ABŞ Türkiyə və Qətərdə hərbi bazaları bağlaması barədə məlumatı təkzib edib

2018/03/1124_1522150020.jpg
Oxunub: 1571     19:20     27 Mart 2018    
ABŞ rəsmi şəkildə İsrail KİV-lərində Birləşmiş Ştatların Türkiyədə yerləşən “İncirlik” və Qətərdə yerləşən “Əl-Udeyd” hərbi bazalarını tərk etmək barədə yayımlanan məlumatları təkzib edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığı məlumat yayıb.

“Belə yanlış və əsassız məlumatlar bizim müttəfiqlərimiz arasında fikir ayrılıqları və etibarsızlığın yaranmasına səbəb olur, halbuki təhlükəsizlik sahəsində problemlərin həlli üçün qarşılıqlı anlaşma və vahidlik zəruridir”, - deyə məlumatda bildirilir.

“Əl-Cəzirə” telekanalının məlumatına görə, ABŞ-ın Qətərdəki hərbi bazanı tərk etməsi barədə ilk məlumatlar martın 22-də yayımlanıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Türkiyə   Qətər  

ABŞ Türkiyə və Qətərdə hərbi bazaları bağlaması barədə məlumatı təkzib edib

2018/03/1124_1522150020.jpg
Oxunub: 1572     19:20     27 Mart 2018    