Ermənistan hərbi institutunda dedovşina "mələkləri": "Onu "yaxşılar" öldürüb"

2018/03/received_2506482189577934_1522259253.jpeg
Oxunub: 1227     01:58     29 Mart 2018    
İrəvanda hərbi institutun kursantı Haykaz Barseğyanın ölüm işi üzrə məhkəmə prosesi davam edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, iş üzrə həbsdə olmayan 5-ci şahid Varazdat Safaryan kursant Barseğyanın ölüm işində təqsirli bilinmir. O, həbs edilən Vaçe Sahakyan və Movses Azaryanla birlikdə daxili xidmət nizamnaməsinin tələblərini pozaraq erməni əsgərləri Tiqran Manaseryanı və Artuş Simonyanı döyməkdə ittiham edilir.

Kursant Barseğyanın öldürülməsində ittiham edilən Vaçe Sahakyan və Movses Azaryanı, həm də zərərçəkən Harutyun Aleksanyanı döyməkdə və ona qarşı zor tətbiq etməkdə ittiham edirlər. Saxlanılan şəxslər özlərini günahkar hesab etmirlər.

Məhkəmədə M. Xaçik adlı şahidin ifadələri diqqətə çatdırılıb. Şahid həmin gecə hadisə baş verən zaman 408 nömrəli yataq otağının keçidində növbədə olub. Şahid yanvarın 30-da verdiyi ilk ifadəsində bildirib ki, gecə saat 2 radələrində adları qeyd olunan 5 nəfər kursant Haykaz Barseğyanın yataq otağına daxil olub. Daha sonra səslər, təhqirlər eşidib. Orada mübahisə baş verdiyini bilsə də danışıqları eşitmədiyini qeyd edib. Səhər tezdən kursant Barseğyanın çarpayısının qan içində olduğunu, meyidinin isə idman alətindən asılmış vəziyyətdə aşkarlandığını eşidib. Növbəti gün yəni yanvarın 31-də verdiyi əlavə ifadəsində şahid Xaçik bildirib ki, hadisə günü ölən kursant Barseğyanın yeməkxanada digər kursant B. Karenlə mübahisə etdiyinin də şahidi olub. Bu hərəkətdən sonra ölüm işində təqsirli bilinən Vaçe Sahakyan xəbərdarlıq edərək, mübahisəni sonra davam edəcəklərini bildirib.

Yeməkdan sonra kursantlar bayram tədbirinə getsələr də növbədə olan M. Xaçik getməyib. Kursantlar saat 21:00 radələrində konsertdən qayıdıb. Növbədə olan Xaçik ifadəsində qeyd edib ki, gecə saatlarında bəzi kursantlar əşya otağında yemək yeyir, spirtli içki qəbul etdirdilər, bəzilərinin isə gecə yarısı dərs oxuduqlarını əlavə edib.

Spirtli içki qəbul etdikdən sonra əşya otağından çıxan kursantlar gizli olaraq 408 nömrəli yataq otağına girməyə cəhd ediblər. Onlar yataq otağına girdikdən sonra mübahisə səsləri eşitdiyini və Vaçe Sahakyanla Movses Azaryanın səsini tanıdığını qeyd edib. O əlavə edərək deyib ki, ölən kursant Haykaz Barseğyan da söyüş söyüb və pis şeylər baş verdiyini dərk edərək qorxub. Onun sözlərinə görə, yataq otağındakı ara keçidində isə iki kursant guya dərs oxuyan vəziyyətini alıb, onların 408 nömrəli otaqda baş verənləri eşitməməsi mümkün deyildi.

Şahid bildirib ki, həmin yataq otağından ilk olaraq Vaçe və Movses çıxıb. 10 dəqiqə sonra Haykazı qollarında gətirən Qnel və Norik çıxıb. Onların Haykazı huşsuz vəziyyətdə sürüdüklərini qeyd edib.

Haykazı huşsuz vəziyyətdə çıxardıqdan sonra bu baş verənləri kimsəyə deyənə qarşı söyüş söydüklərini bildirən şahid qorxudan heç kimə heç nə demədiyini əlavə edib.

O, Qneldən qorxduğunu, onların avtoritet olduğunu və "yaxşılar" hesab olunduğundan heç kimə baş verənlər barədə demədiyini bildirib. Tanımadığı bir kursantın baş geyimində 408 nömrəli yataq otağının qarşısını və pilləkənləri yuduğunu deyən şahid əlavə etmişdir ki, yuyulan izlərin Haykazın qan izləri olduğunu sonradan dərk edib. Xaçik bildirib ki, əşya otağında ölüm işində təqsirli bilinən kursantlar spirtli içki qəbul edərkən ölən Haykaz Barseğyanı da çağırıblar. Qısa vaxtdan sonra Haykaz Barseğyan ordan çıxaraq geri yataq otağına qayıdıb. Bir müddət sonra saat 02:25 radələrində Qnel, Vaçe, Norik və Movsesdən başqa Haykaz Barseğyanın yataq otağına Varazdat da getsə də, lakin 1 dəqiqə sonra yataq otağından çıxıb.
Son ifadəsində şahid Xaçik, əvvəlcə qeyd etdiyi bütün detalları özündən uydurduğunu, heç bir şey görmədiyini, heç nə eşitmədiyini bildirdi . Onun ilk ifadəsi oxunduqdan sonra şahid Xaçik ona aid olan heç bir suala cavab vermək istəmədiyini qeyd edib.

Təqsirli bilinən Movses Azaryanın atası şahid Xaçiklə görüşməyə cəhdlər edib. Məlumata görə, bu, təqsirli olan kursantların valideynləri tərəfindən şahidlərə edilən ilk təzyiq halı deyil.

Məhkəmə şahidlərə təzyiq etməkdən çəkinməyi məsləhət görməklə, şahidlərə bildirib ki, hər hansı təzyiqlə üzləşdikləri halda dərhal məktəb rəhbərliyinə və ya məhkəməyə müraciət etsinlər.

İş üzrə ifadəsi alınmayan 2 şahid qalıb ki, onların da Ermənistanda olmadığı bildirilib. Məhkəmə növbəti iclaslarda onların iştirakının təmin edilməsi üçün tədbirlər görüləcəyini bildirib.

Xatırladaq ki, Qnel Tevosyan, Norik Sahakyan, Vaçe Sahakyan və Movses Azaryana qarşı 2015-ci ilin 29 yanvar tarixində gecə saat 02:00- 03:00 radələrində, taborun 408 nömrəli yataq otağında xüsusi qəddarlıqla kursant Haykaz Barseğyanın öldürülməsi işi üzrə ittiham irəli sürülüb. Kursant Barseğyanın öldürülməsindən sonra, onun özünə qəsd etdiyi fikrinin formalaşdırılması məqsədilə meyit idman meydanında idman alətindən asılıb.

Ordu.az

Teqlər: Ermənistan   Dedovşina   İrəvan  

Ermənistan hərbi institutunda dedovşina "mələkləri": "Onu "yaxşılar" öldürüb"

2018/03/received_2506482189577934_1522259253.jpeg
Oxunub: 1228     01:58     29 Mart 2018    