Düşmən ordusu “Avtobaza” radiotexniki kəşfiyyat sistemi ilə təchiz edilib

2018/03/1441840905_avtobaza-m345345_1522313439.jpg
Oxunub: 1650     17:16     29 Mart 2018    
Bu gün Ermənistanda silah və müdafiə texnologiyalarının nümayiş etdiriləcəyi “ArmiHiTec-2018” sərgisi başlayır.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, sərgidə nümayiş etdiriləcək eksponatların böyük əksəriyyəti Rusiya və Ermənistan şirkətlərinin məhsullarıdır. Lakin digər ölkələrdən, məsələn, Fransadan silah bazarının lideri “Nexter Systems” və digər şirkətlər də sərgidə iştirak edəcək.

Rəsmi bəyanatlar və şayiələrə görə, sərgidə Ermənistan ordusuna qəbul edilən yeni hərbi texnikalar stendə nümayiş etdiriləcək. Bu texnikalardan biri də Rusiyanın “Avtobaza-M” passiv radiotexniki kəşfiyyat kompleksidir. Bəs bu müasir Rusiya sistemi erməni hərbçilərinə hansı imkanlar verir?

1L222M “Avtobaza-M” passiv radiotexniki kəşfiyyat kompleksi Rusiyanın “Qradient” şirkətində istifadə edilib və 2016-cı ildə ictimailəşdirilən siyahıda Rusiyanın Ermənistana ayırdığı 200 milyon dolalrlıq güzəştli kreditə əsasən alınacaq hərbi texnikaların siyahısına daxil idi.

Ermənistan müdafiə nazirinin müavini Davit Paxçanyanın son bəyanatına əsasən, bu kredit üzrə bütün təchizatlar tamamlanıb və belə qənaətə gəlmək olar ki, “Avtobaza-M” Rusiyanın Ermənistana ən son verdiyi hərbi texnikalardan biridir.

Daha bir maraqlı nüans isə TOS-1A “Solntsepyok” ağır odsaçan sistemlərinin təchizatı ilə bağlıdır. Onların da adı ilkin siyahıda var idi, lakin bu sistemlərin Ermənistana təhvil verilməsi ilə bağlı heç bir məlumat yoxdur.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Rusiya-Ermənistan   ArmiHiTec-2018  

Düşmən ordusu “Avtobaza” radiotexniki kəşfiyyat sistemi ilə təchiz edilib

2018/03/1441840905_avtobaza-m345345_1522313439.jpg
Oxunub: 1651     17:16     29 Mart 2018    