“Boeing”in aviatanker proqramının bir sıra problemləri var

2018/03/456456_1521282965.jpg
Oxunub: 741     15:34     17 Mart 2018    
“Boeing” kompaniyasının ABŞ Hərbi Hava Qüvvələri üçün başlatdığı KC-46 aviatanker proqramı texniki məsələlərdən dolayı bir sıra problemlərlə üzləşib.

Ordu.az “Business İnsider”ə istinadən xəbər verir ki, HHQ iki yeni problemin meydana gəldiyini bildirib.

Onlardan biri uzaq görmə sistemi, digəri isə mərkəz xətt nasos sistemi ilə əlaqədardır. Açıqlamalara görə uzaq görmə sistemi HHQ-nin istəkləri ilə uzlaşmır. Mərkəz xətt nasos sistemi isə sınaqlar zamanı yanacaq sistemi ilə əlaqəyə girə bilməyib.

ABŞ HHQ-nin mətbuat katibi Ann Stefanek bu problemlərin təcili olmadığını və şirkətə həlli üçün imkan verildiyini açıqlayıb. Eyni zamanda bu problemlərin aradan qaldırılması üçün konkret vaxtın qoyulmadığını əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Boeing   KC-46  

Xəbər lenti

“Boeing”in aviatanker proqramının bir sıra problemləri var

2018/03/456456_1521282965.jpg
Oxunub: 742     15:34     17 Mart 2018    