Kosaçyev: “Suriyaya zərbələrin məqsədi təhqiqatın qarşısını almaq idi”

2018/04/1520_1523693378.jpg
Oxunub: 1452     16:16     14 Aprel 2018    
“ABŞ-ın başçılıq etdiyi koalisiyanın Suriyaya zərbə endirməsinin məqsədi Duma şəhərində təxmin olunan kimyəvi hücum aktının Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı tərəfindən tədqiq olunmasının qarşısını almaq idi”.

Ordu.az Aif.ru saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsinin rəhbəri Konstantin Kosaçyev bəyan edib.

“ABŞ, Böyük Britaniya və Fransanın fəaliyyəti beynəlxalq hüquq normalarının sərt şəkildə pozulması və suveren dövlətə əsassız hücumdan başqa bir şey deyil”, - deyə Kosaçyev bildirib.

O qeyd edib ki, hücumun məqsədinin Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının Duma şəhərində bu gün başlayacaq analizinin qarşısının alınmasından ibarət olduğuna əmindir.

Ağalar Qəribov
Ordu.az

Teqlər: ABŞ   Suriya  

Kosaçyev: “Suriyaya zərbələrin məqsədi təhqiqatın qarşısını almaq idi”

2018/04/1520_1523693378.jpg
Oxunub: 1453     16:16     14 Aprel 2018    