BND-nin sabiq direktor müavini: “KXDR-in nüvə raketləri Almaniyaya çata bilər”

2018/03/8ed4d580-cf79-443e-97a5-3e0b27218d73reü_1521480193.jpg
Oxunub: 685     21:22     19 Mart 2018    
“Şimali Koreyanın nüvə imkanlı ballistik raketləri artıq Almaniya və Mərkəzi Avropaya çata bilər”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) sabiq direktor müavini Ole Diehl bildirib.

O, KXDR raketləri ilə bağlı narahatlığını ifadə etsə də, Şimali və Cənubi Koreya arasındakı son danışıqların müsbətə doğru irəliləyiş olduğunu vurğulayıb.

Qeyd edək ki, Diehlin açıqlamasından bir qədər öncə Cənubi Koreyanın “Yonhap” agentliyi Amerika və Cənubi Koreya rəsmilərilə görüşmək üzrə Şimali Koreyadan yuxarı səlahiyyətli bir diplomatın Finlandiyaya uçduğunu xəbər verib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: KXDR   Avropa  

Xəbər lenti

BND-nin sabiq direktor müavini: “KXDR-in nüvə raketləri Almaniyaya çata bilər”

2018/03/8ed4d580-cf79-443e-97a5-3e0b27218d73reü_1521480193.jpg
Oxunub: 686     21:22     19 Mart 2018    