Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, burada Türkiyə hərbi rəsmiləri ilə görüşlər keçirən nümayəndə heyəti regional sülh üçün hərbi əməkdaşlığın yaxınlaşdırılması məsələlərini müzakirə edib.
İlk olaraq Türkiyə Baş Qərargah rəisinin müavini general Ümit Dündarla görüş zamanı hər iki tərəf regional sülh və stabilliyi möhkəmləndirmək məqsədilə hərbi və müdafiə əməkdaşlığının gücləndirilməsinin zəruriliyini dilə gətirib.
Daha sonra türkiyəli həmkarı ilə görüşən Əhədi Türkiyə Müdafiə nazirinin İrana dəvət edilməsinə dair İran Müdafiə nazirinin məktubunu təqdim edib.
Ağalar Ağalarlı
Ordu.az