Ermənilər Qubadlıda qanunsuz tikintilər aparır - FOTO

2018/03/324324_1520268488.jpg
Oxunub: 1538     21:01     05 Mart 2018    
İşğal altında olan Qubadlı rayonunun Xanlıq kəndində ermənilərin qanunsuz məskunlaşması davam edir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, işğal altında olan kəndin qanunsuz erməni "icra nümayəndəsi"nin dediyinə görə, ilin sonunadək kənddə 50 fərdi evin tikintisi başa çatacaq.

Məlumata görə, “Kaşatağ” fondunun ianəsi hesabına 2016-2017-ci illərdə kənddə qanunsuz olaraq 8 mənzilli 1 bina, 22 fərdi ev tikilib. İşağl altında olan kənddə “Tufenkyan” və “Hayrenaser” fondlarının da qanunsuz fəaliyyətlər göstərdiyi qeyd olunur.

Qeyd edək ki, Xanlıq kəndi əvvəllər kəndin ərazisində yerləşən Qarabağ xanı Pənahəli xan Sarıcalı-Cavanşirın oğlu Mehrəli bəy Sarıcalı-Cavanşirin malikanəsinin adı olmuşduolubr. Sonralar mülkün ətrafında salınan kənddə mülkün adı ilə Xanlıq adlandırılıb.

1993-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən, Həkəri çayının sahilində, dağətəyi ərazidə yerləşən kəndin adı saxtalaşdırılaraq İşxanadzor adlandırılıb.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Qarabağ   İşğal   Qubadlı  

Xəbər lenti

Ermənilər Qubadlıda qanunsuz tikintilər aparır - FOTO

2018/03/324324_1520268488.jpg
Oxunub: 1539     21:01     05 Mart 2018    