"Rusiya müttəfiqlərinin yanında olacaq, lakin Qarabağ münaqişəsində..." - Fyodor Lukyanov

2018/03/Fedr_Lukyanov45646_1520936635.jpg
Oxunub: 2965     14:15     13 Mart 2018    
"Rusiya bütün müttəfiqlərinin yanında olmağa çalışacaq, lakin Qarabağ münaqişəsindəki kimi hər iki tərəfin müttəfiq olduğu hallarda bunu etmək çox çətindir".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Fyodor Lukyanov bildirib.

Onun sözlərinə görə, Rusiya Federal Şurasına ünvanlanan nitqində Vladimir Putin Rusiya ona və ya onun digər müttəfiqlərinə qarşı nüvə və yaxud dövlətçiliyin əsaslarına təhdid edən digər kütləvi qırğın silahlarını istifadə edəcəyi təqdirdə dərhal nüvə zərbəsi endirəcəyini bildirib.

Lukyanov qeyd edir ki, Rusiya rəhbərliyinin fikrincə onun müttəfiqləri KTMT-yə üzv dövlətlər və Rusiya ilə strateji münasibətləri olan ölkələrdir.

"Silah və güc nümayiş etdirilməsi bunun kiməsə qarşı tətbiq ediləcəyi mənasını vermir. Rusiya prezidenti nüvə enerjisinə malik raket nümayiş etdirməklə, Rusiyanı nüvə nəhəngi və qərblə rəqabət aparan ölkə kimi təqdim etmək istəyib. ABŞ tərəfindən Rusiyaya qarşı yeni sanksiyalar və yeni problemlər yaratmağa çalışdığı bir zamanda güc nümayişinə ehtiyac vardı. Rusiya bu güc nümayişini perespektiv layihələr üçün həyata keçirib. O, yaxşı müdafiə olunmaq qabiliyyətinə malik olduğuna işarə etdi", - deyə politoloq bildirib.

Politoloq, beynəlxalq münasibətlərin və münaqişələrin kifayət qədər mürəkkəb olduğu bir dövrdə Rusiyanın eyni hərəkəti müttəfiqlərinə qarşı addım atıldığı halda da edə biləcəyi barədə suala cavab verməkdə çətinlik çəkib.

“Rusiya bütün müttəfiqlərinin yanında olmağa çalışacaq, lakin Qarabağ münaqişəsindəki kimi hər iki tərəfin müttəfiq olduğu hallarda bunu etmək çox çətindir. Ona görə də belə bir iddia mübahisəlidir. Ancaq müttəfiqlər və Qərb arasında problem yaranarsa, Rusiyanın öz maraqlarını neçə qoruyacağı məlumdur", - deyə Lukyanov bildirib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Rusiya   Qarabağ-münaqişəsi   Müharibə  

Xəbər lenti

"Rusiya müttəfiqlərinin yanında olacaq, lakin Qarabağ münaqişəsində..." - Fyodor Lukyanov

2018/03/Fedr_Lukyanov45646_1520936635.jpg
Oxunub: 2966     14:15     13 Mart 2018    