"Dağlıq Qarabağ Azərbaycanın qanayan yarasıdır" - Binəli Yıldırım

2018/03/1052_1521098092.jpg
Oxunub: 1477     11:12     15 Mart 2018    
"Türkiyə 3 milyondan çox suriyalı qaçqına ev sahibliyi edir. Lakin dünya bu böhranı aradan qaldıra bilmir".

Ordu.az-ın məlumatına görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım bəyan edib.

O, bu barədə bu gün “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunun açılış mərasimində bildirib.

Binəli Yıldırım qeyd edib ki, ikili standartlara son qoyulmalıdır.

"Dağlıq Qarabağ da Azərbaycanın qanayan yarasıdır. Azərbaycanın 20 faiz torpaqları işğal olunub, 1 milyondan çox insanı qaçqın və məcburi düşüb. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, münaqişə hələ də həllini tapmayıb. İnanıram ki, gec-tez haqq yerini tapacaq, yanlışlığa yol verənlər cavablarını alacaqlar", - deyə Türkiyə baş naziri vurğulayıb.

O, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin növbəti toplantılarından birinə Türkiyənin ev sahibliyi etmək istədiyini bildirib.

Ordu.az

Teqlər: Qarabağ   Binəli-Yıldırım   Türkiyə  

Xəbər lenti

"Dağlıq Qarabağ Azərbaycanın qanayan yarasıdır" - Binəli Yıldırım

2018/03/1052_1521098092.jpg
Oxunub: 1478     11:12     15 Mart 2018    