DSX axtarışda olan 1344 nəfəri saxlayıb

2018/04/30008118_2128096954089296_928596777_n_4569044658.jpg
Oxunub: 1544     19:38     06 Aprel 2018    
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin¬dən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlər uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Ordu.az-a verilən məlumata görə, 2018-ci ilin birinci 3 ayı ərzində qeyri-qanuni miqrasiyaya qarşı mübarizə sahəsində sərhəd nəzarəti və əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsi sayəsində önəmli nəticələr əldə olunub.

İnterpolun axtarışında olan, həmçinin Azərbaycan Respublikasının hüquq - mühafizə orqanları tərəfindən barəsində axtarış elan olunmuş 1344 şəxs dövlət sərhədindən buraxılış məntəqələrində müəyyən edilərək saxlanılıb.

Dövlət sərhədindən saxta və özgəsinə məxsus sənədlərlə keçməyə cəhd edən 76 nəfər saxlanılmış, onlardan 29 nəfəri Azərbaycan Respublikası vətən¬daşı olmuşdur. 47 nəfər əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycan Respublikası ərazisinə gəlmə və ölkə ərazisindən tranzit istifadə etməklə Avropa ölkələrinə səfər etmə cəhdlərinin qarşısı alınmış, gəlişinin məqsədini izah edə bilməyən 101 nəfər əcnəbi vətəndaş qanunsuz miqrant olması ehtimal edilərək arzuolunmaz şəxs qismində ölkə ərazisinə buraxılmayıb.

Belə ki, qeyd olunan dövr ərzində dövlət sərhədindən buraxılış məntəqəLərində 29 nəfər əcnəbinin, o cümlədən 17 nəfər Özbəkistan vətəndaşı, 3 nəfər Tacikistan vətəndaşı, 2 nəfər İİR vətəndaşı, 2 nəfər Qırğızıstan vətəndaşı, 2 nəfər Qana vətəndaşı, 1 nəfər Konqo vətəndaşı, 1 nəfər İordaniya vətən¬daşı, 1 nəfər RF vətəndaşının sərhədkeçmə sənədlərinin saxta olması müəyyən edilib.

Azərbaycan Respublikası ərazisindən tranzit istifadə etməklə saxta viza və yaşamaq barədə vəsiqələrlə Avropaya səfər etməyə cəhd edən 18 nəfər əcnəbi, o cümlədən 8 nəfər Şri-Lanka, 3 nəfər Pakistan, 2 nəfər İİR, 2 nəfər İraq, 2 nəfər Hindistan, 1 nəfər Konqo vətəndaşı saxlanılıb.

Bu müddət ərzində ölkəyə gəlmək məqsədlərini izah edə bilmədiklərinə görə 27 nəfər Özbəkistan vətəndaşı, 20 nəfər Pakistan vətəndaşı, 18 nəfər Hindistan vətəndaşı, 8 nəfər Şri-Lanka vətəndaşı, 5 nəfər Qırğızıstan vətəndaşı, 4 nəfər İİR vətəndaşı, 4 nəfər Tacikistan vətəndaşı, 3 nəfər Banqladeş vətəndaşı, 2 nəfər BƏƏ vətəndaşı, 2 nəfər İraq vətəndaşı, 2 nəfər Əfqanıstan vətəndaşı, 2 nəfər Qana vətəndaşı, 1 nəfər Konqo vətəndaşı, 1 nəfər Səudiyyə Ərəbistanı vətəndaşı, 1 nəfər Suriya vətəndaşı, 1 nəfər Misir vətəndaşı ölkə ərazisinə buraxılmayıb.

Ordu.az

Teqlər: DSX   İnterpol  

DSX axtarışda olan 1344 nəfəri saxlayıb

2018/04/30008118_2128096954089296_928596777_n_4569044658.jpg
Oxunub: 1545     19:38     06 Aprel 2018    