ABŞ ordusu raobotlaşdırılmış maşınların sınaqlarına 2020-ci ildə başlayacaq

2018/03/1089_1521272531.jpg
Oxunub: 1122     18:25     17 Mart 2018    
“Artıq 2019-cu ilin sonunadək ABŞ-da yerüstü robotlar və robotlaşdırılmış döyüş maşınlarının yaradılması sonlandırılacaq”.

Ordu.az “Breaking Defense” nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ ordusunun briqada generalı, prespektivli yerüstü texnikalar üzrə ekspert qrupunun rəhbəri Devid Lesperans bəyan edib.

Onun sözlərinə görə, 2019-cu ildə yerüstü döyüş robotlarının yaradılması sonlandırılmalı və 2020-ci ildə mütəxəssislər onların sınaqlarına başlamalıdırlar.

“Şəhərlər sürətli şəkildə inkişaf edirlər. Bu isə o deməkdir ki, bir neçə onillikdən sonra planet əhalisinin böyük əksəriyyəti şəhərlərdə yaşayacaq. Bu prosesin nəticəsi olaraq hərbi münaqişələr əsasən şəhərlərdə aparılacaq. Şəhər şəraitində döyüşlər isə xeyli sayda itkilərə səbəb olur və bu, qaçınılmazdır. Odur ki, belə şəraitdə döyüşmək üçün məhz döyüş robotları və robotlaşdırılmış maşınlara ehtiyac var”, - deyə general bildirib.

Ağalar Qəribov
Ordu.az

Teqlər: ABŞ   Döyüş-robotları  

ABŞ ordusu raobotlaşdırılmış maşınların sınaqlarına 2020-ci ildə başlayacaq

2018/03/1089_1521272531.jpg
Oxunub: 1123     18:25     17 Mart 2018    