Suriya SQ Qutadakı sonuncu anklava hücum edib

2018/04/5ac23233c03c0e1a4080949045_1523083562.jpg
Oxunub: 1524     14:44     07 Aprel 2018    
Suriya Silahlı Qüvvələri Şərqi Qutada üsyançıların əlində olan sonuncu şəhər Dumaya quru və hava hücumu həyata keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Suriya dövlət televiziyası məlumat yayıb.

Televiziyanın məlumatına görə, Respublika Qvardiya qüvvələri “Ceyş əl-İslam”ın nəzarətində olan şəhərə hücum edib.

Qeyd edək ki, ötən həftə “Ceyş əl-İslam”ın Dumadan çıxmağa razılıq verməsi ilə Suriya ordusu Şərqi Qutaya tam nəzarəti bərpa etdiyini elan edib. Lakin dünən yayılan xəbərlərdə qruplaşmanın bəzi üzvlərinin çəkilmədən boyun qaçırdığına dair məlumatlar yayılıb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: SQQ   Ceyşəl-İslam   Duma  

Suriya SQ Qutadakı sonuncu anklava hücum edib

2018/04/5ac23233c03c0e1a4080949045_1523083562.jpg
Oxunub: 1525     14:44     07 Aprel 2018    