Forpost ölkədən 102-ci bazada yaradılacaq hərbi polis bölmələrinə ETİRAZ

2018/03/56456_1517834425_1522255155.jpg
Oxunub: 1478     00:41     29 Mart 2018    
"Ermənistanda Rusiya Federasiyasına məxsus hərbi polis bölmələrinin yerləşdirilməsi qanunsuzdur".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanda fəaliyyət göstərən "İnformasiyalı Vətəndaşların Birliyi" ictimai təşkilatı məlumat yayıb.

"Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin qərargahının yaydığı bəyanata görə Ermənistanda RF SQ-nin hərbi polis bölmələri yerləşdirilməlidir. Silahla silahlanmış olacaq bu bölmələri İrəvan və Gümrü şəhərlərində yerləşdirmək nəzərdə tutulur. Təşkilata görə, Rusiya hərbi polis bölmələrinin Ermənistanda yerləşdirilmısi qanunsuzdur və heç bir beynəlxalq razılaşmada nəzərdə tutulmayıb.

Müqavilələr

“Ermənistan və Rusiya arasında Ermənistan ərazisində Rusiya hərbi bazasının yerləşməsi ilə bağlı hüquqlar və qarşılıqlı hüquqi yardım məsələləri üzrə razılaşma” 1997-ci ildə imzalanaraq 2002-ci ildə qüvvəyə minib. Bu razılaşmada tərəflərin müqavilə ilə nəzərdə tutulmuş hüquqlarını müəyyən edən hüquq mühafizə orqanları sadalanır.

Bu müqavilədə Rusiya SQ-nin hərbi polis bölməsi nəzərdə tutulmayıb. Müqaviləyə əsasən, RF hərbi məhkəmələrinin, hərbi prokurorluğun və federal təhlükəsizlik xidmətinin hüququ və səlahiyyətləri müəyyən edilsə də, hərbi polis barədə hər hansı qeyd yoxdur. Çünki bu orqan müqavilə imzalandıqdan sonra, yəni 2011-ci ildə yaradılıb.

Silah gəzdirmək

RF SQ Cənub Hərbi Dairəsinin bəyanatına uyğun olaraq, hərbi polis bölməsi silah, hərbi texnika və xüsusi vasitələrlə təmin ediləcək. Rusiya hərbi qulluqçuları tərəfindən silah gəzdirilməsi və tətbiqi qaydaları 1997-ci ildə bağlanan müqaviləyə əsasən tənzimlənir.

Müqavilədə rus hərbi bazasının hərbi qulluqçularına bazanın yerləşmə yerlərindən kənarda silah ancaq xüsusi hallarda (müdafiə xarakterli hallarda) icazə verilir.

Asayişin qorunub saxlanması və ya yol hərəkətinin təmin edilməsi məqsədilə RF silahlı qüvvələrinin, həmçinin hərbi polis bölməsinin hərbi qulluqçularına silah saxlamaq, gəzdirmək və ya tətbiq etmək hüququ verilmir".

Göründüyü kimi, ictimai birlik tərəfindən yayılan bəyanat anti-Rusiya xarakteri daşıyır və absurd iddialara söykənir. Çünki Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin qərargahının yaydığı bəyanat yalnız 102-ci hərbi bazanın yerləşdiyi yeri və onun mühafizəsinin təşkilini nəzərdə tutur.

Xatırladaq ki, erməni mətbuatının yaydığı məlumata görə Ermənistandakı 102-ci hərbi bazada hərbi polis bölmələri yaradılacaq. Cənub hərbi dairəsinin mətbuat xidmətindən verilən məlumata görə hərbi nizam-intizamı, yol hərəkəti təhlükəsizliyini və obyektlərin mühafizəsinin təmin edilməsi məqsədilə Gümrü hərbi qarnizonunda hərbi polis bölmələri yaradılacaq. Şəxsi heyət hərbi texnika və xüsusi vasitələrlə təmin olunacaq.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan   Rusiya   102-ci-hərbi-baza  

Forpost ölkədən 102-ci bazada yaradılacaq hərbi polis bölmələrinə ETİRAZ

2018/03/56456_1517834425_1522255155.jpg
Oxunub: 1479     00:41     29 Mart 2018    