Şəhid atası: "Komandiri Ruhinə yaxınaşanda elə bilib ölməyib, çünki o gülümsəyirdi" - FOTOLAR

2018/04/29939299_1827421100654881_475796864_n_1522691245.jpg
Oxunub: 4594     20:26     02 Aprel 2018    
Ordu.az-ın budəfəki məlumatı Azərbaycan Ordusunun kiçik çavuşu, şəhid Ruhin Qəhrəmanov haqqındadır. O, Lələ Təpə uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıqla şəhid olub. Savaşda qardaşı ilə çiyin-çiyinə döyüşən, aprel qazisi, Azərbaycan Ordusunun Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçusu (MAXE) Qəhrəman Qəhrəmanov və Qarabağ döyüşləri qazisi olan atası, Əşrəf Qəhrəmanov Ruhinin qəhrəmanlığından fəxrlə danışırlar.

Q. Qəhrəmanov aprel döyüşləri zamanı düşmənə qarşı əks-həmlə əməliyyatlarının aparılmasını sevinclə qarşıladığını bildirir: “Artıq düşmənə qarşı əks həmlə edəcəyimiz barədə döyüş tapşırığı alanda, içimdə sevinc hissi baş qaldırdı. Təbəssümümə heç nə ilə mane ola bilmirdim. Daha sonra qardaşımla eyni döyüşdə olacağımı öyrəndim. Bu hissi artıq sözlə ifadə etmək mümkün deyildi. Sevincim iki dəfə artmışdı. Çünki biz atamızın uğrunda yaralandığı yüksəkliyi düşmən işğalından azad etməyə gedirdik. Qardaşımla birlikdə atama söz vermişdik ki, bir gün Lələ Təpənin azad edilməsi əməliyyatında iştirak edib oranı geri qaytaracağıq”.

Artıq həmin döyüşlərdən iki il ötür. Düz iki il əvvəl Qəhrəmanovlar ailəsinə Lələ Təpə zəfəri ilə yanaşı bir övladlarının şəhid olması, digərinin yaralanması barədə xəbər gəldi. Ancaq bu xəbərlə bərabər keçmiş döyüşçü, Qarabağ Müharibəsi əlili Əşrəf Qəhrəmanov 25 ildən sonra cəbhədən zəfər xəbəri də alır. Bir oğlunun şəhidlik, digərinin qazilik xəbərini alan ata həmin günləri belə xatırlayır:

“Sonuncu dəfə uşaqların biri ilə martın sonu, digəri ilə aprelin 1-i səhər danışmışdım. Döyüşlərin başlanması xəbərini alan kimi maşına oturub Füzuli istiqamətinə yola düşdüm. Köhnə döyüşçülərlə bir araya toplandıq. Həmişəki kimi hərbi forma əynimizdə ordunun yanında olmağa qərar verdik. Cəbhədən gələn xəbərlər sevinc gözyaşlarıma səbəb olurdu. Həm də əmin idim ki, övladlarımın hər ikisi döyüşdədir və bir zamanlar atalarının uğrunda yaralandığı ərazini düşməndən azad ediblər. Bir qədər sonra mənə zəng edib Qəhrəmanın yaralandığı xəbərini verdilər. Amma nədənsə Ruhindən daha çox narahat idim. Bilirdim ki, Ruhin kəşfiyyatçıdır o ən öndə döyüşdədir. Sonra Ruhinin şəhid olması xəbəri gəldi”.

Şəhid kəşfiyyatçı Ruhin Qəhrəmanov Vətənin zirvədə qalan övladlarından oldu. O, Lələ Təpə yüksəkliyinə ilk addım atanlardan biri və bir daha geri dönməyənlərin birincisi oldu. Necə deyərlər, Vətən naminə zirvəyə çıxaraq özünü də əbədi olaraq zirvəyə çevirdi...

Düşmənin cəbhədəki təxribatının qarşısını alaraq əks-həmlə edən Azərbaycan ordusu Lələ Təpə istiqamətindəki mövqelərə hücuma keçir. Az qüvvə ilə hərəkət qruplarının birinin tərkibində düşmən üzərinə yeriyən Ruhin düşmənin ən çox müqavimət göstərdiyi posta gedir. Ən yaxın məsafədən döyüşə atılan qəhraman hərbçimiz düşmənin xeyli canlı qüvvəsini məhv edir. Sonra düşmən snayperindən atılan güllə onun ürəyinə tuş gəlir. Şahidlərin sözlərinə görə, Ruhin yıxılmadan silahına söykənərək son nəfəsini verir.

Əşrəf Qəhrəmanov oğlunun şəhidliyini qürurla xatırlayır: “Komandir dedi ki, Ruhinə yaxınaşanda elə bildim ölməyib, yaralıdır. Çünki o gülümsəyirdi... Sonra baxıblar ki, o, şəhid olub. Oğlum şəhidliyin nə demək olduğunu yaxşı bilirdi. Həm də o, mənə qələbə söz vermişdi. Ona görə də düşmən qarşısında əyilmədən, tanrının ona bəxş etdiyi şəhidlik zirvəsini gülümsəyərək qəbul etmişdi”.

Ruhinin qardaşı Qəhrəmanın sözlərinə görə, əməliyyat başlamazdan əvvəl onlar qısa müddət bir-birləri ilə görüşüblər. Ruhin kəşfiyyatçı olduğu üçün Qəhrəmana bəzi tövsiyyələr verib, hər ikisi çox sevincli olan qardaşlar hətta bir-birlərinə haqqlarını halal edərək döyüşə atılıblar.

“Ruhingilin qrupu bizdən öncə getməli idi. Biz isə atəş-dəstək nöqtələrində qalacaqdıq. Artıq əməliyyata bir neçə dəqiqə qalmışdı. Nə o, nə də mən belə şeyləri evə deməzdik. Hətta baxmayaraq ki, atamız Qarabağ əlili və keçmiş döyüşçüdür. Mən icazə alıb Ruhin olan yerə yaxınlaşıb onu tapdım. Hər ikimiz sevincli idik. Bərkdən qucaqlaşıb bir-birimizə xeyir dua verdik. Ruhin çiyinlərimdən tutaraq dilləndi: - Qorxmursan ki?!

Gülüşümə hakim ola bilmədim. Əsla qorxmadığımı dedim. O mənə dedi ki, qardaş, kaş ki, o günü anamla danışanda halallıq alaydım. Həm də ondan çox nigaranam. Yazıq bizə görə narahat olacaq. Bu, döyüşdür. Hər ehtimala haqqını halal elə.

Düzünü deyim ki, onun bu sözlərinə acığım tutmuşdu, amma biruzə vermədim. Sonra ayrılan zaman təkrar qucaqlaşdıq. Ruhin “Atamıza verdiyim sözü tutmaq vaxtıdır. Bu döyüşdə məğlub oldu yoxdur. Neçə ildir bu fürsəti gözləyirəm!” deyib ayrıldı”, - deyə Q.Qəhrəmanov bildirir.

Şəhid atası, Ruhinin şəhid olması xəbərini tam dəqiqləşdirdikdən sonra Beyləqan rayonundakı ziyarətgahda yerləşən məscidə gəlir: "Onun üzünü açıb baxdım. Üzündə təbəssüm var idi. Son dəfə üzünü oxşayıb onunla qürur duyduğumu bildirdim. Qəti ağlamadım... Əgər oğlum döyüşməkdən boyun qaçırsaydı və yaxud da döyüş meydanından qaçsaydı, ağlayardım. Oğul Vətən üçündür. Vətən sağ olsun! Hələ gələcək döyüş əmrində mən də, yerdə qalan oğlum da döyüşlərə qatılıb torpaqlarımızı işğaldan azad etməyə hazırıq”.

Əslən Cəbrayıl rayonundan olan Qəhrəmanovlar ailəsi Biləsuvar rayonu ərazisində yerləşən köçkün qəsəbələrində məskunlaşıblar. Elə şəhid Ruhin Əşrəf oğlu Qəhrəmanovun məzarı da həmin köçkün qəsəbəsinin qəbirstanlığındadır.

Tez-tez oğlunun ziyarətinə gələn ana Təranə Kərimova tək təsəllisini Ruhinin məzarından aldığını deyir. O, öz oğlundan fəxrlə danışaraq Tanrıdan özünə səbr və qisas günü arzu edir:

“Hələ geridə iki oğlum var. Biri hərbi qulluqçudur, digəri isə çağırışçı. Mən bir şəhid anası kimi tam səmimiyyətlimlə deyirəm, cənab Prezident döyüş əmri verdiyi zaman yoldaşım da, sağ qalan oğullarım da, hətta özüm də bu torpaq uğrunda ölməyə hazırıq. Yetər ki, düşmən taptağında olan Vətənimiz azad olunsun. Düşməndən şəhidlərin qisası alınsın”.

Şəhidin atası Ə.Qəhrəmanov əminliklə yaxın gələcəkdə bizi gözləyən daha böyük zəfərlərə inandığını və həmin yolda özünün də canından keçməyə hazır olduğunu bildirərək bütün şəhid valideyinlərinə daha da məğrur və səbirli olmağı arzuladı.

Xatırladaq ki, Şəhid kəşfiyyatçı Ruhin Əşrəf oğlu Qəhrəmanov 1994-cü ildə Biləsuvar rayonunda yerləşən 2 saylı çadır şəhərciyində doğulub. O, orta təhsilini Ramiz Xuduyev adına Minbaşılı tam orta məktəbində başa vurduqdan sonra həqiqi hərbi xidmətə yollanıb. Xidmətini başa vurduqdan sonra Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu kimi ordu sıralarına qoşulub. 2016-cı ilin aprel ayında Lələ Təpə yüksəkliyinin düşmən işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub və ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

Elgün Gəncimsoy, Biləsuvar
Ordu.az

Foto

Teqlər: Aprel-döyüşləri   Ruhin-Qəhrəmanov  

Xəbər lenti

Şəhid atası: "Komandiri Ruhinə yaxınaşanda elə bilib ölməyib, çünki o gülümsəyirdi" - FOTOLAR

2018/04/29939299_1827421100654881_475796864_n_1522691245.jpg
Oxunub: 4595     20:26     02 Aprel 2018    