Erməni "kəndlilər" sərhəd xəttində minaya düşüb: 3 yaralı

2018/04/vzriv-0005345_1522310459_1522330271_1522838787_1523090259_1523615295.jpg
Oxunub: 2752     18:26     13 Aprel 2018    
Ermənistanın Tavus vilayətində mina partlayışı nəticəsində 3 nəfər xəsarət alıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən saat 14:00 radələrində Tavus vilayətinin Ayqedzor kənd inzibati ərzisinə aid müdafiə təyinatlı dayaq məntəqələrindən birinin yaxınlığında tərəvəz yığarkən mina partlayışı nəticəsində 3 nəfər xəsarət alıb.

Yaralılar Tavus vilayətinin Ayqedzor kənd sakinləri 36 yaşlı C.Nver, 32 yaşlı P.Astğik, 37 yaşlı D.Aram saat 15:50 radələrində "Aiqedzor Sağlamlıq Mərkəzi"nə təxliyyə ediliblər.

"Sağ qolun travmatik amputasiyası" diaqnozu, "sol daban zədəsi yarası" və "sol ayaq pəncəsinin travmatik amputasiyası" ilə hər 3 yaralı xəstəxanaya yerləşdirilib.

Hadisə üzrə Tavus polis idarəsi cinayət işi açıb və istintaq araşdırmalarına başlanılıb.

Qeyd edək ki, Ermənistan-Azərbaycan dövlət sərhəd xəttində baş verən hadisə nəticəsində yaralanan şəxslərin təxribata cəhd edən düşmən diversantlarının olması istisna edilmir.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Mina-partlayışı   Tavus  

Erməni "kəndlilər" sərhəd xəttində minaya düşüb: 3 yaralı

2018/04/vzriv-0005345_1522310459_1522330271_1522838787_1523090259_1523615295.jpg
Oxunub: 2753     18:26     13 Aprel 2018    