Ermənistan Vaşinqtonu salamlayır: "Xoş gəldiniz, sanksiyalar"

2018/03/130_1521047193.jpg
Oxunub: 3907     01:08     15 Mart 2018    
Rusiya Dövlət Dumasının nümayəndə heyətinin rəhbəri Konstantin Kosaçyev İrəvanda Rusiyanın aprel döyüşlərindən sonra nəticələr çıxardığını və Azərbaycana silah tədarükünün əvvəlki miqyasda olmayacağını, hazırda isə Moskvanın 2016-cı ilədək imzalanmış müqavilələrin tədarükünü tamamladığını bildirib.

Təbii ki, Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Kasaçyev, artıq Rusiya üçün heç bir strateji dəyərə malik olmayan Ermənistanı və onun hökumətini siyasi blef sayəsində sakitləşdirir.

Qeyd edim ki, Rusiya Dövlət Dumasının yuxarı palatasının nümayəndə heyəti, xüsusi səfərlə Vaşinqtonda olan Ermənistan parlamentinin nümayəndə heyətinin geri qayıtmasından sonra Ermənistana gəlib. Faktiki olaraq, Rusiya nümayəndə heyətinin səfəri, İrəvanı təftişdən başqa bir şey deyil və erməni "qardaşları"nın sözləri heç bir əhəmiyyət kəsb etmir.

Hazırda, Ermənistan Qərblə görünməmiş bir əlaqənin qurulması üçün Moskvanın kəskin reaksiyasına səbəb olmamaq və bununla da qərb istiqamətində lazımsız maneə yaratmamaq üçün obyektiv şəkildə, bunu Rusiya ilə balanslaşdırmağa çalışır.

Lakin Ermənistanın mövcud iqtidar sistemi "keyfiyyəti" ilə daha dəqiq və davamlı mövqe tuta bilməz. Erməni şərhçilər, problemi Rusiyanın bu vəziyyətdə heç bir nəticə çıxarma bacarığının olmamasında görürlər.

Rəsmi İrəvanın fikrincə, erməni cəmiyyətinə qarşı yalan təbliğat elementi Rusiya siyasətindən çıxarılmalıdır. Maraqlıdır, ABŞ-la Rusiya arasında manevr edən KTMT sədri olan ölkə rəsmi Moskvanı dürüst olmağa çağırır. Erməni ictimaiyyəti isə artıq Sarkisyanın məlum təbliğat vasitələrini qəbul etmir.

Ermənistan, aprel döyüşlərindən sonra Rusiyanın Suriyada apardığı hərbi əməliyyatlar və əməliyyatların nəticələri ilə bağlı təcrübəsini Azərbaycan hərbçiləri, müdafiə nazirliyi ilə bölüşməsini, təcrübə mübadiləsi barədə Azərbaycan və Rusiya müdafiə nazirliklərinin rəhbərlərinin açıqlama verməsini hələ də həzm edə bilmir.

Erməni politoloqlar, Rusiyanın Azərbaycana silah satışı ilə bağlı açıqlamasını 2016-cı il aprel müharibəsi ilə deyil, ABŞ tərəfindən Rusiya hərbi sənayesinə tətbiq edilən sanksiyalarla əlaqələndirirlər. Onların sözlərinə görə, sanksiyalar Bakı və Moskvanı Ermənistandan fərqli olaraq daha da sıxlaşdıracaq və Moskva Bakının sanksiyalara tuş gəlməməsi üçün bir sıra addımlar atacaq.

Lakin SIPRI-nın hesabatında olduğu kimi, Rusiyadan 100% silah asılılığında olan Ermənistan üçün bunu demək çətindir. Bu məqamda İrəvana yalnız bu sözləri demək düşəcək: "Xoş gəldin sanksiyalar".

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan   ABŞ   Sanksiyalar   Konstantin-Kosaçyev  

Ermənistan Vaşinqtonu salamlayır: "Xoş gəldiniz, sanksiyalar"

2018/03/130_1521047193.jpg
Oxunub: 3908     01:08     15 Mart 2018    