ABŞ-ın nüvə silahı: Aşağıya aparan nərdivanla yuxarı – ANALİZ

2018/03/Без-названия345_1522312986.jpg
Oxunub: 2116     16:37     29 Mart 2018    
Donald Tramp milləti və digər ölkələr ilə "Twitter" vasitəsilə ünsiyyət qurmağı çox sevir. Tutumlu, lakin qısa bəyanatlar yazılan mikrobloq barədə bəzən zarafat edərək deyirlər ki, burada ona nəsə izah etməkdənsə onu harasa "göndərmək" daha rahatdır. O, həmçinin ABŞ-ın nüvə enerjisi mövzusuna da bir neçə tvit həsr edib.

Cənab Trampın ifadələri arasında keçən ilin avqustun 9-da bu mövzuda "Twitter"də yazdığı bloqu qeyd etmək olar.

"Mənim prezidentliyimin ilk sərəncamı nüvə silahlarımızın yenilənməsi və müasirləşdirilməsindən ibarət idi və indi o, daha güclüdür və daha da qüvvətlidir", - deyə Tramp dildirdi.

Belə ki, altı ay öncə Donald Tramp ABŞ hərbi nüvə enerjisinin davamlı artması barədə növbəti bir çıxış etdi. ABŞ-ın "dünyanın ən qüvvətli nüvə gücləri" olduğunu və yenidən bu gücdən istifadə etməyəcəklərinə ümid etdiyini söylədi.

"ABŞ müdafiə üçün 654,6 milyard dollar xərcləyir. Heç kim bizim əsgərimizin unudulduğunu söyləyə bilməz. Nüvə sistemlərinin yenilənməsinə və bəzi hallarda tamamilə yeni, məsələn, nüvə sualtı qayıqlarını yaratmaq üçün çox pul xərcləyirik. Beləliklə, biz yer üzündə ən qüvvətli və tamamilə mükəmməl nüvə güclərinə malik olacağıq. Ümid edirik ki, biz bu silahlardan heç vaxt istifadə etməyəcəyik".

Tramp bu ifadələri 2018-ci il üçün ABŞ büdcəsini imzalama mərasimində çıxışı zamanı işlədib.

Bu yaxınlarda ABŞ Energetika Departamentinin məxfi sənədlərinin siyahısı açıqlanıb. Burada 1957 və 1958-ci ildəki sınaqlar, B53 termonüvə bombalarının (9Mt gücündədir, ABŞ-ın arsenalında mövcud olan ən güclü bombalardır) məhv edilməsi və onların sayı barədə "aktual" informasiyalar yer alır. Bu cür məlumatlar Rusiya Federasiyasından fərqli olaraq, ABŞ-da müntəzəm olaraq dərc edilir. Rusiyanın bu məlumatları açıqlamamasının səbəbləri, supergüclər arasında belə bir müqavilənin olmamasıdır. Müqavilənin şərtləri isə müntəzəm olaraq dərc edilir, məsələn SNV-3 daşıyıcılarının döyüş başlıqları, yerləşdirilən və yerləşdirilməyən başlıqlar haqqında məlumatlar mediada yayımlanır. Bundan əlavə, qarşılıqlı razılığa əsasən, amerikalılar Rusiya nüvə daşıyıcılarının tərkibi barədə - nə qədər və hansı sistemlərdən olması barədə məlumatı dərc etmirlər, yalnız cəmi sayını göstərirlər. Əlbəttə ki, bu məlumatlar onlarda var. Və əgər bu cür gizlilik bir taktiki nüvə silahları (TNS) üçün əhəmiyyətlidirsə, nüvə çəkindirmə sistemlərinin (NÇS) cəmi sayı, daşıyıcılarının sayı və yerləşdirilməsi barədə məlumatların ciddi əhəmiyyəti yoxdur.

Qeyd edilir ki, RF-nin arsenalları haqqında dəqiq məlumatlar yoxdur, ancaq TNS üçün ciddi mütəxəssislərin təxminləri 4 min ədəddən başlayır və 6-8 mində bitir. Strateji nüvə güclərinə görə isə, RF ABŞ-ı ən azı 1500 ədəd qabaqlayırdı, lakin 2018-ci ilin əvvəlinə qədər SNV müqaviləsinin limitinə daxil olmaq üçün təcili sürətdə bir sıra başlıqların demontajı həyata keçirildi və ümümi say 1550 qədər endirildi. Əslində, bu bir qədər daha çoxdur, çünki 1 daşıyıcı hesab edilən bombardımançı, əslində 6, 8, 10, 12, hətta 16-20 qanadlı raket daşıya bilir.

İndi Amerikaya tərəf dönək. Beləliklə, bu sənədə görə, 2017-ci il üçün Amerika nüvə arsenallarının toplamı 354 nüvə başlığı azalaraq 3822 ədəd təşkil edirdi. Onların arasında TNS-yə aid 500 ədəd B-61 bombası (170 -340 kt gücündə) yer alır. Digər taktiki nüvə silahı artıq Amerika Birləşmiş Ştatlarında mövcud deyil. Dəniz bazalı TLAM-N ("Tomahavk") qanadlı raketləri üçün nəzərdə tutulan W80-0 döyüş başlıqları 2011-ci ildə qədər utilizasiya edilib. B-61 ilə yanaşı şərti olaraq 1.2Mt gücündə strateji B83 bombaları da taktiki hesab edilə bilər. Bunlar "dişsiz" uçan qanad adlandırılan B-2A ağır bombardmançılarının yeganə nüvə silahıdır.

Bildirək ki, 2017-ci ildə ABŞ-da 354 başlıq utilizasiya edilib. Bu əlbəttə ki, 1990-cı ildən etibarən bir rekord deyil, son illərin də rekordu deyil. 7000 başlığın məhv edildiyi illər var idi. Həmin illərdə istehsal sahələri bağlanmırdı. Yalnız 2009-2010-cu illərdə, nüvə məsələsinə görə daim Trampın tənqid hədəfinə çevrilən Barak Obamanın hakimiyyətinin ilk illərində 352-356 başlıq məhv edilib ki, bu da daha böyük Amerika yaradan və özünü güclü dövlətçi hesab edən Trampın hakimiyyətdə olduğu birinci ili ilə təxminən eynidir. Obamanın digər hakimiyyət illərində daha az, 100-300 başlıq məhv edilib. Əgər amerikalılar "nüvə gücünü artırmağa" bu templərlə davam etsələr 10 il sonra artıracaq bir şey olmayacaq. Lakin buna ümid etmək olmaz. Heç vaxt ABŞ RF-yə belə hədiyyə etməz.

Lakin bəziləri deyə bilər ki, məgər köhnə başlığları məhv etmək pisdir? Xeyr, pis deyil, xüsusilə də vaxtında yenidən təchiz etmək mümkün olmadıqda, bu vacibdir. Nüvə silahları, zamanında xidmət edilmədikdə və yenidən təchiz edilmədikdə, onlar nəinki faydasız olur, həm də təhlükəli olur. Bu barədə bilməyən yoxdur.

Amerikalılar artıq bir dəfə, nüvə silahının istehsalını, texniki xidmət və yenidən təchizat imkanlarını azaldıblar (rəsmi güc qismən konservasiyada saxlanılır, lakin həqiqətdə çoxunu sıfırdan yeniləmək lazım olub). Nəticədə ehtiyacları olan başlıqları belə utilizasiya etməyə məcbur oldular, çünki yenidən hamısını vaxtında təchiz etmək mümkün olmurdu.

Tramp nüvə gücünün artması üçün çox iş gördüyünü deməyi çox sevir, lakin, əslində o, hərbi rəsmilərin, korporasiyaların liderlərinin, konqresmenlərin və senatorların qidalanması üçün yeni proqramlara əlavə pul ayırır. Siz əgər sülhpərvər Obamanın təsdiq etdiyi büdcəni Tramp büdcəsi ilə müqayisə etsəniz, əvvəlki prezidentin təsdiqlədiyi hərbi büdcənin (xüsusilə ABŞ müdafiə sənayesinin qiymətlərindəki artım və ümumi inflyasiya şəraitində yüksələn qiymətlər baxımından) daha böyük olduğunu görəcəksiniz.

Əlbəttə bəzi işlər görülür. 2015-ci ildə yeni GBSD qitələrarası ballistik raketi (QBR) üzrə ilkin proqramın ümumi dəyəri (400 ədəd monobloklara yerləşdiriləcək, 242 ədəd isə ehtiyat və sınaqlar üçün) 61 milyard, 2017-ci ilin əvvəlində isə 140 milyard olub. İndi isə yəqin ki bir az da artıb. Lakin eyni zamanda, proqramın uğursuz ola biləcəyini anlayaraq "Minuteman-3" QBR-i 2030-2040-cı illərdən sonra da arsenalda saxlanılması variantlarını nəzərdən keçirirlər. B-21 "Reyder" bombardmançısı ilə də eyni vəziyyətdir: əslində, B-2A təyyarələri yeni qablaşdırma təzə adı ilə satılmağa cəhd edilir. Proqramın qiyməti də durmadan artmaqdadır və bu səbəbdən baş tutmama ehtimalı böyükdür.

Hazırda müxtəlif variantlar üçün istifadə olunan 36 ədəd köhnə B-52H bombardmançılarının (ən təzəsi Karib böhranından daha yaşlıdır) 2075-ci ilə qədər uça bilməsi üçün tədbirlər görülür. 2030-cu ildə istifadəyə veriləcək "Kolumbiya" sualtı atom qayıqlarının çox uğurlu D5 raketləri ilə təchiz edilməsi planlaşdırılır. Lakin bu proqramda da hər şey "hamar" deyil.

Bu ilin əvvəlində ABŞ-da nüvə silahı sahəsində əsas sənədlərdən biri olan yeni "Nüvə Posture Review" (Nüvə Siyasəti İcmalı) qəbul edildi. Əvvəlki İcmallar 2010, 2002, 1994-cü ildə qəbul edilıb. Bu sənəd həm potensial düşmənlərin (Rusiya, Çin və Şimali Koreyanın), həm ABŞ-ın nüvə qüvvələrinin nüvə inkişafını nəzərə alınması baxımından, həm də onun müəlliflərinin kompetentliyi baxımından ciddi şübhələr doğurur.

Nüvə başlıqları ilə əlaqədar aşağıdakıları qeyd edə bilərik. Məsələn, RF-nin KİV- lərində, 2018-ci ilin icmalına istinad edilərək 2040-cı ilə qədər xidmət edəcək və "Tomahavk" raketlərini əvəz edəcək yeni dəniz bazalı qanadlı raketin NGLAW proqramı çərçivəsində yaradılması haqqında məlumatlar dərc olundu.

ABŞ-ın özündə də "Şayrat" aviabazasının bombalanmasından sonra "Tomahavk"ların əvəz olunması haqqında müzakirələr başladı. Həmçinin "Trident-2" üçün yeni və çox az güclü batareya bloklarının (BB) istehsalı nəzərdə tutulur.

Belə bir blok amerikalıların nəyinə lazımdır - ayrıca sualdır, lakin keçən günlərdə nəşr olunan Energetika nazirliyinin planlarında belə bir bloklar xatırlanmır. Gələcək onilliklər üçün planlarda da ümumiyyətlə yeni bir başlıqdan bəhs edilmir. Onlar bunu istehsal edə bilməz, çünki mühüm komponentləri istehsal sahəsi itirilib. Amerikalılar nüvə silahlarının istehsalını deyil, yalnız bərpasını planlaşdırırlar.

Bunlar Energetika nazirliyinin eyni sənədində əks olunur. Orada yalnız indi ABŞ-da mövcud olan nüvə silahının bütün növləri - BB QBR və sualtı qayıqların W78, W87, W76 ( 0 və 1 variantında), W88 ballistik raketləri, B61 ( 3, 4, 7, 11, 10 variantlarında) və B83 bombaları, B-52H bombardmançılarında istifadə olunan hava təyinatlı AGM-86 qanadlı raketləri üçün W80-1 döyüş başlıqları təsvir olunur. Həmçinin nüvə silahı kompleksi üçün vəzifələr (istehsal omadığına görə yalnız yenidən yığılma, təchizat, qismən elektronikanın, partladıcıların və başlıqların modernləşdirməsi mümkündür) də sadalanır.

Sursatlara gəldikdə isə W76-0 və W76-1 dəyişdirilməsi gələn il bitəcək. B-61-12 bombalarının ilk modernləşdirilən nümunəsi (onun gücü 50kt ilə məhdud olacaq, 400 ədəd bomba dəyişikliklərə məruz qalacaq, qalan hissə məhv ediləcək), W88 başlıqları ilə işlərin bir qismi, LRSO qanadlı raketləri üçün yeni W80-4 başlıqlarının (W-80-1 dəyişdirilməsi hesabına) yaradılması da gələn ilin planlarına daxildir. Sənəddə yeni dəniz bazalı qanadlı raketlər, "Trident-2" üçün yeni BB yaradılması barədə bir kəlmə də yoxdur.

HHQ-nin dənizçilərə W80-4 döyüş başlığı verəcəyi də inandırıcı deyil, çünki onlar yeni dəniz bazalı qanadlı raketlərə uyğun gəlmir. HHQ-nin özündə də nüvə başlıqlı AGM-86B qanadlı raketlər kifayət qədər deyil.

ABŞ Silahlı Qüvvələrinin qoşun növləri, xüsusilə Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri arasında ənənəvi "isti" əlaqələr haqqında xatırlamağa dəyər. General Kertiss Lemeyin sözlərini xatırlayaq: "The Soviet Union is our adversary. Our enemy is the Navy", yəni "SSRİ yalnız bizim rəqibimizdir, real düşmənimiz isə HDQ-dir". Beləliklə, dənizçilər, HHQ-dən W80-4 gözləməyin.

Niyə nüvə doktrinasında həyata keçirilməyəcək elementləri yazmaq lazımdır? Bəlkə, sənədin qapalı hissəsində fərqli məlumatlar mövcuddur, lakin bu da inandırıcı deyil. Amerikada yığılan nüvə materialları əsasında sıfırdan nüvə silahı yaratmaq imkanını 2030-cu ildən tez bərpa etmək mümkün deyil. Əslində, oxşar planlar əvvəlki icmallarda da yazılırdı, lakin həyata keçirilmirdi. 2030-cu ildən sonra hər il 50-80 ədəd plutonium nüvələrinin doldurulması imkanını təmin etmək bəlkə mümükün oldu. Doğrusunu isə yenə zaman göstərəcək.

Əgər, bu proses reallaşmasa, "3 + 2" sxemli nüvə silah sistem planları ya ləngiyə, ya da baş tutmaya bilər. Yəni, 2030-cu illərin ortalarında 2 növ- V61-12 və W80-4 taktiki döyüş başlıqlarının və 3 növ strateji nüvə silahları üçün (sualtı qayıqlara və QBR) uyğun gələn IW1, IW2 və IW3 döyüş başlıqlarının planlaşdırılan istehsalı baş tutmaya və ya ləngiyə bilər.

Hələki ABŞ üçün qorxulu bir şey baş verməyib. Bəzi başlıqlardan mərhum olublar, arsenalları azalıb, lakin strateji nüvə silahları və başlıqları hələ də yetərincə mövcuddur. Taktiki nüvə silahları ilə vəziyyət isə bir az daha qəlizdir. Yaxın gələcəkdə isə bu problem həll olunana bənzəmir. Bu tempdə "mənfi artım" davam edərsə, çoxlu problemlərin ortaya çıxa biləcəyi ehtimalı böyükdür.

Ancaq gələcəkdə nə olacaq, sonra məlum olacaq. Hazırkı nüvə silahının istehsalını bərpa etmək planının eyni vaxtda "sola gedəcəyi" ehtimalı kifayət qədər yüksəkdir.

Məlumat Y. Vyatkinin yazıları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: ABŞ   Nüvə-silahı  

ABŞ-ın nüvə silahı: Aşağıya aparan nərdivanla yuxarı – ANALİZ

2018/03/Без-названия345_1522312986.jpg
Oxunub: 2117     16:37     29 Mart 2018    