Rusiya MN: ABŞ və Britaniya Suriya üzrə öhdəliklərini yerinə yetirmir

2018/03/1098_1521276243.jpg
Oxunub: 1195     16:44     17 Mart 2018    
ABŞ, Böyük Britaniya və beynəlxalq koalisiya ölkələri BMT Təhlükəsizlik Şurasının 2401 nömrəli qətnaməsinə dair öhdəliklərini yerinə yetirmir.

Ordu.az Gazeta.ru saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ABŞ-ın başçılıq etdiyi koalisiya qaçqınlar üçün nəzərdə tutulan humanitar konvoyların hərəkətinin qarşısını alır, şəhərlərdən çıxışı mülki əhali üçün mümkünsüz hala gətirirlər.

Həmçinin Ət-Tanf rayonu ərazisinə humanitar konvoyun keçməsinə razılıq verilməsinə baxmayaraq koalisiya tərəfindən onun buraxılmamasına xüsusi diqqət ayrılır.

“Beləliklə, hazırda məhz ABŞ, Böyük Britaniya və digər koalisiya üzvləri aktiv şəkildə BMT Təhlükəsizlik Şurasının qətnaməsinin yerinə yetirilməsini bütünlüklə gözməzdən gəlir, öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırırlar”, - deyə məlumatda bildirilir.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Rusiya   Suriya   ABŞ   Böyük-Britaniya  

Rusiya MN: ABŞ və Britaniya Suriya üzrə öhdəliklərini yerinə yetirmir

2018/03/1098_1521276243.jpg
Oxunub: 1196     16:44     17 Mart 2018    