Aprel döyüşlərinin qəhrəman həkimi: “Düşmən Gürcüstandan muzdlu həkimlər axtarırdı” – MÜSAHİBƏ

2018/04/456456_1524296052.jpg
Oxunub: 6871     15:24     21 Aprel 2018    
Əgər ölkəmiz müharibə şəraitindədirsə, hər birimiz çalışdığımız sahənin əsgəri olmalıyıq. Çünki tarix boyu minlərlə ərənlərimizin qanı tökülən bu Vətən yalnız təmas xəttində torpağın bağrında qazılan səngərlərdə müdafiə olunmur. O səngərlər ürəklərdə də qazılmalıdır...

Sizə təqdim edəcəyimiz müsahibimiz də öz sahəsi ilə Vətənin xidmətinə qalxıb. Necə deyərlər, xidmətlərin ən faydalısını, fədakarlığı ən nümunəvisini edib. Bəhmən Yadigarov ölkənin ən nüfuzlu neyrocərrahıdır. O təkcə mülki sahədə yeddi minə yaxın əməliyyat edib. Lakin cərrah hesab edir ki, indiyə qədər elədiyi ən faydalı iş könüllü şəkildə Müdafiə Nazirliyinin hərbi hospitalına getməsi və orada bir çox hərbçinin həyatını xilas etməsidir. Bəhmən Yadigarovun Ordu.az saytına verdiyi müsahibəni sizə təqdim edirik:

- Həkim, istərdim müsahibəyə özünüz haqqında məlumatdan başlayaq.

- Mən Yadigarov Bəhmən Rizvan oğlu 1981-ci ildə Gürcüstannın Dmanisi rayonun Yığançaq kəndində doğulmuşam. Orta təhsilimi başa vurub Azərbaycan Tibb Universitetinə daxil olmuşam. Həmin universiteti 2003-cü ildə bitirib Rusiya Federasiyasının Yekaterinburq şəhərində yerləşən universitetdə neyrocərrahiyyə ixtisası üzrə təhsilimi davam etdirmişəm. 2004-cü ildən Respublika Neyrocərrahiyyə Xəstəxanasında çalışıram.

- Tibbin elə sahəsi ilə məşğulsunuz ki, ölkədə bu sahə üzrə çalışan mütəxəssislər çox azdır. Necə oldu ki, məhz bu ixtisası seçdiniz?

- Hər kəs bir sahə ilə öz millətinin, xalqının xidmətində olmalıdır. Universitetə daxil olanda, məhz bu ixtisas üzrə mütəxəssisin az olduğunu görüb düşündüm ki, mümkün boşluqları doldurmaqla xalqıma xidmət edə bilərəm.

- Xidmət edirəm demişkən, yollarınız hərbi tibbə nə vaxt kəsişdi?

- Müdafiə Nazirliyinə könüllü olaraq müraciət edib 2015-ci ildən etibarən hərbi hospitallarda əməliyyatlar həyata keçirmişəm.

- Müdafiə Nazirliyinin hospitallarında necə, bu ixtisas üzrə həkim çatışmazlığı var?

- Xeyr. Deyərdim ki, orada tibbin heç bir ixtisası üzrə mütəxəssis çatışmazlığı yoxdur. Mənim orada könüllü işləməyim Vətənə olan sevgidən yarandı. İstədim ki, mən də hərb sahəsinə bacardığım köməkliyi göstərim.

- Bizdə olan məlumata görə, Siz Aprel döyüşləri zamanı bir neçə hərbçimizi əməliyyat edərək onlara ikinci həyatı bəxş etmisiniz.

- Bəli, Aprel döyüşləri zamanı cəbhədə yaralanan bir neçə hərbçimizi əməliyyat etdim. Onların içərisində zabitlər də var idi. Demək olar ki, indi hamısı ilə dostluq münasibəti yaranıb. Onların içərisində əlil olanları da var, tam şəfa tapanları da...

- İlk əməliyyat etdiyiniz hərbçi kim oldu?

- İlk əməliyyat etdiyim hərbçi zabit Hikmət Məmmədov oldu. Çətin və uğurlu əməliyyat keçdi. Çox şükür, indi Hikmət Məmmədovun səhhəti yerindədir. Həyatı üçün təhlükəni adlaya bildi.

- Bəs cəbhədən gələn an ağır xəstəniz kim idi?

- Ən ağır xəstəm... (düşünür və birdən üzündəki təbəssüm itir) Tağıyev Rahim idi. Onu iki dəfə beynindən əməliyyat elədik, lakin sağalda bilmədik. Üç ay sonra şəhid oldu. Sonra növbəti xəstələr Ağayev Yaşar, Cavadov Razi - indi hər ikisi yaşayır.

- Həkim, mülki xəstələrlə hərbi xəstələr arasında hər hansı bir fərq varmı?

- Psixoloji baxımdan yanaşsaq, hərbçilər fərqlidir. Hərbçilər uzun müddət çərçivələrin var olduğu ortamda ömür sürdükləri üçün hərdən onlarla dil tapmaq da çətin olur. Amma mən ən çətin psixologiyaya malik olanları belə ram etməyi bacarmışam. Onlarla dil tapıb dostlaşmışam. Çünki neyrocərrahiyyə xəstələrinin böyük qismi əlil olur. Bildiyiniz kimi, psixoterapiya da təbabətin bir qoludur. Hər dəfə xəstəyə mənəvi dəstək verməlisən, “narahat olma, hər şey yaxşı olacaq”, “yeriyəcəksən” və yaxud “əlin qolun açılacaq” deməlisən.

- Əlbəttə ki, Sizin üçün qəzada yaralanan mülki adamlar da xəstədir, cəbhədə döyüşdə yaralanan da. Bəs bir şəfaverici kimi cəbhədən gələn yaralıları sıradan, adi xəstə kimi qəbul etmisinizmi?

- Xeyr, qətiyyən... Bunu demək nə qədər çətin olsa da, səsləndirəcəm: Mənim üçün cəbhədə yaralanıb gələn xəstələr sıradan gələnlərdən daha fərqli və çox önəmli xəstələrdir. Vətən üçün öz sağlamlığını itirən insanlar bizim üçün çox əzizdir. Ona görə də onlara yanaşma tərzi də başqadır. Məni Müdafiə Nazirliyinin hospitalına aparanda da o hisslər olub.

- Ən təlatümlü və təlaşlı əməliyyatınız hansı idi?

- Ən təlatümlü əməliyyat Məmmədov Azərin əməliyyatı idi. Çünki onun probleminin nədən ibarət olduğunu bilirdim. Maksimum dərəcədə onun zədələnmiş sinirlərindən bir neçəsini bərpa etməyə çalışırdıq ki, o yeriyə bilsin. Bu daha məsuliyyətli əməliyyat idi.

- Döyüşlər gedən ərəfələrdə Siz də öz cəbhənizdən düşməni izləyir, yaxud da onların tibb xidməti haqqında informasiya toplayırdınızmı?

- Maraqlı sualdır. Həmin dönəm əldə etdiyim məlumatlara görə, Ermənistanda həkim səfərbərliyi başlamışdı. Məmnuniyyətlə bir informasiyanı sizinlə bölüşüm: onlar hətta Gürcüstandan gələcək muzdlu həkimlər axtarırdılar. Amma bizdə belə olmadı. Çünki Müdafiə Nazirliyinin bütün hospitallarında yüksək səviyyəli, maksimum peşəkar həkim kollektivi var. Aprel döyüşləri zamanı həmin həkimlərin cəmi 1-2 faizindən istifadə edildi. Digərləri isə can atırdılar ki, onlar da vəzifə borclarını yerinə yetirsinlər, amma gələn yaralı sayının az olması digər həkimlərin işləməsinə şərait yaratmadı.

- Həmin dönəmdə səhra hospitalına getməyi düşünürdünüzmü?

- Mən ümumiyyətlə səhra şəraitində, periferiyada işləməyi bacarıram. Ancaq mən peşəkar yardım göstərməliydim. Bu da yalnız mərkəzdə baş tuta bilərdi. Ona görə də mərkəzdə qaldım.

- Mərkəz demişkən, bəs hərbi hospitalda tibbi avadanlıqlar hansı səviyyədədir?

- Yüksək səviyyədə. Demək olar ki, bəzi dövlətlərin mərkəzi hospitallarında olmayan ən müasir avadanlıqlar bizdə var. Ona görə də bizdə ümumi xəstələr arasında ağırlaşma sayı çox az oldu. Hərbi hospitala gətirilən cəmi iki xəstəmiz şəhid oldu. Həmin xəstələri bir neçə aydan sonra itirdik.

- Sizdən başqa mərkəzə könüllü gəlmək istəyən həkimlər var idi?

- Demək olar ki, böyük həkim ordusunun Müdafiə Nazirliyinə müraciət etdiyini gördük. Amma həkimə ehtiyac olmadığı üçün, mərkəzdə kifayət qədər həkim və tibb işçisi olduğu üçün onların istəkləri geri çevrildi.

- Bəhmən həkim özünü daha çox hərbi həkim hesab edir, yoxsa mülki?

- Zərrə qədər zərurət varsa, ölənə qədər hərbi həkimdir. Hər dəfə bir hərbçinin həyatın xilas edəndə, dünyanın ən böyük xoşbəxtliyini yaşayıram. Hərbi hospitalda heç vaxt unudulmayacaq xatirələrim var. Orada özümə elə dostlar tapmışam ki, onlar xalqımız üçün öz sağlamlığını qurban veriblər.

- Ümumilikdə hər birimizə məlumdur ki, ordu sıralarında xidmət edən bütün əsgər və zabitlərin mənəvi-psixoloji döyüş ruhu yüksək səviyyədədir. Bəs həkimlərdə necə?

- Deyərdim ki, yüksək səviyyədə. Azərbaycanın bütün hərbi və mülki səhiyyə kollektivi hər an, hər dəqiqə bir ordu olmağa - öz cəbhələrində vuruşmağa hazırdır. Şəxsən mən özümü bir hərbçi hesab edirəm və hər an Ali Baş komandandan döyüş əmrini gözləyirəm.

Elgün Gəncimsoy
Ordu.az

Teqlər:

Aprel döyüşlərinin qəhrəman həkimi: “Düşmən Gürcüstandan muzdlu həkimlər axtarırdı” – MÜSAHİBƏ

2018/04/456456_1524296052.jpg
Oxunub: 6872     15:24     21 Aprel 2018    