Tərtərdə raket hissəsi tapılıb

2018/04/4845151_1523625897.jpg
Oxunub: 1161     21:09     13 Aprel 2018    
Tərtərdə raketin mühərrik hissəsi tapılıb.

ANAMA-dan Ordu.az-a aprelin 13-də Daxili İşlər Nazirliyinin “102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 08:22-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Tərtər rayonu, Şıxarx qəsəbəsi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə 1 əkin sahəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd PQ-7 raketinin mühərrik hissəsi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş raketin ətrafında 800 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Ordu.az

Teqlər: ANAMA   Tərtər   Raket  

Tərtərdə raket hissəsi tapılıb

2018/04/4845151_1523625897.jpg
Oxunub: 1162     21:09     13 Aprel 2018    