Rusiya MN: Şərqi Qutada vəziyyət gərgindir

2018/03/921_1520229655.jpg
Oxunub: 492     09:58     05 Mart 2018    
“Şərqi Qutada vəziyyət gərgin olaraq qalır, terrorçular Dəməşq və onun ətraflarına raket və mina zərbələrini davam etdirirlər”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Mübahisə Edən Tərəflərin Barışığı Mərkəzinin sədri, general-mayor Yuri Yevtuşenko bəyan edib.

“Gün ərzində Hələb, Latakiya və Dəməşqdə silahlı qruplaşmalar tərəfindən atəşkəsin pozulması halları qeydə alınıb. Şərqi Qutada vəziyyət gərgin olaraq qalır”, - deyə Yevtuşenko bildirib.

General-mayor qeyd edib ki, ötyən gün ərzində Suriya paytaxtı və onun ətraflarına Şərqi Quta istiqamətindən 24 mina atılıb.

“Mina və raket zərbələri nəticəsində dağılan binalar və xəsarət alan insanlar var”, - deyə Yevtuşenko vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Suriya   Şərqi-Quta  

Xəbər lenti

Rusiya MN: Şərqi Qutada vəziyyət gərgindir

2018/03/921_1520229655.jpg
Oxunub: 493     09:58     05 Mart 2018    