Ermənistanda təchizatçı şirkət müdafiə nazirliyini aldadıb - QALMAQAL

2018/03/PN-pashtpanutyan-naxararutyun3434_1520272134.jpg
Oxunub: 938     21:51     05 Mart 2018    
Ermənistan müdafiə nazirliyi ordenlərin tədarükü ilə məşğul olan şirkəti 430 min drama görə məhkəməyə verib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, fevralın 26-da "Maksim" şirkətindən qeyd olunan məbləğin tutulması məqsədilə Ermənistan müdafiə nazirliyi İrəvan şəhər məhkəməsinə müraciət edib.

Ermənistan müdafiə nazirliyi ordenlər sifariş verib və tələb olunan məbləğ ödənilsə də ordenlərin ünvanına çatmadığı məlum olub.

Qeyd edək ki, 3 noyabr 2016-cı ildə "Maksim" şirkəti ilə 17 milyon 40 min dəyərində orden sifarişlərinə dair müqavilə imzalanıb.

Söhbət 500 ədəd Marşal Bağramyan, 500 ədəd Andranik Ozanyan, 500 ədəd Qareqin Njdeh, 700 ədəd Vazgen Sarkisyan, 1000 ədəd admiral İsakov, 200 ədəd Hərbi əməkdaşlığa görə, 150 ədəd döyüş növbətçiliyinə görə 2-ci dərərcəli medallardan gedir.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan   MN   Orden  

Xəbər lenti

Ermənistanda təchizatçı şirkət müdafiə nazirliyini aldadıb - QALMAQAL

2018/03/PN-pashtpanutyan-naxararutyun3434_1520272134.jpg
Oxunub: 939     21:51     05 Mart 2018    