“Sasna Tsrer” bəyanat yaydı: "BQ rəisi zabit deyil, çünki onun şərəfi yoxdur"

2018/04/2b528cfb9356f672044226f29b37be9e4564_1522912528.jpg
Oxunub: 2137     15:09     05 Aprel 2018    
"General-polkovnik rütbəsi olsa da, Movses Hakopyan zabit deyil, çünki onun şərəfi yoxdur".

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanda “Sasna Tsrer” qruplaşmasının yaydığı bəyanatda bildirilir.

Bəyanatda deyilir:

“Hər hərbi geyimdə olmaq zabit olmaq demək deyil. Zabitin əsası xüsusiyyəti şərəfidir. Misal olaraq general-polkovnik rütbəsi olsa da baş qərargah rəisi vəzifəsini tutan Movses Hakopyan zabit deyil. Ona görə ki, onun şərəfi yoxdur. Onun məqsədi talan etmək, idarəetmək məqəsdilə vəzifəsinin olmasıdır. O, bunun naminə digər şərəfsiz, ali komandan vəzifəsini tutan Serj Sarkisyanın ardınca, tutuquşu kimi aprel müharibəsində rəqibin tutduğu ərazilərin strateji əhəmiyyət daşımadığını təkrar edir. Ərazi dövlətin fiziki bədən orqanıdır, ordunun isə əsas vəzifəsi onun toxunulmazlığını qorumaqdır.

Aprel müharibəsi bu kiçik xəyanətkar burjuaziya elementlərini aşkar etdi. Vəziyyət dəyişmədən qalmaqda davam edir və təəssüf ki, hər gün yeni faktların aşkarlanması ilə üzləşirik. Bizim kapitan Urfanyan kimi gənc şərəfli zabitlərimizi diqqətli olmağa, məqamı gəldikdə, xəyanətkar komandanlığı dinləmədən şərəf və vətənin maraqları baxımından hərəkət etməyə çağırırıq.

Xalqına xəyanət edən və cinayətkar rejimə qarşı xalq üsyan etdikdə isə ordunun siyasi cəhətdən neytrallığını qorumaq prinsipinə, ölkədəki hakimiyyətin ləğv edilməsi, hakimiyyətin ələ keçirilməsi və onun soyqırım alətinə çevrilməsi şəraitində saxta və dağıdıcı prinsiplərinə əhəmiyyət vermədən, doğma xalqın yanında dayanmağa çağırırıq”.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan-ordusu   Sasna-Tsrer   Apreldöyüşləri  

“Sasna Tsrer” bəyanat yaydı: "BQ rəisi zabit deyil, çünki onun şərəfi yoxdur"

2018/04/2b528cfb9356f672044226f29b37be9e4564_1522912528.jpg
Oxunub: 2138     15:09     05 Aprel 2018    