərbaycan ordusuna xidmət edirəm. Nə tapşırığınız olsa, mən hazıram.

– Əhədov, bilirəm ki, hazırsan. Gözü qorxmaz igidlərdənsən. Sənə on nəfərlik bir dəstə verəcəyik. Bu dəstə ilə Ağdaş yüksəkliyinə çıxmaq üçün orduya öncüllük edəcəksiniz. Amma onu deyim ki, bu çox çətin tapşırıqdır. Hətta şəhid də ola bilərsiniz. Bu tapşırıqdan imtina etsən, səni heç kim qınamaz. Seçim yenə də sənindir.

– Yoldaş polkovnik, mən bu vətən üçün canımdan, qanımdan da keçməyə hazıram. Təki vətən sağ olsun.

– Əhsən, Əhədov. Səndən də elə bu yaraşardı.

Elşad Əhədov planla tanış oldu. Daha sonra öhdəçiliyindəki on nəfərlə söhbət etdi. Onlara girdikləri yolun necə çətin olduğunu başa saldı. Döyüşçülərin hamısı onunla ölümə belə getməyə hazır olduqlarını dedilər. Bu sözlər Elşadın ürəyini dağa döndərdi.

Gecə düşməyə başlamışdı. Elşad Əhədov öz dəstəsi ilə hərəkətə keçdi. Arxalarında ordu gözləyirdi. Elşadgil gecənin qaranlığından istifadə edərək irəliləyirdilər. Öndə Elşad gedir, arxada iki əsgər, onların arxasında isə üç əsgər var idi. Beləcə on nəfərlik piramida formasında düzülmüş, bu vasitə ilə bir-birilərini qoruyurdular. Əgər düşmənin yeri bəlli olarsa, qarşıdakı yaralansa və yaxud da həlak olsa, arxadakılar düşməni məhv edə biləcəkdi. Elşadın hərbçi yoldaşları onun arxada getməli olduğunu, ümumi komandanı idarə etmək üçün sağ qalmalı olduğunu demişdilər. Amma Elşad Əhədov bütün bu deyilənləri yaxına buraxmadı. O, liderin həmişə öndə getməli olduğunu dedi. Elşad Əhədov “əgər ölümdən qorxacağamsa, onda sizə necə rəhbərlik edəcəyəm?” deyə bildirdi.

Gecənin qaranlığında bir müddət getdilər. Çox keçmədi ki, güllə səsləri gəlməyə başladı. Tez daşların arasında özünə mövqe seçib, avtomatın qoruyucusunu açdı. Nişan alıb atmağa başladı. Arxadakı iki əsgər də onunla eyni mövqeyə gəlib yerə uzandılar. Elşad Əhədovun gülləsi bir düşmən əsgərini məhv etdi. Tez ayağa durub irəliləməyə başladı. Qaranlıqda kolluqda gizlənmiş erməni zabiti tapançasının ucunu çıxardıb, ona tuşladı. Elşad Əhədov heç nədən xəbərsiz bir formada özünü qarşıdakı düşmən əsgərlərindən qorumaq üçün əyilə-əyilə irəliləyirdi. Bu anda düşmən zabiti silahından atəş açdı. Güllə düz Elşad Əhədovun çiynini dəlib keçdi. Erməni zabiti tətiyi bir daha çəkdi. Elşad Orucovun əsgərləri silahlarını alovun çıxdığı istiqamətə çevirib, atəş açmağa başladılar. Erməni zabiti üçüncü kərə atəş açdıqdan sonra tirtap yerə sərildi. Elşad Əhədov isə üç güllə yarasına rəğmən hələ də ayaqda idi. Hərbçi yoldaşları ona çatıb qolunun arasına girdilər. Digər əsgərlər onların təhlükəsizliyini təmin etmək üçün atəş açırdılar. Elşad Əhədovu yerə uzatdılar. Və o, gözünü əbədiyyən həyata yumdu...

Elşad Əhədov Ağdaş yüksəkliyini fəth edə bilməsə də, şəhidlik zirvəsinə ucaldı. Azərbaycan Resbublikası Prezidentinin 14 dekabr 1993-cü il tarixli fərmanı ilə Əhədov Elşad Saday oğlu ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmiş, 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Elşad Əhədov doğma kəndində dəfn olunub. Öz kəndində orta məktəb və park Milli Qəhrəmanın adını daşıyır.

Emin Piri
Yazı Ordu.az-a məxsusdur

Teqlər: Elşad-Əhədov   Qarabağ   Milli-Qəhrəman  

Ağdaş yüksəkliyində döyüş: “Əgər ölümdən qorxacağamsa, onda sizə necə rəhbərlik edəcəyəm?”

2018/04/12_1524466531.jpg
Oxunub: 9399     14:45     23 Aprel 2018    