Yunanıstan HHQ-nin qəzalarında 125 ölüm faktı qeydə alınıb – ARAŞDIRMA

2018/04/345345-(3)_1523611500.jpg
Oxunub: 1962     17:59     13 Aprel 2018    
Yunanıstan Hərbi Hava Qüvvələrinin 1990-cı ildən bu vaxta qədər üzləşdiyi 81 insidentdə toplamda 125 ölüm faktı qeydə alınıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə yunan mətbuatında yayılan araşdırma tipli məqalədə qeyd olunub.

Məqalədə deyilir ki, 28 illik bir dövrdə ümumilikdə 14 dəfə F-4 qırıcısı, 13 dəfə “Mirage 2000”, 13 dəfə A-7 “Corsair”, 12 dəfə F-16 qırıcısı, 6 dəfə F-1 və 2 dəfə C-130 qəzaya uğrayıb.

Bu qəzaların baş vermə səbəbləri müxtəlifdir. Ölənlərin otuzu 1991-ci ilin fevralında baş verən C-130-un qəzasında dünyasını dəyişib.

Araşdırmanın aparılması dünən Türkiyə qırıcılarına qarşı missiyada olan Yunanıstanın “Mirage 2000-5” qırıcısının Egey dənizinin şimal hissəsində qəzaya uğramasından sonraya təsadüf edir.

Araşdırmada Türkiyə ilə mübahisələrə də toxunan müəlliflər insidentlərin sadəcə ikisinin Türkiyə ilə qarşıdurma zamanı baş verdiyini bildirirlər.

Bunlardan birincisi 1992-ci ilin iyununda bir cüt Türkiyə qırıcısını əngəlləməyə çalışan “Mirage” təyyarəsinin qəzaya uğraması hadisəsidir. Digəri isə 2006-cı ilin mayında baş verib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Yunanıstan   HHQ   Qəza  

Yunanıstan HHQ-nin qəzalarında 125 ölüm faktı qeydə alınıb – ARAŞDIRMA

2018/04/345345-(3)_1523611500.jpg
Oxunub: 1963     17:59     13 Aprel 2018    