Göydən gələn əzab terroru: Kiçik PUA-lara qarşı mübarizə vasitələri - ARAŞDIRMA (FOTOLAR)

2018/03/Foto-ANP345_1521112209.jpg
Oxunub: 3572     19:08     15 Mart 2018    
Kiçik pilotsuz uçan aparatlar qarşısında hərbçilərin müdafiəsiz qalması hərbi sənayeni öz resurslarını bu boşluğu doldurmaq üçün istiqamətləndirməyə məcbur edir.

Ukraynanın şərqində, Suriyada və İraqda müntəzəm ordular və terror təşkilatları tərəfindən kiçik PUA-lardan istifadə edilməsi ilə bağlı son hadisələr, NATO hüdudlarından kənarda hazırlanan belə aparatlara qarşı silahlı qüvvələrin müvəffəqiyyətlə mübarizə aparması üçün uyğun vasitələrlə təchiz olunması məsələsini qabartdı.

İŞİD terror qruplaşmasının BMT-nın "İkinci Dünya müharibəsindən sonra ən böyük şəhər döyüşünün" getdiyi şəhər kimi qiymətləndirdiyi Mosul ərazisinə havadan hədəflərə partlayıcı maddələr atılması bu əməliyyatlarda iştirak edən qüvvələrə qarşı yeni bir təhdid kimi qiymətləndirildi.

"VORTEX" 250 kvadrokopterinin yaxından görünüşü

İraqda BMT-nin bölmə komandirlərindən biri İŞİD tərəfindən Mosulu geri almaq üçün cəhd edərkən, kiçik sursatları kvadrokopterə bərkidərək İraq Ordusuna zərbə vurmaq məqsədilə onlara havadan zərbə endirilməsinə dair təkzibolunmaz faktlarla bu halların mövcud olduğunu sübut edə bildi.

2017-ci ilin iyulunda ABŞ Müdafiə Nazirliyi İŞİD-in PUA təhlükəsi ilə mübarizə aparmaq üçün Konqresdən əlavə 20 milyon dollar vəsait ayrılmasını xahiş etdi. Əldə düzəlmə partlayıcı qurğular əleyhinə mübarizə təşkilatının direktoru Maykl Şildsin sözlərinə görə, ABŞ hərbçilərinin dron əleyhinə texnologiylar ilə təcili qaydada təchiz edilməsi vacibdir.

Kiçik PUA-ların aşkar edilməsi, tanınması, izlənilməsi və zərərsizləşdirilməsi üçün hərbçılərin məhdud imkanları onların taktiki və əməliyyat həssaslığının artmasına səbəb olurdu. Əsgər və zabitlər ciddi təhlükələrlə qarşı-qarşıya idilər. Bu problemləri aradan qaldırmaq üçün elmi-tədqiqat institutları və dizayn büroları yeni texnologiyalar tətbiq etməklə bu tip hədəfləri məhv etmək üçün bir neçə praktiki variantlar təklif etdilər. Lakin, dizaynerlər və istehsalçılar üçün spesifik tələblər əsasında texnologiya hazırlamaq, təhlükənin qeyri-müəyyən xarakterli olması ilə mürəkkəbləşirdi.

Mübarizənin yeni yolları

Bütün bu problemlərə baxmayaraq 400 metr məsafədə dronu məhv edə biləcək "DRONE DEFENDER" hazırlandı. "Battelle" şirkətinin istiqamətlənən enerji qurğusu İraqdakı Amerika kontingentində yerləşdirilib. Bu silahlar dronun idarəetməsini pozur, sursatın partlamasını istisna edir və ictimai təhlükəsizliyə təhlükə törətmir. "DRONE DEFENDER" cihazı hava məkanının qeyri-kinetik qorunması prinsipindən istifadə edərək sistemlərin təhlükəsizliyinə təsir etmədən qoşunları kiçik kvadro və qeksakopterlərdən qoruyur. İntuitiv interfeysli asan sistem uzun müddətli təlim tələb etmir. Uzaqdan idarəetmə sisteminin və ya GPS sisteminin pozulması kimi metodlardan istifadə edərək, dronun fəaliyyəti dayandırılır.

"Battelle" istehsalı "DRONE DEFENDER"

"Black Dart" 2016 nümunəvi numayişlərində 25 dövlət orqanı, 1200 insan və 20-dən çox PUA əleyhinə sistemlərin müxtəlif variantları təqdim olundu. Bu təqdimatda tədbir iştirakçıları mövcud sistemlərin aşkaretmə, tanıma, izləmə, dron əleyhinə zərərsizləşdirmə və ya məhvetmə texnologiyasının imkanlarının qiymətləndirilməsi və təkmilləşdirilməsi, həmçinin digər son ixtiralar haqqında məlumat mübadiləsi aparmaq imkan əldə etdilər. "Black Dart" ssenarisi ilə Floridada yerləşən "Eqlin" aviabazasından hərəkətə başlayan iki raket esminesini real şəraitdə dronlar müşayiət edirdilər. İlkin ssenaridə PUA marşrutları bütün operatorlara məlum idi, bu isə operatorlar tərəfindən sistem və sensorların parametrlərini təyin etməyə imkan verirdi. Sonrakı ssenarilərdə isə marşrutlar məlum olmadı və bu, öyrənmə prosesinin realizmini daha da artırdı. PUA-lar gəmilərdən iki dəniz mili məsafədə şişirilən qayıqlardan idarə edilirdi. Dəniz şəraitində fərqli məsafələrdə və yüksəkliklərdə sensorların və izləmə sistemlərinin fəaliyyəti yoxlanıldı. "Black Dart" tədbiri HHM və RƏM təşkilatı olan JIAMDO (Joint Integrated Air and Missile Defense Organisation) tərəfindən planlaşdırıldı, əlaqələndirildi və keçirildi. Yeni ixtiralar arasında "Northrop Grumman"ın MAUI (Mobile Application for UAS Identification) mobil əlavəsi də diqqəti cəlb edirdi.

"Northrop Grumman" şirkətinin şöbə müdiri Çak Consonun sözlərinə görə, PUA təhdidlərinin yayılması artan narahatlığa səbəb olur.

"Bu gün biz çox mürəkkəb döyüş ssenarilərinin şahidi olduq, istifadəçilər çox mükəmməl innovasiya sistemləri ilə, məsələn fəaliyyətdə olan sistemlərə inteqrasiya edilə bilən üfüqarxası aşkaretmə və ya qeyri-kinetik məhvetmə vasitələri ilə təhiz olunmalıdır",- deyə o bildirir.

MAUI - Android sistemli mobil telefonlarda çalışan bir mobil akustik proqramdır. Bu proqram 360 metrdən aşağı yüksəkliklərdə və 100 dəniz mili (183 km/s) sürətlə uçan, 1-ci qrup, yəni 9 kq-dan az çəkiyə malik dronları aşkar etmək üçün telefonun mikrofonundan istifadə edir. Kommersiya tipli mobil cihazlara yüklənən MAUI proqramı üfüqarxası aşkaretməni və PUA-ları ayırd etməni yüksək səs küylü şəraitdə belə həyata keçirə bilir.

"Northrop Grumman" şirkəti tərəfindən hazırlanan DRAKE (Drone Restricted Access Using Known EW) radio tezlik sistemi elektron yolla 1-ci qrup dronlara təsir edə bilir.

300 qram yük daşıya bilən "DJI" şirkətinin "PHANTOM 3" kvadrokopterini internet üzərindən bir neçə yüz dollara almaq mümkündür

Dəniz şəraitində

Dron əleyhinə təlimlər ABŞ HDQ-nin COMPTUEX (Composite Training Unit Exercises) adı ilə döyüş hazırlığı planına əlavə edilib. Bütün aviadaşıyıcı zərbə qrupları səfərbər olmadan öncə bu təlimləri mütləq keçməlidir.

"Bizim PUA larla mübarizə apara biləcək bir sıra sistemlərimiz var və biz bu yeni və yüksək texnologiyalı sektorda peşəkarlığımızı artırırıq", - deyə tərkibinə "Duayt Eyzenhauer" aviadaşıyıcısının da daxil olduğu 10-cu aviasiya zərbə qruplaşmasının (AZQ) komandanı admiral Jess Vilson bildirir.

Bu səviyyədə COMPTUEX proqramının yerinə yetirilməsi ilk dəfə idi ki, açıqlanırdı. Hücum və ya yerüstü gəmiləri haqqında məlumat toplamaq üçün istifadə edilə bilən dronlar əleyhinə texnologiyalarının inkişafı dəniz donanmasının qorunması üçün xüsusilə vacibdir.

Dron əleyhinə mübarizə təlimlərində müxtəlif vasitələrdən istifadə edilərək PUA vuruldu. Təlimlərdə müəyyən izləmə, axtarış üçün HSM-74 gəmisindəki MH-60R "SEAHAWK" helikopterindən istifadə edildi, daha sonra HSC-7 eskadrilyasından MH-60S helokopteri ilə hədəf ələ keçirildi. 12,7 mm pulemyotdan atəş açan ekipajın atıcısı dronu məhv etdi.

Təlimlərin əsas məqsədi "Black Dart" təcrübəsini 80 təyyarəli aviadayıcının, kreyserlərin, esmineslərin və s. daxil olduğu aviasiya zərbə qruplaşmasında tətbiq etmək idi. Real döyüş vəziyyətində aviadaşıyıcının aviasiya dəstəsi kreser və esmineslərlə birlikdə PUA-ları izləyə, tanıya və kinetik zərbə endirə bilər. Döyüş elementlərinin uğurla həyata keçirilməsi həm əvvəlki sınaq və təcrübələr nəticələrinə, həm də düzgün metod və taktikadan istifadə edilməsi hesabına əldə olunur.

"Black Dart" təcrübəsini mənimsəyən zərbə qruplaşması rahatlıqla PUA təhlükələrinə qarşılıq verə biləcəyini təsdiq etdi.

ABŞ HDQ onun gəmi, baza və digər obyektlərini təhdid edən kiçik, uzaqdan idarəolunan dronlarla mübarizə aparmaq üçün qısamüddətli texnoloji həllərin axtarışındadır. Suüstü silahlanma İnkişaf Mərkəzinin nümayəndəsi Dalqrene bildirib ki, tədqiqatçılar ABŞ-a məxsus donanma və sahil mühafizə obyektlərini kontinental hissədə qoruya biləcək hazır dron əleyhinə sistemlərin yerləşdirilməsi imkanlarını araşdırılır.

Dronlarla mübarizə proqramı çərçivəsində çəkisi 24,9 kq ağırlığına qədər olan 1-ci və 2-ci qrup platformalara aid düşmən və ya şübhəli uçan vasitələri neytrallaşdırmaq üçün kinetik və qeyri-kinetik variantlar qiymətləndirildi. 2017-ci ilin dekabrında alınan informasiya sorğusunun cavabına görə, donanmanın təhlükəsizlik qüvvələrinə etibarlı, hər hava şəraitinə davamlı, sadə idarə olunan, asan xidmət edilən ərazi və nöqtə qorunmasını təmin edən dron əleyhinə sistemlərə ehtiyacı var.

Əlavə tor ilə təchiz olunan zərbə dronu Rayt-Patterson aviabazasının mühəndisləri tərəfindən hazırlanan dron əleyhinə sistemin bir hissəsidir

Digər dron əleyhinə sistemlər

"Air Force Research Laboratory Commanders Challenge 2017" yarışları zamanı Rayt-Patterson aviabazasından olan mühəndislər qrupu tərəfindən hazırlanan və tor ilə təchiz olunan dron əleyhinə zərbə PUA-sı Nevada Milli Təhlükəsizlik Mərkəzində DJI S1000 eksadronunu ələ keçirib. Hərbi bazaların qorunmasına kömək edə bilən tam müasir sistemin inkişaf etdirilməsi üçün iştirakçı qruplara altı ay vaxt verildi. Bu sistemdə dronların aşkar edilməsi üçün zərbə PUA-larından əlavə kamera və lazer məsafəölçənindən də istifadə olunur.

"Air Force Research Laboratory Commanders Challenge" yarışları zamanı şübhəli drona tordan ibarət "mərmilərlə" atəş açan paintball silahı ilə təchiz edilən TART S6 dron əleyhinə sisitem nümayiş edilib. Henskom aviabazasının mühəndislər qrupu tərəfindən hazırlanan bu sistemdə radardan, radiomaneə qurğusundan və S6 dronunun özündən istifadə olunur.

Paintball silahı bərkidilən TART S6 dronu (solda), torla atəş açaraq PHANTOM 4 PUA-sını izləyir

Radar və siqnal söndürən digər bir cihaz Kirtlend aviabazasında hazırlanıb. Bu system də PHANTOM4 PUA-sını izləyərək ona qarşı radiomaneə yaradaraq hədəfi torla ələ keçirə bildi. NET GUN X1 tor atan silah, silahlı qüvvələrin və hüquq-mühafizə orqanlarının nümayəndələrinə 15 metr məsafədə dronları ələ keçirməyə imkan verir. Yüngül, kiçik və yığcam tor atanların hər iki növü heç bir problem olmadan arzuolunmaz dronlara qarşı mübarizə aparmaq üçün hər hansı bir bölmədə yerləşdirilə bilər.

Robins aviabazasında olan qrup, su şırnağından VORTEX 250 dronuna atəş açan sistem nümayiş etdirdi. Bu hədəfi müəyyən etmək üçün radar və kameradan istifadə edən çox səviyyəli bir sistemdir. Həm də onun tərkibinə şübhəli vasitələri izləyən zərbə dronu və onları vurmaq üçün su "topları" daxildir.

Torlardan istifadə edən dronlar daha çox güvən qazanırlar. Yeni texnologiya səviyyəsini qiymətləndirmək məqsədilə Müdafiə Nazirliyinin Təhdidlərin Azaldılması Agentliyi "White Sands" dron poliqonunda 2017-ci ilin fevralında keçirilən "C-UAS Hard Kill Challenge" müsabiqəsinə sponsorluq etdi. Göstərilən sistemlər arasında ingilis şirkəti "OpenWorks Engineering" tərəfindən hazırlanan "SKYWALL 100" seriyalı əl toratanı təxminən 100 metrlik bir məsafədə dronu ələ keçirərək onu zədələmədən paraşütlə yerə endirdi.

Sistem, real döyüş vəziyyətinə yaxın bir vəziyyətdə bir neçə təyyarə və helikopter pilotsuz vasitələrində sınaqdan keçirildi, ələ keçirilən dronlar SP40 paraşütü ilə yerə endirildi.

SKYWALL 100 dron əleyhinə sistemi

Dron əleyhinə sistem bazarı "Rheinmetall" və "Airbus" kimi böyük Amerika və Avropa şirkətlərinin də diqqətini cəlb edir. "Rheinmetall Defense Electronics" bölməsi dörd yüksək enerjili lazerli qülləyə sahib olan dəniz bazalı dron əleyhinə lazer sistemini nümayiş etdirdi. Hesabatlara görə, "Qatling" pulemyotunun prinsipi əsasında işləyən bir lazer qurğusu 500 metr məsafədə uçan dronu məhv edə bilər. Dörd ədəd 20 kW-lıq lazer, eyni zamanda 80 kW-lıq bir şüa yaradaraq dronu vurmaqla yanaşı onun silah və sursatlarını da partlada bilər.

"Hehsoldt" şirkətinin "Airbus" DS Electronics and Border Security bölməsi özünün dron əleyhinə sistemlər ailəsinə kiçik həcmli dronların qorunan məkana qanunsuz müdaxiləsini aşkar edərək onun radioelektron basdırılmasını təmin edən və zərər riskini minimuma endirə bilən, daşınan və radio maneə yaratmaq qabiliyyətinə malik yeni kompleksi də əlavə etdi. Yeni yaradılan XPELLER dron əleyhinə sistem şirkətin "GEW Technologies" adlı Cənubi Afrika bölməsinin məhsulunun yüngül veersiyası da hesab oluna bilər.

"XPELLER" dron əleyhinə sistem

"Airbus" şirkəti də ABŞ-ın "Dedrone" kompaniyası ilə PUA-lara əks-təsir haqqında (müxtəlif mənbələrdən daxil olan sensor məlumatların, siqnalların analizi və basdırılması üsulları və s.) əməkdaşlıq müqaviləsi imzalayıb.

"Dedrone" firmasının "DroneTracker" sistemi aşağı hündürlükdə təhlükəsizlik istemi üçün ən yaxşı seçimlərdən biridir. Bu sistem multisensor blokundan (stasionar və ya portativ), radio tezlik sensorundan (ayrıca modul kimi) , eləcə də siqnalların emalı üçün yenilənən proqram təminatından ibarətdir. Onun inteqrasiya olunan texnologiyaları dronun dəqiq növünü, uşuş marşrutunu, sahibini, operatorun yerləşdiyi koordinatları və bəzən də "gördüklərini" belə təyin etməyə imkan verir.

"DroneTracker" sisteminin portativ versiyası

İnternet üzərindən alınması mümkün olan kiçik pilotsuz vasitələr və onların kiçik helikopter tipli versiyaları, əldə düzəlmə və kustar üsulla hazırlanan partlayıcı qurğular dövrünü yenidən reallığa çevrilir. Onlardan müdafiə olunmaq üçün həm sənayenin, həm də hərbçilərin birgə vəsait və səyləri tələb olunacaq.

Məlumat Nikolay Antonovun yazıları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Dronlar   RƏM   Mübarizə-vasitələri  

Göydən gələn əzab terroru: Kiçik PUA-lara qarşı mübarizə vasitələri - ARAŞDIRMA (FOTOLAR)

2018/03/Foto-ANP345_1521112209.jpg
Oxunub: 3573     19:08     15 Mart 2018    