Qəhrəmanlığın Çingiz Qurbanov zirvəsi: “Allahıma şükür ki, qisasımızı ala bildik”

2018/03/0345_1522150460.jpg
Oxunub: 7192     15:33     27 Mart 2018    
- Əsgər Qurbanov!
- Mən.
- Əsgər Əliyev!
- Mən.
- Əsgər Məmmədov!
- Mən.
- Axşam 2-4 post növbətçisisiniz.
- Oldu, yoldaş kapitan.
- Gedin hazırlıqlarınızı görün.

Çingiz Qurbanov və yoldaşları axşam növbətçiliyi ilə bağlı hazırlıqlarını başa vurub, təlimatlarını əzbərlədikdən sonra posta tərəf yola düşdülər. Onun üçün təlimatı yadda saxlamaq elə də çətin olmamışdı. Ali təhsilini Azərbaycan Texniki Universitetində almışdı. Dərslərə ciddi hazırlaşmaq vərdişi onda təlimatı da tez öyrənməyinə kömək etmişdi. Ümumiyyətlə, təhsili onun burada çox köməyinə gəlirdi. Belə ki, Çingiz Qurbanovun “Optik cihazlar” üzrə fakültənin məzunu idi. Bu sahə birbaşa hərblə bağlı olduğu üçün silahları işlətməkdə və onların texniki göstəricilərini öyrənməkdə çətinlik çəkmirdi.

Qurbanovun ürəyində bir sıxıntı var idi. Ancaq bu sıxıntının səbəbini heç cür özü üçün aydınlaşdıra bilmirdi. Bir neçə saat əvvəl atası ilə danışmışdı. Atası evdə hamının yaxşı olduğunu, hətta qış olmasına rəğmən havaların da normal keçdiyini demişdi. Salman Qurbanov hətta zarafatyana bildirmişdi ki, “Bizdən uzaqdasan, bundan başqa bir dərdimiz-sərimiz yoxdur. Bütün işlərimiz öz-özünə alınır. Elə bil, sən yanımızda yoxsan deyə hava da xətrimizə dəymək istəmir. Yoxsa qışın bu günü belə yaxşı hava harda görülüb?”

İkisi də onun bu sözlərinə gülmüşdülər. Yadındadı, anası onun üçün çox darıxdığını, yanına gəlmək istədiyini demişdi. Birtəhər anasını yola gətirmişdi. Uzaq yolu gəlməyinə ürəyi heç cür razı olmamışdı. Ona bir neçə günə məzuniyyətə gələcəyinə söz vermişdi.

Ürəyindəki sıxıntı heç cür keçmək bilmirdi. Əslində, qeyri-adi heç nə olmamışdı. Adi günlərdən biri idi. Çiynində avtomatı, düşmənlə üzbəüzdəki posta tərəf addımlayırdı. Amma bu artıq onlar üçün adiləşmişdi. Nə gözlərində bir damcı qorxu, nə də ürəklərində səksəkə var idi. Bu sıxıntı nəsə başqa bir şeyin xəbərçisi idi, amma heç cür anlaya bilmirdi.

Postu əsgər yoldaşlarından təhvil aldı. Külək üzünü yalayıb keçirdi. Sabah hava soyuq olacaqdı. Artıq buranın havasına öyrəşmişdilər. Amma nə isti, nə soyuq nə də başqa bir çətinlik onu yolundan döndərə bilməzdi. Əsgərliyə gələndə özünə söz vermişdi, gözünü qırpmadan vətənin xidmətində dayanacaqdı. İlk fürsətdəcə düşmənə layiqli cavabını verəcəkdi. Ermənilərin tarixən ölkəsində törətdiyi təxribatların bir cavabı olmalı idi…

Hava buludlu olsa da, ay da hər fürsətdə özünü göstərirdi. Birdən əsgər yoldaşı Əliyevin səsini eşitdi:

– Qurbanov, nəsə səs eşitdin?

Çingiz heç nə eşitmədiyini, yəqin onun qulağına səs gəldiyini dedi. İkisi də qulaq dinşədilər. Sanki bir hənirti hiss edilirdi. Diqqətlə ətrafa göz gəzdirdilər. Ayın işığında qabaqda bir qaraltı gördülər. Qurbanovun “Kimsən? Parol?” deməyi ilə ətrafı atəş səsi bürüməyi bir oldu. “Şərəfsizlər” deyə qışqıraraq avtomatının qoruyucusunu çəkib atəş açmağa başladı. Əsgər yoldaşları da onun köməyinə gəldi. Qaraltı birdən-birə parçalanıb altı yerə bölüdü. Altı erməni kəşfiyyatçısı özlərinə mövqe seçib onları atəşə tutdular. Qurbanov qışqırdı:

– Ehtiyyatlı olun! Bu torpağımıza göz dikən əclaflara kim olduqlarını başa salaq!

Dayanmadan atəş açırdılar. Qurbanovun hədəfi səlis vurmağı nəticəsində bir erməni əsgəri böyrü üstə yıxıldı. Düşmən ilk itkisini verəndən sonra çox keçmədi ki, ardı gəldi. Erməni zabiti planın uğursuzuqla nəticələndiyini, qarşı tərəfin gecə basqınından xəbərdar olduğunu və belə gedərsə, hamısının məhv olacağını görüb tez “Geriyə” əmri verdi. Qurbanov düşmənin yavaş-yavaş geriyə çəkildiyini görürdü. Heç cür özünü saxlaya bilmirdi. Nəsə etməliydi. Bu şərəfsizləri beləcə qoymaq olmaz dedi.

– Əliyev, Məmmədov, Quliyev, siz burada qalın, ehtiyyatlı olun. Mən bu əclafları çıxdıqları yerə qədər qovacağam. Bəlkə, onda ağılları başlarına gələr.

Əliyev, Məmmədov və Quliyev mövqelərini sıxlaşdıraraq onun boşalan yerini də doldurdular. Qurbanovun silahını götürməyi ilə səngərdən çıxmağı bir oldu. Ermənilərin kürkünə birə düşmüşdü, dayanmadan qaçırdılar. Odur ki, Çingiz Qurbanov ehtiyyat etmədən irəli atıldı. Gecənin qaranlığında qaçır, imkan düşən kimi yerə çöküb atəş açırdı. Artıq neçə nəfəri öldürdüyünü bilmirdi. Ancaq erməni kəşfiyyat qrupunun rəhbərini təqib edirdi. O, kolluqların arasına girmişdi. Təngnəfəs “ratsiya” ilə arxadan kömək istədi. Qurbanov da bir ağacın dalında özünə əlverişli mövqe seçib gözləyirdi. Bir müddət sonra kapitan ətrafda heç kimin olmadığını zənn edərək ayağa qalxdı. Çingiz Qubanov silahını ona tərəf tuşlayıb “Dayan” dedi. Erməni zabiti qaçmağa başladı. Qurbanov “Ax səni dovşan” deyib tətiyi çəkdi. Kapitan üzü üstəcə yerə sərələndi. Dərindən nəfəs alıb, ətrafına baxdı. Postdan çox uzaqlaşmışdı. Dərhal geri qayıtmalı idi…

Erməni postunda çaxnaşma düşmüşdü. Polkovnik-leytenantın hirs başına vurmuşdu. Düşmən tərəfə təxribat törətmək üçün göndərdiyi ən etibar etdiyi kəşfiyyat dəstəsi darmadağın olmuşdu. Ova gedərkən ovlanmışdılar. Kapitan “ratsiya” ilə arxadan kömək istəyəndə, əsəbindən bağıra-bağıra ona belə cavab vermişdi:

– Səni əclaf, güllənin birini də başına çax. Bura niyə qayıdırsan? Yaramazın biri yaramaz.

Amma sonra yenə də ürəyi dözməyib, onları xilas etmək üçün on beş nəfərlik dəstə və ən yaxşı zabitlərindən biri - mayor Akperyanı onların yanına qoşmuşdu.

Qurbanov qaranlıqda istiqamətini seçməyə çalışırdı. Postları hansı tərəfdə qalmışdı? Kəşfiyyat təlimlərində öyrəndiyi məlumatlara əsasən postlarının istiqamətini tapmağı elə də çətin olmadı. Bir az getmişdi ki, arxadan kol-kos səsləri eşitməyə başladı. Bir ağacın arxasına keçdi. Akperyan və dəstəsi getdikcə yaxınlaşırdı. Gələnlərin sayının çox olduğunu görür, ancaq bununla belə qaçmağı ağlının ucundan belə keçirmirdi. Silahını qaldırıb, əlini tətiyə apardı. Nişan aldığı bir əsgəri aşırtdı. Erməni əsgərləri tez yerə uzandılar və atəşə başladılar. Akperyan qışqırırdı:

– Onları sağ ələ keçirin. Etdiklərinin cəzasını belə asanlıqla ödəyə bilməz.

Qurbanov atəş açır, ancaq getdikcə mühasirəyə alındığını görürdü. Bir neçə əsgər daha öldürmüşdü. Ancaq qarşı tərəf say hesabı ilə daha çox idi. Çox keçmədi ki, gülləsi də bitdi. Düşmən əsgərlərindən üçü əlində avtomat arxadan üstünə şığıdı. Edə biləcəyi heç nə qalmamışdı…

Onu Akperyanın yanına apardılar. Akperyan qabağında bir nəfəri görüb dəli oldu:

– Bizim ən yaxşı kəşfiyyatçımızı sən öldürmüsən?

Qurbanov istehza ilə gülümsədi:

– Yaxşınız o idi?

Akperyan bir sillə çəkdi. Hirsindən yerində var-gəl etməyə başladı. Birdən ağlına nəsə gəlibmiş kimi dayandı:

– Sən türkə oxşamırsan, axı? Həə, nə məsələdi?

– Mən ləzgiyəm. Qusardan.

Akperyan ürəkdən qəhqəhə çəkdi:

– Ay axmaq, sən ləzgisənsə burada nə ölümün var? Bu, türklərlə ermənilərin davasıdır.

Qurbanovun gözündəki qəzəb yanındakı əsgərləri qorxudurdu:

– Mən azərbaycanlıyam. Bura da Azərbaycan torpağıdır. Bura mənim vətənimdir. Bizim üçün milliyyətin önəmi yoxdur. Şərəfimizlə torpaqlarımıza girən siz əclaflardan müdafiə etmək üçün gəlmişik. Allahıma şükür ki, mənə belə bir fürsət verdi və qisasımızı ala bildik.

Akperyan hirsindən bilmədi nə etsin. Əlini tapançasına atdı və…

Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da şəhid oldu. Onun nəşi 39 gün erməni tərəfində qaldı. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan hökuməti Azərbaycan əsgərinin nəşini geri verməkdən imtina edirdi. Uzun sürən danışıqlardan sonra Çingiz Qurbanovun cansız bədəni ölkəyə gətirildi, ailəsinə təhvil verildi. O, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” adına layiq görülüb.

Çingiz Qurbanov ölümdən heç vaxt qorxmurdu. Saədcə olaraq həmin gecə 39 gün Vətən həsrəti çəkəcəyi ürəyinə dammışdı…

Emin Piri
Yazı Ordu.az-a məxsusdur

Teqlər:

Xəbər lenti

Qəhrəmanlığın Çingiz Qurbanov zirvəsi: “Allahıma şükür ki, qisasımızı ala bildik”

2018/03/0345_1522150460.jpg
Oxunub: 7193     15:33     27 Mart 2018    