Məmmədyarov: "Dağlıq Qarabağ münaqişəsi bütün dünya üçün bir təhdiddir"

2018/04/Elmaar-Memov41_1505305788145645_1518430502_1520246614_1522910745.jpg
Oxunub: 1523     14:33     05 Aprel 2018    
"Dünyada sülhün və sabitliyin, iqtisadi inkişafın təmin olunması üçün beynəlxalq hüquqa hörmət olunmalıdır".

Ordu.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq konfransında çıxışı zamanı deyib.

Nazir deyib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi təkcə region üçün deyil, bütün dünya üçün bir təhdiddir.

"Dağlıq Qarabağ münaqişəsi regionda sülhün təmin olunması və iqtisadi inkişaf üçün əsas maneədir. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmasını tələb edən 4 qətnamə qəbul edib, lakin təəssüflər olsun ki, indiyə qədər bu qətnamələr yerinə yetirilməyib", - deyə Məmmədyarov vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Məmmədyarov   Qarabağ  

Məmmədyarov: "Dağlıq Qarabağ münaqişəsi bütün dünya üçün bir təhdiddir"

2018/04/Elmaar-Memov41_1505305788145645_1518430502_1520246614_1522910745.jpg
Oxunub: 1524     14:33     05 Aprel 2018    