Ermənistan dünyanın ən totalitar ölkəsinə çevrilir

2018/04/news_1521180701_Serj_Sargsyan17345_1522919311.jpg
Oxunub: 2130     17:08     05 Aprel 2018    
"Hər kəs hərbi xidmət üçün yaşamaq, Sarkisyan hakimiyyəti naminə ölmək məcburiyyətindədir".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Daşnaksutyun partiyasının nümayəndəsi elm və təhsil naziri Levon Mkrtçyan, Ermənistanda kommunist qaydalarını bərpa etmək məqsədini daşıyır.

"E Draft" saytında "oxuyanların hərbi-vətənpərvər yetişdirilməsi üçün strategiyaların təsdiq edilməsi haqqında" layihəsi müzakirəyə qoyulub.

Bu məqsədlər arxasında cəmiyyətin hərbiləşdirilməsi məqsədi dayanır. Bundan sonra hamı hərbi xidmət naminə yaşamalı, Sarkisyan hakimiyyəti naminə ölməlidir. Belə məlum olur ki, elm və təhsil naziri Levon Mkrtçyan erməni gənclərin vətənpərvərliyini şübhə altına alır. O, bu vətənpərvərliyi qanun gücü ilə gənclərə yeritmək istəyir. Kommunizmə meyllənmiş Daşnaksutyun açıq-aşkar saxta vətənpərvərlik təbliğatı yolu tutub.

Qanunda Ermənistanda daxili çağırışlar mübahisəli məqamları irəli çəkir. Belə ki, hərbi xidmət və hərbi peşəyə qarşı mövcud laqeydlik daxili çağırışlar hesab olunur.
Bu format hərbçi olmaq istəməyənlərin utanc dirəyinə bağlanacaqları mənasını verir. Hərbi qulluqçu qarşısında baş əyməyənlər isə arzuolunmaz bir hal olaraq millətin xəyanətkarı kimi qiymətləndiriləcək. Hər şey bu hesabla davam edərsə, hərbi qulluqçulara laqeyd davranan eməni vətəndaşlara qarşı cəza olaraq cinayət maddəsinin də nəzərdə tutulacağı istina edilmir. Tədris müəssisələrində vahid vətənpərvərlik konsepsiyası tətbiq olunur.

Hərbi vətənpərvərlik konsepsiyasının məqsədi tələbələr, təhsil alan gənclər arasında siyasi məsələlər ətrafında müxtəlif fikir və tənqidlərin formalaşmasının qarşısını almaqdır. Hakimiyyətə qarşı tənqidi yanaşma ölkəyə qarşı xəyanətə bərabər cinayət hesab olunacaq. Bundan sonra bütün ermənilər hakim partiyaların mövqeyi naminə, ona uyğun yaşamalıdır. Beləliklə, Ermənistanda bu qanun gənclərin azadlıq hüququnun məhdudlaşdırılması ilə Sarkisyan hakimiyyətinin ömrünü uzadır.

21-ci əsrdə dünya dövlətləri arasında sərhədlər ləğv edilərək, xalqlar öz mədəniyyətlərini digər mədəniyyətlərlə zənginləşdirdiyi bir dövrdə, Ermənistan hakimiyyəti ölkəsini dünya sərhədləri qarşısında bağlamağa qərar verib. Maraqlıdır qanuna əsasən, erməni gənclərə məktəb çağlarından etibarən Qərb mədəniyyəti ilə təmas qurma qadağan olunacaq.

Layihə müəllifləri, eyni zamanda Ermənistanın faciəli iqtisadi vəziyyətinin səbəblərini izah edirlər. Qeyd edilir ki, Ermənistanın müdafiəsinə hazır olmayan vətəndaşların varlığı, xarici mədəniyyət dəyərlərinə meyilli olma tendensiyası, məktəbə gedən uşaqların pis küçə davranışları, tərbiyəsizlik və məsuliyyətsizlik iqtisadiyyatın inkişafını ləngidən amillərdəndir.

Yəni yoxsulluq və ermənilərin ölkəni tərk etməsinin səbəbi oliqarx hakimiyyət və korrupsiyalaşmış hakimiyyət yox, bunun səbəbi məktəbə gedən uşaqlarda hərbi vətənpərvərliyin olmamasıdır. Belə bir fikir formalaşdırmaqla Sarkisyan hakimiyyəti kimin gözlərini bağlamaq istəyir?

Kim bilmir ki, sərmayədarlar Sarkisyanın qardaşı Aleksandr Sarkisyanın qorxusundan Ermənistana pul gətirmirlər. Kim bilmir ki, Ermənistana mal idxal edilməsi yalnız konkret oliqarxlar və vəzifəli məmurlar tərəfindən gətirilə bilər. Hakimiyyətin yalnız özlərinə sadiq iş adamlarına, vergi və gömrük üstünlüklərini verdiklərini kim bilmir? Deyərdim ki, Sarkisyan bütün erməni xalqını axmaq yerinə qoyur.

Layihə müəlliflərinin fikrincə aparılan araşdırmalara əsasən məlum olub ki, erməni mətbuatı elə filmlər nümayiş etdirir ki, bu filmlər müəllim və bu halda hərbi rəhbərin nüfuzunu aşağı salır, mənfi ictimai fikir formalaşdırır.

Lakin hamı bilir ki, Ermənistanda fəaliyyət göstərən televiziyaların böyük əksəriyyəti Serj Sarkisyanın ailəsinə və çevrəsinə məxsusdur. Belə çıxır ki, bu qədər müddət ərzində gənc nəsli Sarkisyanın mətbuat orqanları pozub, elm və təhsil naziri isə bu barədə indi bilib?

İndi erməni cəmiyyətinin hər bir nümayəndəsi özünə sual edir. Görəsən, saxta hərbi vətənpərvərlik və əsassız gündəmi irəli çəkmək üçün əlavə resurslar ayrılmasına nə kimi zərurətlər var?

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan   Totalitarizm  

Ermənistan dünyanın ən totalitar ölkəsinə çevrilir

2018/04/news_1521180701_Serj_Sargsyan17345_1522919311.jpg
Oxunub: 2131     17:08     05 Aprel 2018    