Su-57-yə rəib, yoxsa... Beşinci nəsil İsveç "Gripen"i (FOTOLAR)

2018/03/1_1522152897.jpg
Oxunub: 2209     16:14     27 Mart 2018    
"Gripen" qırıcılarının əsas silahı onun yaradıcılarının adekvat olmalarındadır. Qeyri-mümkün tələbləri kəsib atmaq və əsas diqqəti real problemlərə və imkanlara yönəltmək də bir sənətdir.

Ümumi qəbul edilən nəzəriyyəyə əsasən, dördüncü nəsil döyüş təyyarəsini müəyyən xüsusiyyətləri müəyyən edilən "beşinci" nəsil təqib etməlidir. Stels texnologiya. Səsdən sürətli kreyser uçuşu. Yeni BREO. Dördüncü nəsilə xas olan yüksək manevr qabiliyyətini qorumaq şərtilə.

Bu təyyarə üçün mümkün olan yeganə quruluş planı kimi "Trapez qanad"a və iki cıxıntılı V formalı quyruğa sahib "Raptor"un konfiqurasiyası qəbul edilib. Bütün bunlar bu sxemin interpretasiyasıdır. Bir qərarın iki düzgün cavabı mövcuddur:

a) trapez qanadların kənarlarının paralelliyi nəticəsində yan proyeksiyada EPR- in azalması stels texnologiyanın tələblərinin yerinə yetirilməsini təmin edir;

b) dördqütblü vixrlərin aerodinamikası hesabına yüksək manevr imkanları təmin edilir. Qanadın axını ilə yaranan əsas vixr V formalı quyruq ilə qarşılıqlı əlaqədə hər hansı bir hücum bucağında idarəetməni nəzarətdə saxlamağa imkan verir.

İlk dəfə olaraq 5-ci nəslin yaradılmasına əsas verən bu ideya F/A-18 "Hornet" qırıcısı üzərində həyata keçirilib. Beşinci nəslin qırıcısının görünüşü nisbətən oxşar olmalıdır. Lakin SAAB-ın dizaynerlərinin bu məsələ ilə bağlı öz fikirləri mövcuddur. İsveçlilərin sözlərinə görə, "beşinci nəsil" və onun texniki xüsusiyyətləri üçün qoyulan tələblər bu məqsədə nail olmaq üçün müəyyən yolları göstərir. Müasir qırıcının əsas vəzifəsi nədən ibarətdir? Əlbəttə ki, ilk növbədə döyüş meydanında sağ qalmaq!

İsveçlilərə görə, düşmən tərəfindən "gözəgörünməz" qalmaq ən doğru və əsas seçim deyil. "Gripen E" qırıcısını yaradarkən, pilotun situasiya biliklərini müxtəlif təhlükələrə qarşı imkanlarla birləşdirərək, "sağ qala bilmək" parametri ön plana keçirildi: təhlükəni ilk təyin etmək, pusqudan yan keçmək, vaxtında atılan tələlərdən istifadə etmək, düşməni çaşdırmaq, fəal raketlərin özütuşlanan başlıqlarını aktiv "maneə"lərlə basdırmaq, hədəflə çox yaxınlaşmadan maksimum məsafədən silahdan istifadə etmək.

Cəsarətli nəzəriyyə Avropa hərbi sənayesinin yeniliklərinə əsaslanır. İsveç Hərbi Hava Qüvvələri ilk dəfə silahlanmaya uzunməsafəli MBDA "Meteor" raketini qəbul etdi. PRVD marş mühərrikinin istifadəsi sayəsində "Meteor" raketi digər "hava-hava" raketlərinə nisbətən üç-altı dəfə daha eherjilidir. Bundan başqa Fransanın "Rafal" qırıcısından fərqli olaraq İsveçın "Gripen" qırıcısının raketləri daha müasir iki kanallı məlumat mübadiləsi sistemindən istifadə edir.

Yaxın döyüş silahı - IRIS-T. Özü tuşlanan başlığın yüksək həssaslığı və manevrləri 60 qat artıq yüklənmə şəraitində belə yerinə yetirmək qabiliyyəti, kiçik ölçülü hədəfləri o cümlədən düşmənin ZUR və URVV raketlərini ələ keçirməyə imkan verir.

İstehsalçılara görə, yeni "Gripen E" (və ya "Gripen NG") modifikasiyalarında aşağıdakı əsas komponentlərdən istifadə edilməsi pilotları 5-ci nəsil döyüş təyyarələri səviyyəsində situasiya bilikləri ilə təmin edir:

- Pilotu daha geniş bir baxış bucağı ilə təmin edən AFAR sistemli ES-05 RAVAN radiolokatoru;
- Termal diapazonda çalışan Skyward-G elektron elektron-optik aşkarlama sistemi. F-35 döyüşçüsünə quraşdırılan AN / AAQ-37 sisteminin Avropa analoqu;
- "Gripen" pilotlarına döyüş qrupuna daxil olan digər qırıcıların vəziyyətinə (silah, sursat, yanacaq miqdarı, aşkar edilən təhdidlər barədə xəbərdarlıq, döyüşdə hədəflərin paylanması və s.) nəzarət etməyə imkan verən şəbəkə mərkəzli məlumat mübadiləsi sistemi;
- Radiasiya və aktiv müdaxilələrin (REM) yaradılması üçün hərtərəfli xəbərdarlıq sistemi;
- yanacaq ehtiyatının 40% artırılması;
- Kəşfiyyat və nişangah - avadanlıq konteynerləri üçün 10 ədəd asqı.

Bütün bunlar "Gripen E" təyyarəsinin qırıcı-hücüm-kəşfiyyat təyinatına tamamilə haqq qazandırır.

İsveçlilərin fikrincə, yeni modifikasiyalı "Gripen"lər düşmən üçün dördüncü nəsil çox məqsədli qırıcılardan daha çox problem yarada bilir. Beləliklə, onlar qırıcı təyyarələrin inkişafında yeni bir mərhələ hesab olunur.

"Sağ qala bilmək" anlayışı ön plandadır. İkincisi: döyüş təyyarələri mütəmadi olaraq göyə qalxmalı, pilotların bacarıqlarını və ustalıqlarını mükəmməlləşdirməyə imkan yaradılmalıdır. Burada, dördüncü nəsil qırıcıları arasında "Gripen" ailəsinin ən sadə və ən ucuz istismara malik JAS-39E qırıcıları təlim ənənəsini davam etdirir.

"Janes" dərgisinin 2012-ci il üçün məlumatlarına əsasən, JAS-39C qırıcısının uçuşunun bir saatlıq dəyəri 4700 dollardır, yəni ən yaxın rəqibi olan tək motorlu F-16-dan iki dəfə ucuzdur.

Kiçik "Gripen"in digər bir rekordu: istismar edildiyi otuz il ərzində cəmi bir pilotun həlak olmasıdır. İsveçli qırıcı yaşıdları arasında ən aşağı qəza nisbətinə sahibdir.

İndi onun çatışmazlıqları barədə danışaq.

İsveçlilər öz mühərriklərini yarada bilməyib. "Volvo" RM-12, F/A-18 "Hornet" qırıcısı və F-117 bombardmançısı üçün yaradılan "General Electric"in F404 mühərrikinin lisenziyalı kopyasıdır.

"Gripen E" eyni zamanda, ABŞ istehsalı olan GE-39-E modifikasiyalı F414 mühərrikindən də istifadə edir.

Bənzər təsvirə baxmayaraq, F414 beşinci nəsil YF-23 qırıcısı (YF-22 "Raptor"un rəqibi) üçün yaradılan YF-120 mühərrikinin əsasında hazırlanan yeni bir güc qurğusudur.

Sələfi (F404) ilə müqayisədə, F414 mühərriklərinin kompressorunda təzyiq 25-dən 30 atmosferə yüksəldilib, bu isə mühərrikin dartı qüvvəsinin 30% artmasına səbəb olub. Ümumiyyətlə, mütəxəssislər F404 / F414 "ailəsinə" hörmətlə yanaşırlar, onların yüksək texniki xüsusiyyətlərini və konstruktiv təkmilləşdirilməsini vurğulayırlar. F-414 təxminən 1 tonluq öz kütləsi ilə forsajsız rejimdə təxminən 6 ton, forsajla isə 10 ton dartı qüvvəsinə malikdir. 25 il əvvəl belə bir göstəriciyə malik olan ikinci bir mühərrik yox idi. Xüsusi dartı qüvvəsinin hava istehlakına olan nisbətinə (forsajda hava istehlakı 77 kq/san ) görə, bu gün F-414 mütləq dünya rekordunun sahibidir.

Şübhəsiz ki, İsveçlilər ABŞ-ın mühərriklərindən istifadə etməkdə problem görmürlər. Sanksiyalar və embarqolar onları təhdid etmir. Digər tərəfdən isə döyüş təyyarələri üçün dünya bazarında olan ən yaxşı mühərriklərdən istifadə edirlər.

Mənim fikrimcə, yeganə əsl problem "Gripen"lərin tək mühərriklə təmin olunmasındadır. Bir mühərrikli konfiqurasiyada, yetərincə güclü və sürətli mühərrikə ehtiyac duyulur. Təəssüf ki, İsveçli qırıcılar üçün, F404 mühərriklərinin "tək" işləməsi kifayət deyil. Yüngül sinifli göyərtə qırıcıları hesab edilən çox məqsədli "Hornet" və "SuperHornet" tipli təyyarələr də iki mühərrikli variantda istehsal edilir.

9-10 ton döyüş kütləsi olan "Gripen"in (40% yanacaq qalığı və 4-6 ədəd URVV raketinin çəkisinə bərabər olan) itələmə nisbəti (qırıcıların dartı qüvvəsinin təyyarənin kütləsinə olan nisbəti) 0,9-dan azdır. Qırıcını özünün kiçik kütləsi (F-16-dan üç ton daha yüngüldür) də xilas etmir. Bu səbəbdən qırıcılar digər mühhəriklərdən istifadə etməli oldular. Yeni nəsil "Gripen E" bu baxımdan daha əlverişli mövqedədir, F414 mühərrikinin dartı qüvvəsinin 30 % artması qırıcının artan kütləsi (maksimum qalxma kütləsi - 16 ton) ilə müşayiət olunur.

Şübhəsiz ki, isveçlilər özləri də uçuş keyfiyyətlərinin vacib olduğunu bilirlər, lakin onlar hava döyüşündə və müasir hava hücumundan müdafiə sisteminin sərhədlərini aşarkən bu keyfiyyətləri prioritet hesab etmirlər.

Nəticə

"Gripen" qırıcısı haqqında olan bu məqalə JAS-39E və Su-57 arasında aparılan sonuncu uçuşların təhlili ilə bağlıdır.

"Gripen E"nin beşinci nəslin tələblərinə cavab verib vermədidiyini öyrənmək üçün bir çox mübahisəli fikirlər səsləndi və nəticədə İsveç qırıcısını Yak-130 təlim məşq təyyarəsi (TMT) səviyyəsinə endirdilər. Bu isə öz-özlüyündə absurddur: döyüş təyyarəsi Yak-130 TMT-dən üç qat daha çox itələmə nisbətinə sahibdir.

Ümid edirəm ki, bu yazı bəzi məqamları aydınlaşdırmağa və "Gripen" konsepsiyasını anlamağa kömək edəcək. JAS-39C və perspektiv JAS-39E primitiv və kiçik oyuncaq deyil, onlar üstünlükləri və mənfi cəhətləri olan ciddi döyüş vasitələridir. "Gripen E"nin Su-57-yə rəqib olub-olmadığı tapşırıqların şərtlərindən asılıdır. Beşinci nəslin "top" versiyasında, məsələn, Su-57 və ya F-35 kimi qırıcılar əldə etmək istəyənlər üçün İsveçin "Gripen E" təyyarələri maraqlı olmaya bilər. Döyüşdə qarşılaşacaqları halda biri "Gripen"in qazanacağını, digərləri isə əksinə dərhal vurulacağını iddia edirlər. Əslində heç kim necə olacağını bilmir. Bir şey aydındır ki, "Gripen E" ciddi qəbul ediləcək qədər güclü bir qırıcıdır.

Məlumat Oleq Kaptsovun yazıları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər:

Xəbər lenti

Su-57-yə rəib, yoxsa... Beşinci nəsil İsveç "Gripen"i (FOTOLAR)

2018/03/1_1522152897.jpg
Oxunub: 2210     16:14     27 Mart 2018    