İki Avropa nəhəngi Suriya hücumunda iştirak etməyəcək

2018/04/4564564454_1523616652.jpg
Oxunub: 1394     18:50     13 Aprel 2018    
Almaniya və İtaliya Suriyaya qarşı həyata keçiriləcək potensial hərbi əməliyyatda iştirakdan imtina edir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə hər iki ölkənin Baş naziri bəyan edib.

İlk öncə Almaniya kansleri Angela Merkel ölkəsinin bu kampaniyada iştirak etməyəcəyini elan edib. Lakin o, “kimyəvi silahlardan istifadə qəbuledilməzdir” ifadələrini vurğulamaqla hücuma dəstək ismarıcı verib.

İtaliya Baş naziri Paolo Centiloninin açıqlaması isə aşağıdakı kimi olub: “İtaliya Suriya hərbi kampaniyasında iştirak etməyəcək. Lakin hazırkı beynəlxalq və ikitərəfli razılıqlar əsasında biz müttəfiq qüvvələrə logistik dəstək təmin edəcəyik”.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Almaniya-İtaliya   Suriya-böhranı  

İki Avropa nəhəngi Suriya hücumunda iştirak etməyəcək

2018/04/4564564454_1523616652.jpg
Oxunub: 1395     18:50     13 Aprel 2018    