Qlobal müharibə ərəfəsində gərilən sinirlər: Düşmən təxribatlara hazırlaşır

2018/04/0234_1522306218_1523618797.jpg
Oxunub: 2657     19:22     13 Aprel 2018    
Suriyada hökumət qüvvələrinə ABŞ tərəfindən zərbə endirildiyi halda Rusiyanın ABŞ raketlərini vuracağı barədə açıqlama verməsinə cavab olaraq, Tramp öz "Twitter" səhifəsində "Rusiya Hazır Ol, Raketlər gəlir" deyə şərh yazdı.

Suriyada kimyəvi silah tətbiq olunması ilə əlaqədar yaranan qarşıdurmalar son günlərdə gərginlik zirvəsinə çatıb. ABŞ və Rusiya arasında birbaşa silahlı münaqişənin qaçılmaz olduğu görünür. Təbii, burada baş verə biləcək hadisələri qlobal müharibə kontekstindən başqa cür təsəvvür etmək də çətindir.

ABŞ prezidenti səviyyəsində raketlərin Rusiyaya ünvanlandığı qeyd olunursa, ən pis vəziyyətə hazırlaşmaqdan başqa bir şey qalmır. Ən azından raketlərin geosiyasi qəlpələrinin, Cənubi Qafqaza da çatacağı qaçılmazdır. ABŞ və Rusiya Suriyada qarşı-qarşıya toqquşacaqlar, yoxsa həlli təmamilə fərqli olan, gözlənilməz bir variantda, fərqli nəticəyə hesablanmış ssenariyə malik olan, yaxşı hazırlanmış bir təxribatla üz-üzə qalmışıq?

Suriya zonasında indi hər şey mümkündür və heç kim bu gərginliyin nə ilə başa çatacağını və ya ümumiyyətlə sona çatacaqmı deyə sual edə bilməz.

Bəs kimsə, sözügedən hadiələr fonunda bölgədə, xüsusilə Ermənistanda nə baş verəcəyini deyə bilərmi? Çətin. Bunun əvəzinə, hazırda Ermənistanın nə edəcəyini söyləmək mümkündür.

Problem Rusiya-ABŞ məkanında hökmranlıqdadır, yoxsa bu gərginliklə Suriyadakı İranın varlığına zərbə hazırlanır. Məsələlər çoxdur, lakin bir şey aydındır ki, Ermənistanın planlaşdırdığı təxribatları mümkün qədər proqnozlaşdırmaq üçün geosiyasi güc mərkəzləri ilə, ilk növbədə Minsk qrupunun həmsədrləri, Türkiyə və İranla intensiv iş aparılması tələb olunur.

Əlbətdə ki, düşmənin əsas niyyəti aprel döyüşlərindən sonra yaranmış yeni regional məntiq çərçivəsində işğal altında olan bölgədə status-kvonun saxlanılmasıdır. Hazırda, Ermənistan Suriyadakı konfiqurasiyanın dəyişdirilməsi təsirini nəzərdən keçirir və cəbhə xəttində daha öncə planlaşdırılmış təxribatlara hazırlaşır. Bu baxımdan, əgər ABŞ Rusiyanı raket zərbələrinə hazırlamağa çağırırsa, Azərbaycan Ermənistanın təxribatlarına hazır olmalıdır.

Problem onların qaçınılmaz olması deyil, ehtimal fonunun yüksəlməsidir. Çünki güc mərkəzlərinin Suriya ilə məşğul olduğu anda, Sarkisyan baş nazirlik kürsüsünə qanunsuz olaraq yiyələnəcək. Nəticədə, o, səbr kasası daşmış xalqa bunu unutdurmaq üçün yaranmış vəziyyətdən istifadə etməyə çalışacaq.

Sinirlər ən azından regiondan və hətta bundan da o tərəfə də gərginləşib ki, bu gərginlik hətta yalnız Suriyadakı vəziyyəti yumşaltmaq naminə yox istənilən bölgədə qırıla bilər.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan   İşğal   Təxribat   Suriya-böhranı  

Qlobal müharibə ərəfəsində gərilən sinirlər: Düşmən təxribatlara hazırlaşır

2018/04/0234_1522306218_1523618797.jpg
Oxunub: 2658     19:22     13 Aprel 2018    